
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
“AVESTA.AZ”un məlumatına görə, o, bu barədə rəsmi “X” hesabında yazıb.
“Bakı-Qroznı reysini həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradığını böyük kədərlə öyrəndim. Qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm”, - paylaşımda qeyd olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.