25-12-2024, 16:14 425

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirib - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlətimizin başçısı dərhal geri dönmək barədə tapşırıq verib.

"AVESTA.AZ" xəbər verir ki, təyyarə endikdən dərhal sonra Prezident İlham Əliyev hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda müşavirə keçirib.

Dövlət başçısı müşavirədə çıxış edərək deyib:

- Təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyirəm. Onların ailələrinə, yaxınlarına Allahdan səbr diləyirəm, başsağlığı verirəm. Bu, böyük faciədir, Azərbaycan xalqına böyük faciə üz vermişdir.

Mən bu gün səhər MDB Zirvə görüşündə iştirak etmək üçün Bakıdan Sankt-Peterburqa təyyarə ilə uçurdum və uçuş zamanı bu qəza ilə, bu faciə ilə bağlı mənə məlumat verildi. Dərhal göstəriş verdim və təyyarə geriyə – Bakıya döndü. Hələ havada ikən mənim tərəfimdən müvafiq göstərişlər verildi, Baş nazirlə danışdım, onun rəhbərliyi ilə komissiya yaradıldı. Eyni zamanda, Azərbaycan nümayəndələrindən ibarət heyət qəzanın baş verdiyi Aktau şəhərinə ezam edilmişdir. Əlavə göstəriş verildi ki, Azərbaycan həkimlərindən ibarət briqadalar da Aktau şəhərinə tezliklə ezam olunsun.

Komissiyanın işi məsələni tam araşdırmaqdır, qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir. Mənə verilən məlumata görə, Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL şirkətinə məxsus təyyarə havanın pisləşməsi ucbatından istiqamətini dəyişmiş və Aktau hava limanına tərəf uçmağa başlamış, eniş zamanı qəza baş vermişdir. Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər. Ancaq qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır. Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdır və təbii olaraq Azərbaycan ictimaiyyəti həm komissiyanın işinin nəticələri, həm də cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılacaq.

Qəzada həlak olanların və onların yaxınlarının acısını çəkərək, həlak olanlara Allahdan bir daha rəhmət, yaralananlara şəfa, həlak olanların, yaralananların yaxınlarına, doğmalarına səbr diləyirəm. Sağ olun.

14:44

Azərbaycan Prezidenti İlham Əliyevin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna endikdən dərhal sonra dövlət başçısı AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı müşavirə keçirib.

“AVESTA.AZ” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib.

Paylaş

Xəbər lenti

Masallıda ustanı elektrik cərəyanı vuraraq öldürüb Bu gün, 14:48 Ağız boşluğundakı törəmələr hansı xəstəliklərin əlaməti ola bilər? - Cərrah açıqlayır Bu gün, 14:48 Şəkidə küçə iti 4 yaşlı uşağı dişləyib Bu gün, 14:48 Aygün Kazımova 20 il sonra bunu qızı ilə yenidən edəcək Bu gün, 14:48 Məsud Pezeşkian İranda Qərbi Azərbaycana qarşı ədalətsizlikdən danışdı Bu gün, 14:48 Fərid Qayıbov Qazaxda yeni yaradılan güləş zalında aparılan işlərlə tanış olub Bu gün, 14:48 Bu gün Tahir Abdullayevin döyüşü var Bu gün, 14:48 Vəkil Orxan Kəngərliyə qarşı əməliyyatın təfərrüatı və görüntüləri açıqlandı Bu gün, 13:48 Sabah 18° isti olacaq - Proqnoz Bu gün, 13:48 PAŞA Holding COP-da niyə iştirak edir? Bu gün, 13:48 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi Bu gün, 13:48 Sumqayıtda 9 yaşlı qız dəm qazından boğuldu Bu gün, 13:48 Şəmkirdə iki azyaşlı uşaq anasının abort zamanı ölməsinin təfərrüatı Bu gün, 13:48 İmaməddin Xəlilov: "Xəsarətim ciddi olmasaydı, yenidən qızıl medal qazanacaqdım" Bu gün, 13:48 Vyetnam Prezidenti: "Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" Bu gün, 12:48 Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır" Bu gün, 12:48 Qırğızıstanın səhiyyə naziri həmkarını əməliyyat edib Bu gün, 12:48 Gəncədə tanınmış riyaziyyatçı alim vəfat edib Bu gün, 12:48 Azərbaycan millisinin futbolçusu İtaliya klubu ilə müqaviləsini uzatdı Bu gün, 12:48 Maşın almaq arzusu ilə kredit götürdü, pulu oğurlandı Bu gün, 12:48 İrandan qanunsuz gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb - DİN-dən böyük ƏMƏLİYYAT Bu gün, 12:48 Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib Bu gün, 11:48 Beyin qocalmasının qarşısını almağın sadə yolu açıqlandı Bu gün, 11:48 Rusiyada hovuzda xlor sızması: 15 nəfər zəhərləndi Bu gün, 11:48 Hövsanda maşın şirniyyat mağazasına çırpılıb Bu gün, 11:48 Osimhen "Mançester Yunayted"ə gedir? - İngilislərdən transfer iddiası Bu gün, 11:48 Harri Keyn 3 ay yaşıl meydanlardan uzaq qala bilər Bu gün, 11:48 Bakıda 74 yaşlı kişi futbol oynayarkən stadionda ölüb Bu gün, 11:48 Polis yola çıxan sürücülərə müraciət edib Bu gün, 11:48 Braziliyada güclü qasırğa: 3 nəfər ölüb, 60-dan çox insan yaralanıb Bu gün, 11:48 İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub Bu gün, 11:48 Uşağına aliment ödəməyən qadın cəzalandırıldı Bu gün, 11:48 Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub Bu gün, 09:48 Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib Bu gün, 09:48 İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub Bu gün, 09:48 Türkiyədə 24 vilayət üçün hava xəbərdarlığı edilib Bu gün, 09:48 Mənzildən yüksəkrütbəli zabitin meyitinin tapılmasının təfərrüatı Bu gün, 09:48 Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifası barədə: Əla tələffüz, gözəl ifa Bu gün, 09:48 Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub Bu gün, 08:48 Şəhid ailələri və qazilərin yaşadığı məhəllədə təhlükə: "Uşağı az qala tülkü aparacaqdı" Bu gün, 00:48 Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti Bu gün, 00:48 ABŞ Prezidenti: İran məni qane edəcək şərtlərlə saziş bağlamağa hələ hazır deyil Bu gün, 00:48 ABŞ lideri: Putin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çalışır Bu gün, 00:48 Tramp və Si Cinpin hərbi əməliyyatlarda AI-ın tətbiqini məhdudlaşdırmaq barədə razılığa gəliblər Bu gün, 00:48 Tanınmış həkim həbs olundu Bu gün, 00:48 Azərbaycanın üç ABŞ universiteti ilə aqrar sahədə əməkdaşlıq imkanları müzakirə olunub Bu gün, 00:48 "Haber Global"da müzakirə: Orta dəhliz hazırda bütün dünyaya nəfəs aldıracaq bir sahə açır Dünən, 22:48 Dövlət Xidməti: Uşaq Fondunun "Hökumət evi"ndən çıxarılması ilə bağlı məlumatlar təhrif olunub Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR