8-01-2025, 15:46 321

Prezident İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 8-də İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.

"Report" xəbər verir ki, dövlət başçısı Əli Əkbər Əhmədianın Azərbaycana səfərinin əlaqələrin inkişaf perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

Qəbula görə minnətdarlığını bildirən qonaq qeyd edib ki, dost və qardaş Azərbaycana səfər etməkdən məmnunluq duyur.

Əli Əkbər Əhmədian İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və Prezidenti Məsud Pezeşkianın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İranın Ali Rəhbərinə və Prezidentinə çatdırmağı xahiş edib.

Əli Əkbər Əhmədian vurğulayıb ki, regionda Azərbaycan ilə İranın mədəni, tarixi, dini, o cümlədən sivilizasiya əlaqələrinin oxşarı yoxdur və bu cür qədim əlaqələrə malik iki ölkə tapmaq mümkün deyil.

O, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını qeyd edərək, bu münasibətlə təbriklərini çatdırdı və bütün bunlara görə çox sevindiklərini deyib.

Görüşdə Azərbaycanla İran arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Prezident İlham Əliyev xalqların çox sıx tellərlə bir-birinə bağlı olduğunu deyərək, iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının vacibliyini vurğulayıb.

Dövlət başçısı bildirib ki, Azərbaycan İranla əlaqələrin bütün sahələrdə inkişafına həmişə xüsusi əhəmiyyət verir.

İranda yeni prezident seçkilərindən sonra Azərbaycanın bir neçə yüksək səviyyəli nümayəndə heyətinin bu ölkəyə səfər etdiyi məmnunluqla xatırlanıb.

Azərbaycan Prezidenti İlham Əliyev ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması və torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı təbriklərə görə təşəkkürünü bildirib.

Dövlət başçısı vurğulayıb ki, Ermənistan işğal dövründə Azərbaycanın həmin ərazilərini darmadağın edib, mədəni və dini abidələrimizi, o cümlədən məscidlərimizi təhqirə məruz qoyub, ibadət ocaqlarında donuz və inək saxlayıb.

Prezident İlham Əliyev qeyd edib ki, ölkəmiz regional məsələlərin region dövlətləri tərəfindən həll edilməsinin tərəfdarıdır və bu xüsusda regional əməkdaşlıq xarakteri daşıyan 3+3 formatının təşəbbüskarı da məhz Azərbaycan olub.

Regiondan kənar xarici qüvvələrin regiona cəlb edilməsinin qəbuledilməz olduğu bir daha qeyd edilib.

Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin və bu baxımdan Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əməkdaşlıq formatının vacibliyinə toxunulub, Azərbaycanda bu istiqamətdə böyük həcmli yüklərin olduğu bildirilib.

Həmçinin “Araz dəhlizi” layihəsi və bu çərçivədə Ağbənd məntəqəsi istiqamətində, Araz çayı üzərində körpülərin və yol-nəqliyyat infrastrukturunun tikintisi ilə bağlı fikir mübadiləsi aparılıb, bu layihənin də regional nəqliyyat bağlantılarının inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd edilib.

Azərbaycanla İran arasında Araz çayı boyunca su elektrik stansiyalarının inşası layihələri müzakirə olunub.

Azərbaycan, Rusiya və İran arasında elektrik xəttlərinin birləşdirilməsi məsələsinə toxunulub, bu istiqamətdə əməkdaşlıq üçün böyük potensialın olduğu vurğulanıb.

Söhbət zamanı ölkələr arasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipi əsasında münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyi qeyd olunub, yaxın gələcəkdə Azərbaycanla İran arasında hökumətlərarası komissiyanın növbəti iclasının keçiriləcəyi bildirilib.

İclas çərçivəsində dövlət başçıları tərəfindən qeyd olunan konkret layihələrin müzakirəsi baxımından əlverişli imkanın olacağına ümidvarlıq ifadə edilib.

15.00

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 8-də İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş

Xəbər lenti

Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı Bu gün, 10:48 Gələn ildən buraxılış imtahanlarında xarici dil üzrə mətn yazmaq tələb olunacaq Bu gün, 10:48 2,3 milyon izləyicisi olan fitnes fenomeni evində ölü tapıldı Bu gün, 10:48 Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır Bu gün, 10:48 Netanyahu xəstəxanaya yerləşdirildi Bu gün, 10:48 FHN bayram günlərində gücləndirilmiş iş rejiminə keçir Bu gün, 10:48 DMX Bakı - Tbilisi qatarı ilə səfər edən əcnəbilərə müraciət edib Bu gün, 10:48 İranda 87 gündən sonra internet məhdudiyyətləri ləğv olunur Bu gün, 10:48 Azərbaycanda bu gün iş saatları qısaldılıb - 1 saat tez çıxacağıq Bu gün, 10:48 Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq Bu gün, 10:48 Şirniyyat asılılığından qurtulmağın YOLLARI Bu gün, 10:48 Kürdəmirdə 3 yaşlı uşaq binadan yıxılaraq öldü Bu gün, 10:48 Zərdabda faciə: Nənə öldü, nəvəsi ağır vəziyyətdədir Bu gün, 09:48 İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var Bu gün, 09:48 Bayram günlərində rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ - DYP-dən VACİB ÇAĞIRIŞ Bu gün, 09:48 Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb Bu gün, 09:48 AMB innovativ maliyyə məhsulları üçün yeni müraciət mərhələsinə başlayır Bu gün, 09:48 Ağsuda iki nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açılıb Bu gün, 09:48 Mourinyo indidən "Real Madrid" üçün transfer edir - Bastoni ilə razılaşdı Bu gün, 09:48 Ağdam şəhərinə daha 417 nəfər köçüb Bu gün, 08:48 ABŞ İranın raket buraxılış məntəqələrinə zərbələr endirib Bu gün, 08:48 Alyona Əliyeva Rüqəyya Babaxanın "Ruhun müxtəlif üzləri" adlı fərdi sərgisindən paylaşım edib Bu gün, 08:48 Bakıda bir sıra yollarda tıxac var Bu gün, 08:48 "Ağıllı şəhər" və "Yaşıl zona" vizyonu WUF13-də bütün dünyaya nümayiş edildi - VİDEO Bu gün, 08:48 Ödənişli yolda AĞIR QƏZA: Sükan arxasında yuxulayan qadın avtomobili aşırtdı Bu gün, 08:48 Xətai rayonunda fövqəladə vəziyyət: Evlərin altında torpaq çökür Bu gün, 08:48 Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb Bu gün, 00:48 Leylan Nəsirovaya yeni vəzifə verildi Bu gün, 00:48 "Ağıllı şəhər" və "Yaşıl zona" vizyonu WUF13-də bütün dünyaya nümayiş edildi Bu gün, 00:48 Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi Dünən, 23:48 Bakı-Tbilisi qatarının sərnişini: Gürcüstandakı soydaşlarımızı görmək üçün çox əziyyət çəkirdik Dünən, 23:48 Azərbaycanda iki rəis vəzifəsindən azad olundu Dünən, 23:48 İlham Əliyev: "Yeni fabriklər qurulmalıdır və mən investorları buna dəvət edirəm" Dünən, 23:48 Dövlət başçısı: "Azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir" Dünən, 22:48 İran rəsmiləri Qətərə yollandılar: ABŞ ilə mümkün sülh müqaviləsi müzakirə olunacaq Dünən, 22:48 Qəzalı binaların təşviş içərisində yaşayan sakinləri - "Cənazəm niyə belə evdən çıxsın?!" Dünən, 22:48 WUF13-ün beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir Dünən, 22:48 Mayda uşaqlar üçün gizli təhlükə - Valideynlərə XƏBƏRDARLIQ Dünən, 22:48 İqor Babuşkin Mehriban Əliyevanı Müstəqillik Günü münasibətilə təbrik edib Dünən, 22:48 İran zənginləşdirilmiş uranı Çinə verə bilər Dünən, 22:48 Cəlilabadda bir neçə yaşayış məntəqəsi qazsız qalıb Dünən, 22:48 Rumıniya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib Dünən, 21:48 Bir zamanlar dəyəri yox idi, indi isə yüz milyonlarla dollar edir: Ən sirli pul kisələrindən biri yenidən aktiv oldu Dünən, 21:48 Gəncə Memorial Kompleksində işıqlandırma niyə işləmir? - Rəsmi AÇIQLAMA Dünən, 21:48 Keniya Prezidenti: Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram Dünən, 21:48 "Milan"dan sensasion qərar - Dörd ayrılıq birdən Dünən, 21:48 Prezident: "Biz nəinki özümüzü, hətta bir çox ölkələri azot gübrələri ilə təmin edirik" Dünən, 21:48 Dövlət başçısı: "Subsidiya veririk və 10 il bu davam edir, belə olmaz" Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR