8-01-2025, 21:08 378

XİN: Erməni sakinlərin Azərbaycana reinteqrasiyasına mane olmuş Ermənistanın beynəlxalq hüquqdan danışması absurddur

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 8 yanvar 2025-ci il tarixli mətbuat konfransında “Qərbi Azərbaycan İcması” və ümumilikdə indiki Ermənistan ərazisindən azərbaycanlıların deportasiyası ilə bağlı səsləndirdiyi iddialar Ermənistan tərəfindən tarixin saxtalaşdırılmasıdır.

"AVESTA.AZ" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən mətbuat konfransı zamanı “Qərbi Azərbaycan İcması” ilə bağlı səsləndirdiyi iddialara dair şərhində deyilir.

Ermənilərin son iki yüz il ərzində kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması tarixi faktdır. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib, 2000-dən çox toponimlərin adları dəyişdirilib. Yalnız 1948-1953-cü illər ərzində 150 minə yaxın azərbaycanlı indiki Ermənistan ərazisində öz tarixi torpaqlarından kütləvi surətdə və zorakılıqla deportasiya olunub. Bununla yanaşı, 1987-1991-ci illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından növbəti deportasiyası baş verib, nəticədə 250 mindən artıq azərbaycanlı Ermənistandan qovulub. Bütün bunları sübut edən tarixi və hüquqi sənədlər mövcuddur.

Sonuncu deportasiya zamanı, guya azərbaycanlılara qarşı kompensasiya ödənildiyi, onların könüllü şəkildə əraziləri tərk etdikləri barədə Ermənistan xarici işlər nazirinin iddiaları da tamamilə əsassızdır. Yalnız 1987-1991-ci illərdə etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi 216 nəfər azərbaycanlının qətlə yetirilməsi faktları bir daha sübut edir ki, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nə dərəcədə əzabla və qanla həyata keçirilib.

Qeyd edilənlər xüsusunda, Ermənistanın Azərbaycanın “Qərbi Azərbaycan İcması” ifadəsindən istifadə olunmasını “beynəlxalq hüquq pozuntusu”, “ərazi iddiası” kimi təqdim etməsi riyakarlıqdır. Ermənistan rəsmilərinin azərbaycanlıların öz torpaqlarına qayıdış hüququnu müxtəlif bəhanələrlə təkzib etməsi, Azərbaycan ərazilərini “erməniləşdirmək” və Azərbaycanlıların geri qayıdışına hər vəchlə mane olmaq məqsədinin açıq-aşkar nümunəsidir.

Azərbaycanlıların bölgədə mövcudluğunu problem kimi təqdim etmiş, azərbaycanlılara qarşı etnik təmizləməni və Azərbaycan ərazilərinin işğalını “600 illik problemin həlli” olduğunu bildirmiş keçmiş Ermənistan prezidenti Levon Ter-Petrosyanın və sonrakı digər erməni liderlərinin səsləndirdikləri fikirlər və yürütdükləri siyasət göstərib ki, irqçi-şovinist milli məfkurəsi hər zaman Ermənistanın ideoloji təmayülünü təşkil edib.

Qeyd edilənlərlə yanaşı, 2020-ci il müharibəsindən sonra Azərbaycanda silahlı qüvvələrini çıxarmaqdan imtina etmiş, erməni sakinlərin yerləşdiyi ərazilərdə hərbiləşmə siyasətini və qeyri-qanuni fəaliyyətini davam etdirmiş, erməni sakinlərin Azərbaycana reinteqrasiyası prosesinə mane olmuş Ermənistanın indi beynəlxalq hüquqdan danışması absurddur.

Ermənistan tərəfi indiki Ermənistan ərazisində öz doğma torpaqlarından zorla qovulmuş “Qərbi Azərbaycan İcmasının” nümayəndələrinin hüquqlarını tapdalamaq və onlarla dialoqun hər vəchlə qarşısını almaq əvəzinə, bu icmanın sülh yolu ilə, ləyaqətli və təhlükəsizlik şəraitində geri qayıdış məqsədli Ermənistanla dialoq çağırışlarına cavab verməlidir. Ermənistanın “etnik uyğunsuzluq” konsepsiyasından və “etnik təmizləmə əsasında monoetnik dövlət titulu”ndan əl çəkib, dinc birgəyaşayışı seçdiyinin praktiki göstəricisi məhz “Qərbi Azərbaycan İcmasının” üzvlərinin öz tarixi torpaqlarına qayıtmasına şərait yaratmaqdan keçə bilər.

Paylaş

Xəbər lenti

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı Bu gün, 23:48 Gəncədə qonşular arasında dava - Bıçaqlanan var Bu gün, 23:48 Britaniyanın sabiq səfiri ilə bağlı araşdırma başlanıb Bu gün, 23:48 Avtosalondakı dələduzluq şəbəkəsi: 23 avtomobilin "müəmmalı" taleyi Bu gün, 23:48 28 yaşlı oğlan evlərinin həyətində ölü tapıldı Bu gün, 22:48 TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb Bu gün, 22:48 ABŞ-də edam qaydaları dəyişdirildi – güllələnmə də siyahıya əlavə olundu Bu gün, 22:48 Azərbaycan və Lüksemburq Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr olub Bu gün, 21:48 Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Avropa çempionatında bürünc medal qazanıb Bu gün, 21:48 Macarıstanda ilk: görmə məhdudiyyətli siyasətçi nazir təyin olundu Bu gün, 21:48 Naxçıvanda ümumi uzunluğu 94 kilometrdən çox olan yollar əsaslı təmir olunacaq Bu gün, 21:48 Abşeronda 17 nəfər saxlanılıb, 19 cinayətin üstü açılıb Bu gün, 20:48 Bəzən yollar niyə təhlükəli "oyun meydanı"na çevrilir? Bu gün, 20:48 Hikmət Hacıyev çinli nazirlə rəqəmsal sahədə əməkdaşlığı müzakirə edib Bu gün, 20:48 Bakıda bəzi marşrutların hərəkət istiqaməti dəyişdirilir Bu gün, 20:48 Bakı Təşəbbüs Qrupu: Ermənistanda azərbaycanlılara qarşı sistemli ayrı-seçkilik siyasəti aparılıb Bu gün, 20:48 Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır Bu gün, 20:48 Arif Əsədov: "İndiki vəziyyətdə "Neftçi" "Qarabağ"dan daha şanslı görünür" Bu gün, 19:48 Qonşusunu müdafiə etdi, öz həyətində hücuma məruz qaldı - Ucarda çaqqalın sakinlərə xəsarət yetirməsinin TƏFƏRRÜATI Bu gün, 19:48 Çexiya Baş nazirinin Azərbaycana səfər tarixi rəsmən elan edilib Bu gün, 19:48 Netanyahuda erkən mərhələli xərçəng aşkarlanıb – müalicə uğurla başa çatıb Bu gün, 19:48 Hörmüz boğazı ətrafındakı gərginlik Azərbaycana yüklərin gətirilməsinə necə təsir göstərib? Bu gün, 19:48 Azərbaycan güləşçisi İslam Bazarqanov Avropa çempionatında finala yüksəlib Bu gün, 19:48 Qobustanda həlak olan işçi ilə bağlı dəhşətli TƏFƏRRÜAT: "Müdiri deyib ki, gəlməsən, səni işdən çıxaracağam" Bu gün, 18:48 IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır Bu gün, 18:48 Suriyadan Azərbaycana gətirilən daha 5 nəfər psixososial dəstək prosesinə cəlb edilib Bu gün, 18:48 PFL prezidenti Elxan Səmədov növbəti dəfə əməliyyat olunub Bu gün, 18:48 Qalmaqallı bankirin oğluna qarşı milyonluq dələduzluq ittihamı - İslam Yusifov nədə təsirləndirilir? Bu gün, 18:48 Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb Bu gün, 18:48 İki güləşçimiz yarımfinalda Bu gün, 17:48 Binədə 9 mənzildən oğurluq edən şəxs həbs edilib Bu gün, 17:48 Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarılıb Bu gün, 17:48 MEDİA: Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparılması ilə bağlı yayılan məlumatlar əsassızdır Bu gün, 17:48 Bağça müdiri olmaq istəyənlərin diqqətinə Bu gün, 17:48 Bakıda Atatürk və Antena parkları birləşdirilir - PARKİNQ LƏĞV OLUNUR Bu gün, 17:48 Vinisiusu təhqir edən futbolçuya CƏZA VERİLDİ Bu gün, 17:48 Ermənistan seçkiqabağı döyüş meydanına çevrilir? Bu gün, 17:48 Azərbaycanda bu imtahanda iştirak qiyməti 60 manat oldu Bu gün, 16:48 Kamran Əliyev İran səfiri ilə regional hadisələri və ikitərəfli əlaqələri müzakirə edib Bu gün, 16:48 Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib Bu gün, 16:48 Çoxmənzilli binalarda fərdi istilik sistemlərinə icazə halları müəyyənləşib Bu gün, 16:48 AFFA və WUF13 Əməliyyat Şirkəti "Futbolda davamlı idarəetmə" mövzusunda birgə seminar təşkil edib Bu gün, 16:48 Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib Bu gün, 16:48 Bolt-dan yeni xidmət: 4,99 AZN ilə daha çox qənaət Bu gün, 16:48 "Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR Bu gün, 16:48 Küləkli hava davam edir - FAKTİKİ HAVA Bu gün, 16:48 "Qarabağ"ın 9 oyunluq "Sabah" sindromu: Mircavadov Bakı klubunun yüksəlişini sevindirici hal sayır Bu gün, 15:48 AZAL mayda Naxçıvana getmək istəyənlərə ÇAĞIRIŞ ETDİ Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR