9-01-2025, 11:05 319

Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi:

Bakının Binəqədi rayonunda bacısını qətlə yetirməkdə ittiham olunan Təbriz Qasımovun məhkəməsinin növbəti baxış iclası keçirilib.

"AVESTA.AZ"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Təbriz Qasımov ittihama münasibət bildirərək özünü təqsirli bilib. Lakin o, məhkəmədə ifadə verməkdən imtina edib.

Daha sonra təqsirləndirilən şəxsin qardaşı Bəhmən Qasımov şahid qismində dindirilib. O da məhkəmədə ifadə vermək istəməyib.

Onun məhkəmədə istintaqa verdiyi ifadə elan edilib.

B.Qasımov ifadəsində bildirib ki, bacısı 3 dəfə ailə həyatı qurub:

"Təhminə yüngül həyat tərzi keçirirdi. Onu nə qədər yola gətirməyə çalışaq da, alınmırdı. Bakıda işləyirdi. Hadisə günü isə gecə saatlarında Təhminənin iş yerinə getdim. Onu evə aparmaq istədim. Lakin bacım mənimlə gəlmədi, dedi sən get. Mağazadan çıxıb müdirinin maşınına minib harasa getdi. Təbriz məsələdən xəbərdar oldu. Saat gecə 12-ni keçmişdi. Təhminə evə gəldi. Anam ondan niyə belə etdiyini soruşdu. Təhminə isə öz həyatının olduğunu və "özüm bilərəm" dedi.

Təbriz də Təhminədən sonra gəldi. Məni çağırıb çöldə söhbət etdi. Sonra məni mağazaya göndərdi. Mağazadan qayıdandan sonra gördüm ki, Təbriz Təhminəni boğub. Təbrizi nə qədər geri çəkməyə çalışsaq da, Təhminənin üstündən qaldıra bilmədik. Təhminə artıq hərəkətsiz qalmışdı. Öldüyünü o zaman anladım. Qardaşım siqaret çəkdi, su içdi. Bizim yanımızda belə hadisə törətdiyi üçün üzr istədi. Sonra gedib polisə təslim oldu".

Məhkəmə prosesi fevralın 3-nə təyin edilib.

Xatırladaq ki, hadisə ötən il iyulun 1-də Bakının Binəqədi rayonu ərazisində qeydə alınıb. Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Qətlə yetirilən 20 yaşlı Təhminə Qasımova məişət əşyaları satılan mağazada satıcı vəzifəsində çalışıb.

Hadisə səhərə yaxın qeydə alınıb. Hadisədən sonra Təbriz Qasımov könüllü olaraq polisə təslim olub.

Paylaş

Xəbər lenti

Məhkumlarla görüşlər üçün onlayn qeydiyyat xidməti istifadəyə verilib Bu gün, 12:49 Xocavənd kəndinə daha 32 ailə yola salınıb Bu gün, 12:49 Rusiyada ən azsaylı xalqın sayı açıqlanıb Bu gün, 12:49 Okamponun ifşası: "Paşinyan aradan qaldırılmalıdır" Bu gün, 12:48 SOCAR-ın idarəsi 3 ayda qeyri-neft ixracından 35 milyon dollardan çox gəlir əldə edib Bu gün, 12:48 Metronun yeni açılacaq stansiyası HARADA YERLƏŞİR? - VİDEO Bu gün, 12:48 Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq Bu gün, 12:48 İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib Bu gün, 12:48 Prezident: İdmançılarımızda qələbə əzmi çox güclüdür Bu gün, 12:48 "Hafka" ilə Qurban Qurbanov bir arada Bu gün, 11:48 Mayın sonunda ardıcıl 5 gün iş olmayacaq Bu gün, 11:48 Baş Ələt stansiyasında dəmir yolu xətlərinin yenilənməsi davam edir Bu gün, 11:48 Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub Bu gün, 11:48 "Fənər"dən qovulan Tedeskoya yeni təklif gəldi Bu gün, 11:48 Oğuzda narkokuryerlər saxlanılıb Bu gün, 11:48 DİN qanunsuz silah saxlayanlara ÇAĞIRIŞ ETDİ Bu gün, 11:48 Gəncədə məktəbdə şagirdin bıçaqlandığı hadisənin TƏFƏRRÜATI Bu gün, 11:48 İranla müharibənin xərci 25 milyard dollara çatıb - Pentaqon Bu gün, 10:48 "Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR Bu gün, 10:48 Azərbaycanda saatlıq əməkhaqqı modelinə keçid sürətlənə bilər Bu gün, 10:48 Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı Bu gün, 10:48 Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar Bu gün, 10:48 Avropa ölkələri NATO-ya əlavə olaraq yeni hərbi dəniz ittifaqı yaradır Bu gün, 10:48 Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək Bu gün, 10:48 Həbib Nurməhəmmədov: "Putin mənim üçün heç bir idman bazası tikdirməyib" Bu gün, 10:48 Qəbul imtahanının II mərhələsi üzrə neçə abituriyent qeydiyyatdan keçib? Bu gün, 10:48 Ronaldo azarkeşlərin məsxərəsinə istehzalı cavab verdi Bu gün, 10:48 MTK-lar idarəetməni niyə təhvil vermirlər? - Sakinlərin bitməyən "komendant" dərdi Bu gün, 09:48 ABŞ-İran gərginliyi yenidən artır: Müharibə yenidən başlayacaq? Bu gün, 09:48 Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb Bu gün, 09:48 Neftimiz 6 dollardan çox bahalaşıb Bu gün, 09:48 Bakıda yanğın təhlükəsizliyi pozulan topdansatış mağazası bağlandı Bu gün, 09:48 "Prezident Kuboku 2026": Mingəçevirdə növbəti mükafatçılar bəlli olacaq Bu gün, 09:48 Fariz Murtuzov rəhbər vəzifəyə gətirildi - Agentlikdə TƏYİNAT Bu gün, 08:48 Ucar sakinləri həyəcan təbili çalırlar: "Canavarlar artıq gündüz də hücum edir" Bu gün, 08:48 Tələblərə cavab verməyən heyvanlar satış zonasına buraxılmayacaq Bu gün, 08:48 Ardıcıl 3 gün qeyri-iş günü olacaq Bu gün, 08:48 "Tasnim": ABŞ-nin ələ keçirdiyi gəmidəki iranlılardan altısı azad olunub Bu gün, 00:48 Orxan Fikrətoğlu: "Allahdan qorxmayan insan birmənalı olaraq təhlükəlidir" Bu gün, 00:48 ADNA-da törədilən terror aktından 17 il ötür Bu gün, 00:48 XTQ-nin yaradılmasından 27 il ötür Bu gün, 00:48 Çaykənd əməliyyatından 35 il ötür Bu gün, 00:48 Pentaqon iki vacib vəzifəsini açıqladı Dünən, 23:48 "50-yə yaxın evə ziyan dəydi" - Selin fəsadları ilə bağlı hansı işlər görülür? Dünən, 23:48 Ermənistanda seçicilərin satın alınması işi üzrə daha beş nəfər saxlanılıb Dünən, 23:48 ABŞ-də əyləncə parkındakı iğtişaşlar zamanı iki polis xəsarət alıb Dünən, 23:48 Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub Dünən, 22:48 "Axios": ABŞ İrana qarşı yeni hücum planı hazırlayıb Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR