
Suriyada nəzərəçarpan irəliləyiş olacağı təqdirdə Avropa İttifaqı (Aİ) Dəməşqə qarşı sanksiyaları yumşalda bilər.
"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas (Kaja Kallas) "X"də yazıb.
O bildirib ki, Suriya üçün keçid dövrünün koordinasiyası məqsədilə Romada təşkil olunan "Quint" iclasına qatılıb.
"Almaniya, Fransa, İtaliya, Böyük Britaniya və ABŞ ilə birlikdə bütün azlıqları qoruyan inklüziv hökumətin vacibliyini təsdiq etdik. Əgər real irəliləyiş olarsa, Avropa İttifaqı Dəməşqə qarşı sanksiyaları tədricən yüngülləşdirə bilər", - K.Kallas vurğulayıb.
Qeyd edək ki, "Quint" ABŞ, Fransa, Almaniya, İtaliya və Böyük Britaniyadan ibarət qeyri-rəsmi qərar qəbul edən qrupdur.
In Rome, I joined the meeting to coordinate efforts for Syria's transition.
— Kaja Kallas (@kajakallas)
With Germany, France, Italy, the UK and US, we reaffirmed the need for an inclusive government protecting all minorities
The EU could gradually ease sanctions provided there is tangible progress.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.