2-02-2025, 12:14 278

Fərid Şahbazlı: Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsi sınağından üzüağ çıxdı

Azərbaycanda milli-mənəvi dəyərlərə bağlı, eyni zamanda müasir dünyanın çağırışlarına verəcək qədər intellektual və hazırlıqlı gənclər nəsli yetişir.

Bu sözləri "Report"a “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı 2 Fevral - Azərbaycan Gəncləri Günü ilə bağlı danışarkən deyib.

O qeyd edib ki, 2 fevral - Gənclər Gününün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir:

“Gənclər Günü" MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmağa başlayıb. Ulu öndər Heydər Əliyev bununla bağlı 1997-ci ildə müvafiq fərman imzalayıb. Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra 1999-cu ilin 12 avqust tarixində BMT Baş Məclisi tərəfindən Beynəlxalq Gənclər Günü elan edilib. Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkəmizdə dövlət gənclər siyasətinin əsası qoyulub və o siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət gənclərimizin həm milli-mənəvi dəyərlər ruhunda, həm də çağdaş dünyanın tələblərinə uyğun olaraq, çevik və innovativ bacarıqlara sahib bir vətəndaş kimi formalaşmasına xidmət edir. Təsadüfi deyil ki, bu gün gənclərimiz hakimiyyətin bütün qollarında aktiv şəkildə təmsil olunurlar".

F.Şahbazlı bildirib ki, bu gün dövlətimiz ölkənin sabahını etibar edəcəyi gənc nəslin formalaşmasına xüsusi önəm verir:

"Prezident İlham Əliyevin fərman və sərəncamları, uğurla həyata keçirilən dövlət proqramları gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələlərinin həllində mühüm rol oynayır. Dövlət başçısının fərmanı ilə Gənclər Fondunun yaradılması, paytaxt və regionlarda Gənclər evlərinin, Gənclərin Karyera və İnkişaf Mərkəzlərinin fəaliyyət göstərməsi gənclərlə işin dövlət siyasətinin prioriteti olduğunu sübut edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə edib: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.

İctimai Birlik sədri qeyd edib ki, bu gün Azərbaycan gənclərinin uğurlu sədası dünyanın nüfuzlu elm olimpiadalarından, mədəniyyət, idman yarışlarından eşidilir.

O əlavə edib ki, Azərbaycan gəncləri həm ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirak edir, həm də dünya miqyasında böyük uğurlar əldə edirlər: "Ən önəmlisi isə Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində həm ön cəbhədə əsgər kimi, həm də arxa cəbhədə informasiya müharibəsinin iştirakçısı kimi öz gücünü və potensialını göstərdi. Ali Baş Komandanın rəhbərliyi altında gənclərimizin qəhrəmanlığı sayəsində Qarabağ torpaqları işğaldan azad olundu və tarixi ədalət bərpa edildi”.

Paylaş

Xəbər lenti

Bazar günü Azərbaycanda 24 dərəcəyədək isti olacaq Bu gün, 13:48 "Rövşənoğlu Agro" - "YARA" şirtkəti ilə birgə yerli fermerlər üçün ixtisaslaşmış seminar təşkil etdi Bu gün, 13:48 Qəbələdə Prezident İlham Əliyevin Ukrayna Prezidenti ilə geniş tərkibdə görüşü keçirilib Bu gün, 13:48 AFFA U-20 dünya çempionatının final oyununun Azərbaycanda keçirilməsinin tərəfdarıdır Bu gün, 13:48 Bakıda pariklə dələduzluq edən şəxs ƏLƏ KEÇDİ Bu gün, 13:48 İlham Əliyevin Qəbələdə Volodimir Zelenski ilə görüşü olub Bu gün, 13:48 Prezident: "Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var" Bu gün, 13:48 Tərtərdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb Bu gün, 12:48 Bakıda 64 yaşlı fəhlə faciəli şəkildə öldü Bu gün, 12:48 Novxanıda küçəyə axan çirkab su gölməçə yaratdı Bu gün, 12:48 Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA Bu gün, 12:48 Sərxan Hacıyev: "Əvəzedicilər Liqasının ləğvi gündəmdədir" Bu gün, 12:48 Ronaldonun keçmiş aşpazından maraqlı tövsiyə Bu gün, 11:48 Azərbaycan və Latviya prezidentlərinin görüşündən eksklüziv kadrlar Bu gün, 11:48 Yol hərəkəti qaydalarını heçə saydı, narkotik qəbul etdiyi məlum oldu Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib Bu gün, 11:48 Göyçayda market YANIB Bu gün, 11:48 Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir Bu gün, 11:48 "Üstümə cumdu, barmağımın bir hissəsini qopardı" - Ucarda çaqqal hücumunun yeni TƏFƏRRÜATI Bu gün, 10:48 Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür Bu gün, 10:48 İstanbulda yeraltı su anbarında 3 mindən çox silah hissəsi ələ keçirilib Bu gün, 10:48 Azərbaycan Ordusunda keçirilən atıcılıq üzrə birincilik başa çatıb Bu gün, 10:48 Pul axını başlayır: Bu bürclər zənginləşə bilər Bu gün, 10:48 Hesablama Palatası: Dövlət əmlakının sığortasında qiymətləndirmə fərqi var Bu gün, 10:48 Minik və yük avtomobili toqquşub - Ölən və yaralananlar var Bu gün, 09:48 ABŞ İranla müharibəyə bu qədər xərc çəkib Bu gün, 09:48 Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər? Bu gün, 09:48 Tehranda beynəlxalq uçuşlar bərpa olunur Bu gün, 09:48 Diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyatda yenilik edilib Bu gün, 09:48 Bu gün Həmidə Ömərovanın doğum günüdür Bu gün, 09:48 Ağır qəzada ölən baytarın FOTOSU Bu gün, 09:48 Evlilikdən uzaq duran bürclər açıqlanıb Bu gün, 00:48 Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı Dünən, 23:48 Gəncədə qonşular arasında dava - Bıçaqlanan var Dünən, 23:48 Britaniyanın sabiq səfiri ilə bağlı araşdırma başlanıb Dünən, 23:48 Avtosalondakı dələduzluq şəbəkəsi: 23 avtomobilin "müəmmalı" taleyi Dünən, 23:48 28 yaşlı oğlan evlərinin həyətində ölü tapıldı Dünən, 22:48 TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb Dünən, 22:48 ABŞ-də edam qaydaları dəyişdirildi – güllələnmə də siyahıya əlavə olundu Dünən, 22:48 Azərbaycan və Lüksemburq Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr olub Dünən, 21:48 Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Avropa çempionatında bürünc medal qazanıb Dünən, 21:48 Macarıstanda ilk: görmə məhdudiyyətli siyasətçi nazir təyin olundu Dünən, 21:48 Naxçıvanda ümumi uzunluğu 94 kilometrdən çox olan yollar əsaslı təmir olunacaq Dünən, 21:48 Abşeronda 17 nəfər saxlanılıb, 19 cinayətin üstü açılıb Dünən, 20:48 Bəzən yollar niyə təhlükəli "oyun meydanı"na çevrilir? Dünən, 20:48 Hikmət Hacıyev çinli nazirlə rəqəmsal sahədə əməkdaşlığı müzakirə edib Dünən, 20:48 Bakıda bəzi marşrutların hərəkət istiqaməti dəyişdirilir Dünən, 20:48 Bakı Təşəbbüs Qrupu: Ermənistanda azərbaycanlılara qarşı sistemli ayrı-seçkilik siyasəti aparılıb Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR