7-02-2025, 17:50 413

Ukraynalı "kriminal avtoritet" Oleq Krapivin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"AVESTA.AZ"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Oleq Krapovinin vəkili onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.

O, müvəkkilinin səhhətində problem olduğunu və məhkəmə istintaqının bitməsinə qədər onun ev dustaqlığına buraxılmasını xahiş edib. Məhkəmə vəsatəti təmin etməyib.

Sonra Konstantin Kuçer ifadə verib. O bildirib ki, 2017-2018-ci illərdə Fransada yaşayıb:

"Mən mülki aviasiya ehtiyat hissələrinin idxalı və ixracı ilə məşğul olurdum İspaniyada da şirkətim var idi, lakin təsisçisi başqa adam idi. Həmin ehtiyat hissələrini müxtəlif ölkələrdən, o cümlədən Ukraynadan da idxal edirdik".

K.Kuçer deyib ki, onun ləğv edilmiş "Günaybank"dan başqa, digər banklarda da hesabı olub:

"Günaybank" bağlandıqdan sonra başqa banklardakı hesablarımdan ehtiyat hissələrinin bir qisminin ödənişini etmişdim. Lakin yükün Rusiyaya göndərildiyini əsas gətirərək saxlamışdılar. Hətta Qazaxıstana gedən yükün belə Rusiyaya göndəriləcəyini düşünürdülər".

O həmçinin vurğulayıb ki, Valeriy Zaxarenkov ilə görüşəndə onun yanında Oleq Krapivin, Füzuli Musayev və digərləri olub:

"Onlar 5 nəfər idilər. Mən sənədləri gətirmək üçün oradan çıxdım, 5 dəqiqə sonra geri qayıtdım. Qayıdanda hər şey qaydasında idi, təxminən 40 dəqiqə oturduq".

Daha sonra Oleq Krapivin ifadə verib. O bildirib ki, qarşı tərəf onunla söyüşlə danışıb:

"Dedim ki, söyüşü geri götür, üzr istə, bitsin, getsin. Əsəbi halda söyüşlə danışırdı. Daha sonra üstümə gəlməyə başladı. Zaxarenkov söyüş söyəndə Kuçer otaqda yox idi. Onların bir-birini tanıdığını sonradan öyrəndim. Məni niyə çağırdıqlarını bilmirdim. Kuçerin Zaxarenkovu vurduğunu görməmişəm".

Zərərçəkən Valeriy Zaxarenkov təqsirləndirilən Oleq Krapivinə onu ikinci dəfə oraya kimin çağırdığı ilə bağlı sual verib. Təqsirləndirilən şəxs söyləyib ki, onu ikinci dəfə oraya Füzuli Musayev çağırıb.

Daha sonra zərərçəkən Valeriy Zaxarenkov ifadə verib. Onun sözlərinə görə, birinci dəfə onu Oleq Krapivin, daha sonra isə Konstantin Kuçer vurub.

Qeyd edək ki, Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), digər təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.

Cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, “Aviazapçast” ASC və "Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.

"Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş

Xəbər lenti

TƏBİB: Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb Bu gün, 21:48 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü Bu gün, 21:48 Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb Bu gün, 21:48 Kirayə mənzillərdə YENİ ŞƏRTLƏR - Mənzil almaq çətinləşdi, yoxsa asanlaşdı? Bu gün, 21:48 İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb Bu gün, 21:48 İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri müzakirə olunub Bu gün, 21:48 Sabah Xətai və Suraxanı rayonlarının bəzi küçələrində qaz olmayacaq Bu gün, 20:48 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı Bu gün, 20:48 MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır Bu gün, 20:48 SEPAH: Hörmüzdə vurulan ABŞ dronlarının sayı 68-ə çatıb Bu gün, 20:48 Ərdoğan Mirziyoyevlə görüşdə TDT-nin güclənəcəyini bildirib Bu gün, 19:48 Zaur Rzayev vəfat etdi Bu gün, 19:48 Könül Əliyeva "Böyük Dəbilqə" yarışında çempionluq qazanan ilk azərbaycanlı qadın olub Bu gün, 19:48 Kəsəmən - Göyçənin qədim Azərbaycan yurdlarından biri Bu gün, 19:48 Vensan Kompani bu tarixə qədər "Bavariya"nı çalışdıra bilməyəcək Bu gün, 19:48 "Böyük Dəbilqə": Azərbaycan cüdoçusu Balabəy Ağayev qızıl medal qazanıb Bu gün, 19:48 Hökumətin xəbərdarlığından sonra əhali marketlərə axışdı: İngiltərə fövqəladə vəziyyətə hazırlaşır Bu gün, 19:48 AQTA: Ceyranbatanda məktəbdə qida zəhərlənməsi faktı təsdiqini tapmayıb Bu gün, 19:48 İrəvan TRIPP üzrə sazişi təsdiqlədi: Marşrut işə düşsə, keçid necə tənzimlənəcək? Bu gün, 18:48 "İstirahətə gedirik" deyən ər-arvadın avtomobilindən 36 milyon tapıldı Bu gün, 18:48 "Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb Bu gün, 18:48 Məktəbdə yıxılaraq həyatını itirən şagird Salyanda dəfn olundu Bu gün, 18:48 Daha bir rayonda yollar əsaslı TƏMİR EDİLƏCƏK Bu gün, 18:48 Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub Bu gün, 18:48 Azərbaycandan göndərilən 1,5 milyon dollarlıq enerji avadanlığı Ukraynaya təhvil verilib Bu gün, 17:48 Qan qrupları ilə zəka arasında əlaqə olduğu iddia edilir Bu gün, 17:48 Xocalıda üç nəfər cərimələnib - SƏBƏB Bu gün, 17:48 Baba Vəziroğlu: "Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" Bu gün, 17:48 Vüsalə Əlizadə: "Əlinə taxta parçası alan toy aparıcısı olur" Bu gün, 17:48 Paşinyan hakimiyyətin hansı halda istefaya gedəcəyini açıqladı Bu gün, 17:48 Ceyranbatanda məktəbin 10 şagirdi zəhərlənib: Popkorndan şübhələnilir Bu gün, 17:48 ABŞ-nin ştatında saqqız satışına qadağa qoyula bilər Bu gün, 17:48 İlham Əliyev İspaniya Kralına başsağlığı verib Bu gün, 17:48 Xalq artisti ilə quda olan Əməkdar artist: "Qızıma deyirəm ki, döz..." Bu gün, 17:48 Qızların qaldığı yataqxanada nə baş verib? "Hansısa qız oğlanla bu zonaya keçə bilməz" Bu gün, 16:48 Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq Bu gün, 16:48 Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? Bu gün, 16:48 Röya Ayxan: "Gəlinimlə yaşamaq istəmirəm!" Bu gün, 16:48 Azərbaycanda 9 ayda 146 cinayətkar qrup zərərsizləşdirilib Bu gün, 16:48 Antalyada güclü leysan yağışları selə səbəb oldu Bu gün, 16:48 Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib Bu gün, 16:48 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi Bu gün, 16:48 Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib Bu gün, 15:49 Bu tarixdə ABŞ-də televiziya yayımı dayandırılacaq, Avropada isə əhaliyə xəbərdarlıq edildi Bu gün, 15:49 Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB Bu gün, 15:49 6 gün sonra 86 yaşı tamam olacaqdı - Vəfat etdi Bu gün, 15:48 PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb Bu gün, 15:48 Bakı-Şamaxı yolunda asfalt niyə dağılır? - SƏBƏBİ AÇIQLANDI Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR