
Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqaməti üzrə aviareyslər bərpa olunub.
Bu barədə "AVESTA.AZ"a AZAL-dan bildirilib.
Qeyd edilib ki, hazırda Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər normal rejimdə həyata keçirilir.
Xatırladaq ki, bu gün səhər saatlarında Naxçıvanda müşahidə olunan dumanlı hava şəraiti səbəbindən Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində təyyarə reyslərində gecikmələr yaranmışdı.
Bakı-Naxçıvan və Naxçıvan-Bakı reyslərində yubanmalar var.
"AVESTA.AZ"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında dumanlı hava şəraiti səbəbindən bu gün Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində uçan təyyarələrin hərəkətində gecikmə yaranıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.