
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 16-cı sanksiyalar paketinə oyun konsolları və aviasimulyatorlar üçün coystiklərin bu ölkəyə satışına qadağa daxil ediləcək.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə “Reuters” agentliyinə avropalı diplomat məlumat verib.
Onun məlumatına görə, Avropa İttifaqı hesab edir ki, Rusiya hərbçiləri pilotsuz uçuş aparatlarını idarə etmək üçün oyun konsollarından istifadə edirlər.
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketinə 13 bank, həmçinin "daha çox fiziki şəxs və şirkət" daxil ediləcək.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.
Nəşrin məlumatına görə, fevralın 19-da Aİ ölkələrinin səfirləri Rusiyaya qarşı növbəti sanksiya paketini təsdiqləyib.
“Bloomberg”in məlumatına görə, yeni tədbirlər bankların SWIFT sistemindən ayrılmasını nəzərdə tutur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.