
Oskar mükafatlı Hollivud aktyoru Cin Hekman (95) və həyat yoldaşı, klassik pianoçu Betsy Arakava (63), Nyu-Meksikonun Santa-Fe şəhərindəki evlərində ölü tapılıb.
BAKU.WS xəbər verir ki, bu barədə haber global məlumat yayıb.
Santa-Fe Şerifi Adan Mendoza cütlüyün və ev heyvanlarının öldüyünü təsdiqləyib. Yerli mediaya görə, ölüm səbəbi açıqlanmasa da, cinayət ehtimalı olmadığı bildirilib.
Qeyd edək ki, Cin Hekman 30 yanvar 1930-cu ildə Kaliforniyada anadan olub. Karyerasına 1956-cı ildə başlayan aktyor, "Bonnie and Clyde", "Superman", "The French Connection" və "Unforgiven" kimi məşhur filmlərdə rol alıb. O, 2004-cü ildə aktyorluqdan ayrılaraq sakit bir həyat sürməyə qərar vermişdi.
1991-ci ildə Betsy Arakava ilə evlənən aktyor üç övlad atası idi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.