
Martın 5-də Ankarada İqdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib.
AVESTA.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış etdilər.
Sonra videobağlantı formatında İqdır-Naxçıvan qaz kəmərinin açılışı oldu.
***17:57
Bu dəqiqələrdə Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilir.
AVESTA.AZ xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak edirlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.