6-03-2025, 15:48 283

Bakıda aktyor və arvadını qətlə yetirməkdə ittiham olunan şəxs məhkəmədə ifadə verib

Bakıda aktyor İosif Tkaç Zusyeviç və arvadı Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməkdə təqsirləndirilən İslam Hadıyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttiham aktında qeyd edilib ki, təqsirləndirilən İslam Hadıyevin mərhum aktyorla şəxsi tanışlığı olub. Onlar bazarda tanış olub və bundan sonra İosif Zusyeviçin dəvəti ilə evlərində təmir işləri aparıb.

İslam Hadıyev evdə təmir işləri apararkən evin saxlanc yerində torbada külli miqdarda pulun olduğunu görüb. Mənzildə işini bitirdikdən sonra pulu götürərək oranı tərk edib.

Bir müddət sonra ev sahibi ona zəng edib və götürdüyü 50 min manatı tələb edib. Lakin təqsirləndirilən şəxs puldan xəbəri olmadığını bildirib. Təqsirləndirilən məhkəmədə sərbəst ifadəsi zamanı hadisəni törətdiyini bildirib:

"Bir neçə gün sonra İosifin yoldaşı məni bazarda gördü və təhqir edərək pulu qaytarmağımı istədi. Təmir zamanı mənim drelim onlarda qalmışdı. Onu götürməyə gedəndə İosif üstümə hücum etdi və bıçağa əl atmaq istədi. Bu zaman mən üzərimdəki bıçağı qaldıraraq onu qorxutmaq istədim. Bunu görən Lyudmila əlimdən tutaraq dartmaq istəyəndə bıçaq İosifin boğazına girdi".

Təqsirləndirilən ona elan olunmuş ittihama görə özünü qismən təqsirli bildiyini deyib. Qeyd edib ki, Lyudmila onun qolundan tutarkən təsadüfən bıçaq onunda boğazına sancılıb.

Dövlət ittihamçısı İslam Hadıyevin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmədə elan edilməsini istəyib.

Qeyd edək ki, hadisə 2024-cü ilin oktyabrın 22-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Saat 21 radələrində 2 nəfərin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub

Araşdırma zamanı 1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işi üzrə İslam Hadıyev Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR