7-03-2025, 14:48 424

Pirsinq və tatunun dəriyə təsiri: Hansı nahiyələr daha risklidir? Psixoloji tərəfləri…

Son illər pirsinq və tatu populyarlıq qazansa da, onların dəriyə təsiri və sağlamlıq riski barədə məlumatlı olmaq vacibdir. Pirsinq və tatu dərinin strukturu ilə birbaşa təmasda olduğu üçün düzgün qaydalara əməl olunmadıqda həm fiziki, həm də psixoloji təsirlərə səbəb ola bilər.

Dermatoloqların fikrincə, bədənimizin bəzi hissələri pirsinq və tatular üçün daha risklidir. Məsələn, göz qapağı, dodaq, dil və göbək pirsinqləri infeksiyaya daha çox meyillidir, çünki bu bölgələr daim nəmlidir və bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır. Tatulara gəlincə, oynaq nahiyələrinə və ya dərinin nazik olduğu yerlərə vurulan döymələr daha tez solur və dəriyə daha çox zərər verə bilər.

Bəs tato və pirsinq insan psixologiyasında nəyi ifadə edir? 

Mövzu ilə bağlı AVESTA.AZ-ə açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov döymə və pirsinqin insanın özünü ifadə etməsinin, fərdiliyini vurğulamasının və daxili dünyasını vizual formada əks etdirməsinin bir vasitəsi kimi qəbul etdiyini bildirdi:

"Bu, bədii ifadənin bir növüdür və insana öz bədəninə nəzarət hissini gücləndirə bilər. Bəzi insanlar üçün bu seçim həyatlarının mühüm hadisələrini, keçmiş xatirələri və ya inanclarını simvolizə edir. Bu, onların psixoloji baxımdan güclənməsinə və keçmiş təcrübələri ilə daha sağlam bir əlaqə qurmasına kömək edə bilər. Xüsusilə gənclik dövründə insanlar pirsinq və ya döyməni kimlik axtarışının bir hissəsi kimi qəbul edə bilərlər. Cəmiyyətin normativ qaydalarına meydan oxumaq, özünü daha unikal hiss etmək və ya müəyyən bir sosial qrupa aidiyyət duymaq bu qərarların arxasında dayanan əsas motivlərdən biri ola bilər. Musiqi janrları, alternativ mədəniyyətlər və subkulturalar döymə və pirsinq vasitəsilə öz kimliklərini formalaşdıran qruplardır.

Bəzi insanlar üçün pirsinq və döymə bədənə nəzarət hissini artıran bir prosesdir. Xüsusilə travma yaşamış fərdlər üçün bu, psixoloji güclənmə vasitəsi kimi çıxış edə bilər. Bədənə edilən bu dəyişikliklər insanın həyatında bir dönüş nöqtəsi və ya yeni başlanğıc kimi qəbul edilə bilər. Döymə və ya pirsinq etdirmək insana öz bədəninə sahiblik hissini qaytarır və daxili duyğularını açıq şəkildə ifadə etməyə imkan yaradır. Üz döymələri və ekstremal pirsinqlər isə fərqli motivasiyalara əsaslana bilər. Belə insanlar adətən cəmiyyətin müəyyən bir hissəsinə aid olduqlarını göstərmək istəyirlər. Bəziləri üçün bu, ifrat fərdiyyətçiliyin bir forması, digərləri üçün isə konkret bir ideologiyanın nümayişi ola bilər. Xüsusilə üz və digər görünən hissələrdə döymə etdirmək cəmiyyətin qaydalarına meydan oxumaq və ya müəyyən bir qrup tərəfindən tanınmaq istəyindən qaynaqlana bilər.

Döymə və pirsinq etdirən insanların psixoloji pozuntusu olduğunu demək doğru olmaz. Lakin impulsiv qərarlar verən, bədən imici ilə bağlı narahatlıqları olan və ya özünü zədələmə meyli göstərən insanlarda bu seçim emosional ehtiyacdan qaynaqlana bilər. Əgər bir insan davamlı olaraq bədəninə müdaxilə edirsə və özünə zərər vermə səviyyəsinə çatırsa, bu, psixoloji dəstək almaq üçün səbəb ola bilər. Bütün hallarda əsas məsələ insanın özünə və ətrafdakılara mənfi təsir göstərməməsidir. Döymə və pirsinq şəxsi seçimdir və hər kəsin öz bədənini idarə etmək haqqı vardır. Lakin bu seçimlər etik çərçivədə və cəmiyyətin normaları daxilində edilməlidir. İnsan özünü ifadə edərkən digər insanların hüquqlarına və cəmiyyətin qaydalarına hörmət etməlidir."

Dermotoloq Tünzalə Əzizli isə bildirdi ki, tatoların dəriyə ziyanı istifadə olunan kimyəvi maddələrin və tatonu edən şəxsin hansı dərəcədə profesional olmasından aslıdır:

"Əsas göstəricilər demək olar bu iki faktordur. Tato və pirsinqdən müxtəlif xəstəliklər yarana bilər. Prosses qeyri-peşəkar şəkildə həyata keçirilərsə kontakt allergik dermatit dəri xəstəliyi yarana bilər. Travma nəticəsində müxtəlif çapıqlar yarana bilər. Bundan başqa eqzema xəstəliyi də bu prosses zamanı yarana bilər. 

Pirsinqlərdə isə keloid çapıqlar yarana bilər. Əsasən də qulaq, göbək ətrafı edilənlər daha təhlükəlidir"

Şahanə Xankişiyeva

Paylaş

Xəbər lenti

Çinin baş prokuroru Azərbaycanın "Prokurorluğun yaradılmasının 100 illiyi" medalı ilə təltif edilib Bu gün, 14:48 İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib Bu gün, 14:48 Qaydaları kobud şəkildə pozub özünü İFŞA ETDİ - ANBAAN GÖRÜNTÜLƏR Bu gün, 14:48 Bakıda sahibsiz it uşaqlı qadına hücum etdi Bu gün, 14:48 Əli Əsədov Oljas Bektenovu təbrik edib Bu gün, 14:48 Çinin Baş prokuroru: Azərbaycan yaxşı dost, etibarlı tərəfdaşdır Bu gün, 14:48 Azərbaycanda həkim-dermatoloq VƏFAT ETDİ Bu gün, 14:48 Qaradağda 70 min manatlıq telefon və aksesuarlar oğurlayan şəxslər saxlanılıb Bu gün, 14:48 Yasamalda qurumuş ağac təhlükə saçır: "Bir az güclü külək olsa, kiminsə üstünə aşacaq" Bu gün, 14:48 Bişkekdə İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş başa çatıb Bu gün, 14:48 Sentyabrın ilk günlərində gözlənilən hava şəraiti açıqlandı Bu gün, 14:48 Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün sentyabrın 6-da imtahan olacaq Bu gün, 14:48 Bişkekdə İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş olacaq Bu gün, 13:49 60 yaşlı kişi Bakıda hoteldə öldü Bu gün, 13:49 Ötən həftə 2048,7 hektar ərazi minalardan təmizlənib Bu gün, 13:49 Bərgüşadçay su anbarı ilə bağlı 130 milyon manatlıq LAYİHƏ Bu gün, 13:49 Bu ölkədə meşə yanğınlarını qəsdən törədənlərə ölüm cəzası tətbiq edilə bilər Bu gün, 13:48 Tramp kanadalı şirkətlərə səsləndi: "ABŞ-yə köçün, tarif tətbiq olunmayacaq" Bu gün, 13:48 Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir Bu gün, 13:48 Sabirabadda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edilib Bu gün, 13:48 AMB kredit risklərinin idarə edilməsinə "Yaşıl Taksonomiya" tələblərini əlavə edib Bu gün, 13:48 Netanyahu seçki ərəfəsində təhdidlərini artırdı: "Lazım gələrsə, bütün Qəzzanı işğal edərik" Bu gün, 12:50 SOCAR-ın Türkiyədəki zavodu iyunda aviayanacaq istehsalının həcmini açıqlayıb Bu gün, 12:50 Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi Bu gün, 12:50 Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gedib Bu gün, 12:50 Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ Bu gün, 12:49 "Pensiyalar artırılacaq" Bu gün, 12:49 Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi Premyer Liqada 200-cü oyununa çıxıb Bu gün, 12:49 Chatgpt ilə müalicə olunmaq təhlükəlidir? - Tanınmış professor danışdı Bu gün, 12:49 Süni intellekt şirkətinizə gələndə kim gedəcək: insanlar, yoxsa köhnə qaydalar? Bu gün, 12:48 Azərbaycan Premyer Liqasının III turu tamaşaçı rekordu ilə əlamətdar olub Bu gün, 12:48 199 nömrəli marşrutun bütün avtobusları dəyişdirilir Bu gün, 12:48 Sentyabrın ilk günü hava belə olacaq Bu gün, 12:48 Azərbaycan və Çin prokurorluqları arasında anlaşma memorandumu imzalanıb Bu gün, 12:48 Keçmiş məcburi köçkün Bakıda aptekdə öldü Bu gün, 12:48 Xaçmazda yük qatarının vurduğu şəxs öldü Bu gün, 11:48 Bacısının toyuna getməyən Burak Özçivit: "Niyə hücum edirsiniz!" Bu gün, 11:48 Azərbaycanda traktor və digər aqrar texnikaların qeydiyyatı qaydası dəyişib Bu gün, 11:48 Azərbaycan Prezidenti Sadır Japarovu təbrik edib Bu gün, 11:48 İlham Əliyev Malayziya Kralına: Əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək Bu gün, 11:48 DTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı Bu gün, 11:48 Operativlik, effektivlik, proqres - Wolt-un hesabat sistemi və admin paneli işimizi xeyli asanlaşdırır Bu gün, 11:48 İlham Əliyev Trinidad və Tobaqo prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib Bu gün, 11:48 İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub Bu gün, 11:48 Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" Bu gün, 11:48 DYP yağışa görə sürücülərə MÜRACİƏT ETDİ Bu gün, 11:48 Xulian Alvarez "Barselona"ya keçir? - "Atletiko"dan yazılı razılıq gəldi Bu gün, 10:48 Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR