10-03-2025, 17:48 316

NEQSOL Holding Təhsilin İnkişafı Fondu ilə birlikdə

NEQSOL Holding universitetlərdə təhsil alan tələbə qızlara Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən "Parla" təqaüd və inkişaf proqramı vasitəsilə dəstəyini davam etdirir. Cari tədris ilində 50 yeni tələbə seçilərək proqrama qəbul olunub və ümumi iştirakçı sayı 100 nəfərə çatıb.

Yeni seçilmiş tələbələr tədbir zamanı NEQSOL Holding və Təhsilin İnkişafı Fondunun nümayəndələri, eləcə də ötən ilin məzunları ilə görüşüblər. Tədbirdə onlar hər iki təşkilatın nümayəndələrindən və əvvəlki ilin məzunlarından faydalı məsləhətlər alıb, həmçinin proqramın təqdim etdiyi imkanlar haqqında bir daha ətraflı məlumat əldə ediblər.

Cari tədris ilində proqrama qəbul olan 50 tələbə 791 ərizəçi arasından seçilib, bu isə ötən ilki 674 müraciətlə müqayisədə daha yüksək rəqabəti əks etdirir. Seçim prosesinin yekun mərhələsində 120 namizədlə müsahibə əsasında 50 nəfər proqrama qəbul olunub. Əvvəlki ildə olduğu kimi, seçim meyarları tələbələrin akademik uğurlarına və sosial-iqtisadi vəziyyətinə əsaslanıb.

Proqram iştirakçıları təhsil aldıqları müddətdə NEQSOL Holding tərəfindən təmin edilən aylıq maliyyə dəstəyi alacaqlar və bir sıra imkanlardan yararlana biləcəklər. Bu imkanlara ingilis dili dərsləri, IELTS imtahanına hazırlıq və imtahanın ödənişi, təcrübə proqramları, mentorluq, master-klasslar, eləcə də NEQSOL Academy vasitəsilə aparıcı dünya universitetlərinin onlayn proqramlarına və LinkedIn Learning platformasının alətlərinə çıxış daxildir.

"Təhsil və insan kapitalının inkişafı NEQSOL Holding-in korporativ sosial məsuliyyət strategiyasının əsas prioritet sahələridir. Parla proqramı vasitəsilə gənc istedadları yeni bilik, bacarıq və imkanlarla dəstəkləyirik. Təhsilə yatırım davamlı inkişafı təşviq edir, innovasiyanı dəstəkləyir və daha inklüziv bir cəmiyyətin inkişafına töhfə verir," – deyə NEQSOL Holding-in Baş Direktoru Yusif Cabbarov bildirib.

"Parla proqramı özəl və dövlət sektorlarının güclü əməkdaşlığı ilə əldə edilə biləcək uğurun nümunəsidir. Proqram qadın tələbələrin təhsil yolunu daha da zənginləşdirir, eləcə də onlara peşəkar dünyada uğur qazanmaq və cəmiyyətin inkişafına töhfə vermək üçün yeni bacarıqlar və özünəinam qazandırır," – deyə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri, Elnur Nəsibov vurğulayıb.

"Təhsilin həyatları dəyişmək və müsbət təsir yaratmaq gücünə inanırıq. Parla proqramı tələbələrin tam potensialına çatmasına dəstək verir. Məqsədimiz onların parlamasını, uğur qazanmasını və başqalarına ilham verməsini görməkdir. Təhsil və inklüzivliyə sərmayə etməyə sadiq qalaraq cəmiyyətin parlaq gələcəyinə töhfə veririk," – deyə "NEQSOL Holding Azərbaycan"ın rəhbəri İmran Əhmədzadə bildirib.

NEQSOL Holding, istedadlı tələbələri dəstəkləmək baxımından Parla proqramının əhəmiyyətini nəzərə alaraq, onu inkişaf etdirməyə və genişləndirməyə davam edəcək.

NEQSOL Holding telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahələrində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR