13-03-2025, 22:48 446

Oğuzda

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX), Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi (DMA), Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Oğuz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Oğuzda konfrans təşkil olunub. 

 "Konstitusiya və Suverenlik İli"nə həsr olunan "Əmək və sosial müdafiə: müasir çağırışlar və rəqəmsal həllər" mövzusunda keçirilən konfransda Oğuz RİH-nin başçısı Cavid Əbdul-Qədirov, DƏMX-in rəisi Vəli Quliyev, DMA-nın İdarə Heyətinin sədri Sadiq Əliyev, DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Musa Mirzəyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov, müvafiq dövlət qurumlarının nümayəndələri və işəgötürənlər iştirak ediblər.

C.Əbdul-Qədirov tədbirin əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan ardıcıl islahatlar, bu sahədə tətbiq olunan innovativ yeniliklər barədə işəgötürənlərin məlumatlandırılması, sosial dialoqun inkişafı baxımından əhəmiyyətini vurğulayıb. 

M.Mirzəyev "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbirlərin əhəmiyyətindən bəhs edib. O, iş yerlərində təhlükəsiz və layiqli əmək şəraitinin yaradılması istiqamətində görülən tədbirlərdən söz açıb, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına, əməyin mühafizəsinə həmkarlar ittifaqları tərəfindən göstərilən qayğı barədə danışıb. 

V.Zeynalov ASK-nın Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, dövlət-özəl dialoqunun inkişafı və sahibkarların maraqlarının qorunması istiqamətində gördüyü işləri qeyd edib.

Daha sonra panel müzakirəsi keçirilib. Paneldə C.Əbdul-Qədirov, V.Quliyev, S.Əliyev, H.Məmişov çıxış edib, mövzu ilə bağlı sualları cavablandırıblar.

C.Əbdul-Qədirov Oğuzda kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə taxılçılıq, tütünçülük və bağçılığın inkişafından bəhs edib. Eyni zamanda, rayonun güclü turizm potensialına malik olduğunu bildirən icra başçısı sahibkarlara bütün istiqamətlərdə hərtərəfli dəstək göstərməyə hazır olduqlarını deyib.

 V.Quliyev əmək münasibətlərinin tənzimlənməsi üzrə qanunvericiliyə edilən dəyişikliklərin, tətbiq edilən rəqəmsal həllərin, innovativ yanaşmaların mahiyyət etibarilə daha çox əmək qanunvericiliyinin pozulmasının qarşısının alınmasına istiqamətlənən preventiv və proaktiv tədbirləri ehtiva etdiyini vurğulayıb. 

Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyətinə toxunan V.Quliyev bildirib ki, Mərkəzin əsas təyinatı iş yerlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarının tətbiqi, innovativ texnologiyaların dəstəklənməsi, iş yerlərinin attestasiyasının aparılması kimi sahələrdə işəgötürənlərə metodiki köməklik göstərilməsindən, eləcə də təlim və maarifləndirmə xidmətləri göstərməkdən ibarətdir. 

Ötən il əməyin mühafizəsi sahəsində 57 milli standartın təsdiq edildiyini bildirən DƏMX-in rəisi cari il ərzində 100-dən çox belə standartın qəbul edilməsinin nəzərdə tutulduğunu qeyd edib. Həmçinin, "DOST Müfəttiş" və "Nümunəvi müəssisə" layihələri vasitəsilə işəgötürənlərə dəstək göstərildiyini, bu təşəbbüslərin əmək bazarında şəffaflığın və işçi hüquqlarının qorunmasının gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

S.Əliyev icra olunan aktiv məşğulluq proqramları, işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatı istiqamətində görülən işlər barədə məlumat verib. O, əmək bazarının tənzimlənməsi və dayanıqlı məşğulluğun təmin edilməsi məqsədilə DMA tərəfindən mütəmadi olaraq əmək yarmarkalarının keçirildiyini, peşə hazırlığı kurslarının təşkil edildiyini, təqdim edilən vakansiyalar üzrə işlə təminat prosesinin aparıldığını, işsiz və işaxtaran şəxslər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslərin yaradıldığını, gənclərin düzgün peşə seçiminə dəstək məqsədilə peşəyönümü məsləhəti xidmətlərinin göstərildiyini qeyd edib. 

Agentlik sədri aktiv məşğulluq proqramlarının icrasında işəgötürənlərlə sıx əməkdaşlıq edildiyini bildirib, işəgötürənlər üçün nəzərdə tutulan dəstək layihələri barədə məlumat verib. S.Əliyev həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlarla bağlı icra olunan məşğulluq tədbirlərindən, gənclərin, o cümlədən regionlarda yaşayan gənclərin əmək bazarına çıxışının dəstəklənməsi sahəsində reallaşdırılan layihələrdən bəhs edib.  

H.Məmişov Azərbaycanda sosial sığorta və sosial təminat sahələrində son illərdə həyata keçirilən islahatlar barədə məlumat verib. Tətbiq edilən innovativ yanaşmalar, sığorta-pensiya sistemi, əhalinin sosial təminatı sahəsində qarşıya qoyulan prioritet hədəflərə toxunaraq elektron infrastruktur vasitəsilə göstərilən proaktiv xidmətləri diqqətə çatdırıb. Sosial sığorta və onun əhəmiyyətinə diqqət çəkən DSMF-nin sədri pensiya kapitalının formalaşması və vətəndaşların ona necə nəzarət etmələri barədə məlumat verib.  Eyni zamanda H.Məmişov şəxsin məcburi dövlət sosial sığorta haqlarına əsasən fərdi hesabında toplanmış pensiya kapitalının qanunvericiliklə nəzərdə tutulmuş sosial sığorta hadisəsi baş verdikdə vətəndaşa ödənilməsi məsələsindən də bəhs edib. 

Daha sonra konfrans iştirakçılarının müzakirə edilən mövzularla bağlı sualları cavablandırılıb. Tədbir iştirakçıları Oğuzda keçirilən əmək yarmarkasında da iştirak ediblər. Yarmarkada müxtəlif fəaliyyət sahələri üzrə 13 işəgötürən tərəfindən ümumilikdə 60-dan artıq vakansiya təqdim olunub. Sahibkarlarla birgə dəyirmi masa da keçirilib, onları maraqlandıran suallar cavablandırılıb, təklifləri dinlənilib.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR