14-03-2025, 22:48 352

Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant Çin dili üzrə tədrisin növbəti mərhələsinin açılışı keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Çin Xalq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao, universitetin müəllim və tələbələri iştirak ediblər.

Tədbirin açılışında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov qonaqları salamlayaraq, tələbələr adından Leyla Əliyeva və Arzu Əliyevaya təşəkkürünü bildirib.

Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao çıxışında Azərbaycanla Çin arasında münasibətlərin hər sahədə uğurla inkişaf etdiyini vurğulayıb.

"Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində Çin dili distant tədris mərkəzinin açılış iştirak etməkdən böyük məmnunluq duyuram. Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Çin-Azərbaycan əlaqələri sürətlə inkişaf etməkdədir. Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutu çərçivəsində distant Çin dili kursları 2019-cu ildən etibarən fəaliyyətə başlayıb. Bu günə qədər 500-dən çox tələbə bu kurslarda iştirak edib. Heydər Əliyev Fondu bu 7 il ərzində milli ruhun qorunmasında və iqtisadi-sosial inkişafda əvəzsiz rol oynayıb, Azərbaycanın qürurverici vizit kartına çevrilib. Fond Çinin Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlıq edir və hər iki xalqın rifahının yaxşılaşdırılmasına yönəlmiş layihələr həyata keçirir. Eyni zamanda, iki ölkə arasında strateji əməkdaşlıqda mühüm töhfələr verib", - Din Tao əlavə edib.

Sonra o, iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib.

Daha sonra tədbirə virtual formatda qoşulan Pekin Xarici Dillər Universitetinin (PXDU) Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri, konfransın təşəbbüskarı və sədri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev bildirib ki, Çin dili distant tədris mərkəzi illər əvvəl fəaliyyətə başlayıb. "Leyla Əliyevanın bu gün Çin dili distant kurslarının açılışında şəxsən iştirak etməsi hamı üçün böyük motivasiyadır. Özüm və tələbələrim adından sizə böyük minnətdarlığımı bildirirəm. Əgər 5 il əvvəl kurslara qoşulan tələbələr bu kurslara bir hobbi kimi baxırdısa, bu gün artıq akademik biliklər və karyeralarında inkişaf üçün bu dərsləri hədəf kimi görən tələbələrin sayı artmaqdadır. Azərbaycanda Çin dili, Çində isə Azərbaycan dilinə maraq ildən-ilə artır", - o əlavə edib.

Çıxışlardan sonra Leyla Əliyeva və Arzu Əliyeva UNEC-in kitabxanasında təqdim edilən sərgi ilə tanış olublar. Həmçinin burada təqdim olunan Çin mədəniyyətinin nümunələrinə baxıblar.

Sonda tələbələr Leyla Əliyeva və Arzu Əliyevaya xoş arzularını ifadə edib və təşəkkürlərini çatdırıblar.

Qeyd edək ki, UNEC-də Çin dili üzrə distant tədris Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2019-cu ildən təşkil edilir.

Heydər Əliyev Fondu, UNEC, Azərbaycan Dillər Universitetinin (ADU) nəzdindəki Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetinin birgə tərəfdaşlığı ilə keçirilən tədris dil səviyyəsi başlanğıc və orta olmaqla hər mərhələ üzrə 3 ay davam edir.

Tədris zamanı Çində nəşr olunmuş dərsliklərdən istifadə edilir. Hər bir dərsin tərkib hissəsinə tələffüz qaydaları, yeni sözlər, mətn, qrammatika, dialoqlar, oxu təlimləri, tərcümə, heroqliflər üzrə çalışmalar daxildir. Bundan əlavə, mövzuya uyğun olaraq, tələbələrə Çin mədəniyyəti haqqında da geniş məlumatlar verilir.

Hazırda dərs proqramı digər illərlə müqayisədə daha da optimallaşdırılıb. Yeni dərs proqramı tamamilə HSK (Çin dili səviyyə imtahanı) yönümlüdür. Distant dərsləri uğurla bitirən tələbələr beynəlxalq Çin dili səviyyə imtahanında iştirak edə bilərlər.

Paylaş

Xəbər lenti

Paşinyan: enerji təzyiqləri Ermənistan iqtisadiyyatına ciddi təsir etməyəcək Bu gün, 22:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olunub Bu gün, 22:48 Cəbrayılda "Qurban Yarmarkası – Bərəkət Festivalı" keçirildi Bu gün, 22:48 WUF13-də əməkdaş və könüllülərin işi barədə video yayılıb Bu gün, 22:48 İliya Topuriya rəqiblərinə sərt mesaj göndərdi Bu gün, 21:48 Mustafa Kamara Azərbaycanın U-21 millisininə cəlb olunub Bu gün, 21:48 Bakı metrosunun genişləndirilməsinə 180 milyon dollar ayrılıb - 10 yeni stansiya tikiləcək Bu gün, 21:48 Hollandiya millisi DÇ-2026 üçün heyətini açıqladı: Noa Lanq siyahıda Bu gün, 20:48 "AzInTelecom", "Aztelekom" və "Azərpoçt" arasında vahid ekosistem formalaşdırılır Bu gün, 20:48 Hörmüz boğazı ilə bağlı ABŞ-İran razılaşmasının ilkin layihəsi hazırlanıb Bu gün, 20:48 "Azerspace-3" peyki 2029-cu ilin sonuna qədər istismara buraxılacaq Bu gün, 20:48 Dövlətin subsidiyaları yenidən qurması MÜZAKİRƏ EDİLDİ Bu gün, 19:48 Rəhman Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşüb Bu gün, 19:48 Azərbaycandan tranzit keçməklə Ermənistana karbamid və un göndəriləcək Bu gün, 19:48 "Şimal" I Liqada yerini qorudu Bu gün, 19:48 Zelenski Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib Bu gün, 19:48 Zelenski Prezident İlham Əliyevə Ukraynaya göstərilən humanitar və enerji yardımına görə minnətdarlıq edib Bu gün, 19:48 Hacı namizədləri şeytan daşlayıb, həcc ibadətini tamamladılar Bu gün, 19:48 Gəncədə restoranda yanğın olub Bu gün, 18:48 Azərbaycanın İƏT-də sədrliyinin prioritetləri açıqlandı Bu gün, 18:48 Ali məktəblər "Məzun günü"nü harada keçirəcək? Bu gün, 18:48 Kürdəmirdə evləri uçan ailə: "Oğlumun biri Avropa çempionudur" Bu gün, 18:48 "Neftçi" yeni mövsüm üçün ilk transferini elan edib Bu gün, 17:48 Haaqada Azərbaycan-Niderland Ticarət Palatasının açılışı olub Bu gün, 17:48 Bayram günü kabab bişirmək istəyi ana və övladına BAHA BAŞA GƏLDİ Bu gün, 17:48 Ukraynada azərbaycanlı merə bıçaqlı hücum edildi Bu gün, 17:48 İsmayıllıda güclü külək irigövdəli ağacları aşırıb Bu gün, 16:48 Göyçayda 3 avtomobil toqquşub, yeniyetmə qız ölüb Bu gün, 16:48 Polis Astarada əməliyyat keçirib, 45 kq narkotik vasitə dövriyyədən çıxarılıb Bu gün, 16:48 Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb Bu gün, 16:48 Prezident İlham Əliyevə təbriklər gəlməyə davam edir Bu gün, 15:48 Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub Bu gün, 15:48 İordaniya, Belçika və İtaliyanın səfirlikləri Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib Bu gün, 15:48 Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır Bu gün, 15:48 AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib Bu gün, 14:48 Azərbaycanın turizm potensialı Çində tanıdılır Bu gün, 14:48 Zirədə 122 saylı məktəb niyə bağlandı? - Rəsmi AÇIQLAMA Bu gün, 14:48 Yunanıstan Prezidenti: Azərbaycanla ikitərəfli münasibətlərə xüsusi əhəmiyyət veririk Bu gün, 14:48 Peskov: Putinin və Paşinyanın yaxın vaxtlarda ünsiyyəti planlaşdırılmır Bu gün, 14:48 DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb Bu gün, 13:48 Hoteldə iki qadına xəsarət yetirdi, qızıllarını ələ keçirdi Bu gün, 13:48 Xorvatiya, Niderland, Rusiya və Moldova səfirlikləri Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib Bu gün, 13:48 Azərbaycan vətəndaşları Türkiyədə saxlanıldılar Bu gün, 12:48 WUF13 zamanı Bakıdakı hotellərdə bir gecə qalmaq 620 manata qədər BAHALAŞIB Bu gün, 12:48 Qusarda polis tərəfindən zərərsizləşdirilən silahlı şəxslə bağlı TƏFƏRRÜAT Bu gün, 12:48 İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib Bu gün, 11:48 Azərbaycanda aktrisa VƏFAT ETDİ Bu gün, 11:48 Lənkəranda hotel işçilərinə kəsici alətlə xəsarət yetirməklə quldurluq edən şəxs saxlanılıb Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR