
Gəncədə suqızdırıcı partlayıb, ağır xəsarət alan var.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hamam otağında su qızdırıcının partlaması nəticəsində, Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Əli Xudiyevin üzərinə qaynar su dağılıb.
O, ağır yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Zərər çəkənin vəziyyətinin ağır olaraq qaldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.