
“Avropa İttifaqı Ukraynadakı münaqişənin diplomatiya yolu ilə həlli üçün hər cür səy göstərməlidir”.
“Report” xəbər verir ki, bunu Avstriyanın keçmiş kansleri Sebastyan Kurts “BILD” qəzetinə müsahibəsində bildirib.
“Hər kəs haqlı olaraq Ukraynanın qalib gəlməsini istəyir. Lakin məğlub olmaq Rusiya prezidenti Vladimir Putin üçün seçim deyil”, - Kurts bildirib.
Avstriya hökumətinin keçmiş rəhbəri əlavə edib ki, nüvə təhlükəsi fonunda Avropa İttifaqı danışıqlarda israrlı olmalıdır, çünki indi ən vacibi axan qanı dayandırmaq və danışıqlar yolu ilə qitədə total eskalasiyanı dayandıracaq sülhü tapmaqdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.