27-03-2025, 21:48 335

Sınıqçının masaj edərək öldürdüyü körpə ilə bağlı DETALLAR:

Biləsuvarın Bəydili kəndində sınıqçı kimi tanınan 1961-ci il təvəllüdlü Nərgiz Şahverən qızı İmanovanın körpə uşağın ölümünə səbəb olması faktı ilə bağlı açılan cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

AVESTA.AZ Bakupost.az-a istinadən xəbər verir ki, Nərgiz İmanova yaşadığı evdə Biləsuvar şəhər sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının sümüklərini masaj edərkən azyaşlının vəziyyəti pisləşib. Nəticədə, 2 yaşlı N.Qubadlı ölüb.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılıb. Ona qarşı Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam ölümünə səbəb olma maddəsi ilə ittiham irəli sürülüb.

Nərgiz İmanova istintaq zamanı və məhkəmədə ifadə verəndə özünü təqsirli bilib. Lakin son sözündə özünü təqsirli bilməyərək məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.

Onun sözlərinə görə, uşaq onun yanına iki dəfə gətirilib.

Birincidə masaj edib: "Nənəsi zəng etdi ki, uşaq yeriyə bilmir, ayağı ağrıyır. Yanıma gətirəndə baxdım ki, uşağın sol ayağı qısadır. Ailəsinə də dedim. Bir az masaj edəndən sonra apardılar. Ancaq sol tərəfini masaj etdim. Uşaq dayanmadan ağlayırdı. Uşağı aparandan sonra nənəsi yenə zəng edib uşağın ağrıdığını dedi. Mən də dedim ki, indi edəcəyim heç nə yoxdur.

Səhər uşağı yenə gətirdilər. Həmin gün masaj etmədim. Nənəsi uşağı yerə qoyanda 3 addım gedəndən sonra qucağına aldı. Uşaq ağlayanda küçəyə çıxdılar. Nənəsi qışqırdı ki, uşağın halı pisləşdi. Taksi ilə xəstəxanaya getdilər. Sonra öyrəndim ki, uşaq ölüb".

Nərgiz İmanovanın sözlərindən məlum olub ki, orta təhsillidir, heç bir tibb təhsili yoxdur. Sadəcə, kənddə sınıqçı kimi tanınıb.

Uşağın atası Emin Qubadlının ifadəsindən məlum olub ki, Nəzrinin ayağında problem ayağının burxulması ilə yaranıb.

"Hadisədən 2-3 gün əvvəl evdə ayağı burxulmuşdu. Həkimə apardıq, rentgen etdilər. Amma heç bir problem olmadığını, sınıq, çıxıq olmadığını dedilər. Evə gələndən sonra ağrıları artdı, axsamağa davam etdi. Düşündük ki, damar damarın üstünə çıxar.

Ona görə də, xalq təbabəti yolu ilə həll etmək üçün sınıqçı yanına apardıq. Dedi ki, uşağı sağaldacağam. Əlləri ilə uşağın iki topuğunu tutub dartdı. Bədəninin müxtəlif yerlərini möhkəm masaj etməyə başladı. Uşaq ağlayırdı. Dedi ki, damar genişlənir deyə uşaq ağlayır".

Emin Qubadlı deyib ki, həmin gün evə qayıdandan sonra uşağı ümumiyyətlə yeriyə bilməyib və bütün gecəni ağlayıb:

"Anam yenə zəng etdi. Dedi ki, sabah uşağı gətirin, sağaldacağam. Səhər uşağı bir də apardıq. Mən çöldə gözlədim. Eyni qaydada yenə masaj etdi. Uşaq qışqırmağa davam edəndə həyətə keçdim. Uşağın dodaqları göyərmişdi. Şokda idi. Xəstəxanaya çatanda həkim dedi ki, uşaq dünyasını dəyişib. Qızımın ölümünə səbəb Nərgizdir. Onun uşağa verdiyi ağrılar şoka düşərək ölməsinə səbəb oldu".

O, övladının ölümündə günahkar bildiyi qadına ağır cəza verilməsini istəyib.

Ekspertiza rəyinə görə, Nəzrin Qubadlının aşağı ətraflarına və bədən səthinə göstərilən güclü təzyiqlər, dartmalar, burmalar, sıxmalar nəticəsində yaranmış ağrı şoku onun ölümünə səbəb olub.

Mərhumun ailəsi maddi ziyan olaraq Nərgiz İmanovadan 20 min manat, mənəvi ziyan olaraq isə 30 min manat tələb edib.

Məhkəmənin hökmü ilə Nərgiz İmanova 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Məhkəmə mənəvi zərərə görə 10 min manatın Nərgiz İmanovadan tutularaq zərərçəkmiş tərəfə ödənilməsi barədə də qərar çıxarıb.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR