
Ötən gün vəfat edən müğənni Volkan Konakın vəsiyyəti açıqlanıb.
AVESTA.AZ xəbər verir ki, sənətçi bir gün vəfat etdiyi zaman dəfn edilməməsini istəyib:
"Sevənlərimə vəsiyyətim budur ki, mən öləndə məni dəfn etməsinlər. Bütün bədənimi yandırsınlar. Külümü bir qutuya qoyub helikopterlə Qaradənizə səpsinlər".
Xatırladaq ki, ifaçının ötən gün Şimali Kipr Türk Respublikasında konsert zamanı səhhəti qəfil pisləşib.
Xəstəxanaya çatdırılan Volkan Konakın həyatını xilas etmək mümkün olmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.