4-04-2025, 14:48 415

Ötən il Azercell-in Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 95%-ə çatıb

Azercell-in Əlaqə Mərkəzi 2024-cü ildə telefon zəngləri, səsli virtual assistent, çat bot və onlayn çat kimi müxtəlif kommunikasiya kanalları vasitəsilə 4 milyondan çox müraciəti cavablandırıb.

İl ərzində Azercell-in Telefon Mərkəzi 3 milyona yaxın zəng qəbul edib. Bir zəngin orta gözləmə müddəti 35 saniyə, orta cavablama vaxtı isə 2.5 dəqiqə təşkil edib. Bu da qəbul edilmiş beynəlxalq standart  ilə müqayisədə (6-7 dəqiqə) yüksək göstəricidir. Zənglər əsasən tariflər, internet paketləri, rəqəmsal xidmətlər, müştərək xidmətlərə dair məlumatlar, nömrə ilə bağlı əməliyyatlar, balans və cari kampaniyalar ilə əlaqədar olub.

Digər tərəfdən Azərbaycan dilində tam spektr xidmət göstərən süni zəka əsaslı ilk virtual assistent "Aicell"in müraciətləri həll etmə prosesləri də ötən il ərzində davamlı olaraq təkmilləşdirilib. Nəticədə 2024-cü ilin sonuna Telefon Mərkəzinə daxil olan müraciətlərin təxminən 17%-i operatorlara yönləndirmədən süni zəka tərəfindən cavablandırıb. Bu da öz növbəsində daha qısa müddət ərzində daha çox müraciətin cavablandırılmasına, həmçinin müştərilərin vaxtına qənaət edilməsinə dəstək olub. Ötən il abunəçilərin "Aicell" ilə ünsiyyətə marağı daha da artaraq 78.5%-ə çatıb, botun istifadəçi istəklərini düzgün anlama səviyyəsi isə 96.6% təşkil edib.

Azercell-in rəqəmsal ünsiyyət kanalları da müştərilərlə effektiv əlaqə qurmaqda mühüm rol oynayıb. Çat mərkəzi ilboyu ümumilikdə 750 000-dən çox müraciəti cavablandırıb, bunlardan təxminən 103 000-i "Facebook" və "Instagram" üzərindən daxil olan şəxsi mesajlar təşkil edib. Fərdi müraciətlərlə yanaşı, "Facebook", "Instagram", "YouTube", "LinkedIn" və "TikTok" sosial şəbəkələrində 380 000-ə yaxın müştəri şərhi də cavablandırılıb.

Ötən ilin dekabr ayında lider mobil operator telekommunikasiya bazarında daha bir ilkə imza ataraq müştəri sorğularını operativ və fasiləsiz cavablandırmaq üçün "AI Chat Bot" həllini də istifadəyə verib. "Azercell" mobil tətbiqi daxilində süni zəka texnologiyası əsasında işləyən bu həll müştəri sorğularını 24/7 rejimində cavablandırır. Süni zəka assistentlərinin ümumi mövzularla bağlı daxil olan müraciətləri yerində cavablandırması Əlaqə Mərkəzinin təmsilçilərinə abunəçilərə daha fərdiləşmiş xidmət göstərməyə imkan verib.

2024-cü ildə Azercell-in Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 95%-ə çatıb.  Bu göstərici qəbul edilmiş beynəlxalq standard sayılan 85%-dən 10% yüksəkdir.

Azercell-in təqdim etdiyi xidmətin keyfiyyətinin daha bir göstəricisi lider mobil operatorun əldə etdiyi beynəlxalq uyğunluq sertifikatıdır. Ötən ilin mart ayında "TÜV Austria Azərbaycan" MMC tərəfindən həyata keçirilən keyfiyyət auditinin nəticəsi olaraq Azercell "ISO 10002:2018 (Keyfiyyətin idarə olunması - Müştəri məmnuniyyəti – Müəssisələrdə şikayətlərə baxılmasına dair təlimatlar) beynəlxalq standartına uyğunluq sertifikatına layiq görülüb. Qeyd edək ki, bu sertifikat müştərilər tərəfindən irəli sürülən təklif və şərhlərin diqqətlə araşdırılmasını, eləcə də şikayətlərə baxılması prosesinin davamlı təhlilini təmin edən şirkətlərə verilir.

7/24 abunəçilərin sorğularını qəbul edən Azercell-in Telefon Mərkəzinə *1111 qısa nömrəsi, eləcə də (012) 4904949 (Fakturasız Xətt abunəçiləri üçün) və (012) 4905252 (Fakturalı Xətt abunəçiləri üçün) şəhər nömrələri vasitəsilə müraciət etmək mümkündür.

Paylaş

Xəbər lenti

Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı açıqlanıb Bu gün, 11:48 BAKU TV RU-nun beş yaşı tamam olur Bu gün, 11:48 Bu şəxslərin maaşı artırıla bilər – Yeni hesablama qaydası Bu gün, 11:48 Putin və Si Cinpin görüşüb Bu gün, 11:48 Rumıniyada 5,3 maqnitudalı zəlzələ baş verib: İstanbulda da hiss olunub Bu gün, 11:48 Rəşid Mahmudov: "37 ildir çörək yemirəm" Bu gün, 11:48 Alyona Əliyeva "Rezonans və İrs" adlı konsert proqramından paylaşım edib Bu gün, 11:48 "İrşad"da yeni missiya başlayır: Yaşıl Cümə! Bu gün, 11:48 Ceyhun Bayramov: Azərbaycan Almaniya ilə birbaşa uçuşların sayının artırılmasında maraqlıdır Bu gün, 11:48 Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri ilə görüşüb Bu gün, 11:48 "Qara cümə" yaxınlaşır: "Mağaza qiyməti 200 manata qaldırır, sonra 50% endirim elan edir" Bu gün, 11:48 Ramin Məmmədov: Dünyada baş verən hadisələr Azərbaycanın doğru yolda olduğuna tam əminlik yaradır Bu gün, 11:48 Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub Bu gün, 11:48 Meyitxanada şok hadisə - Öldü bilinən kişi ayılıb siqaret istədi Bu gün, 11:48 Mərdəkanda yataqxanada yanğın olub Bu gün, 10:48 Bakıda ödənişli yollar olacaq? - London və Sinqapur modeli tətbiq edilə bilər Bu gün, 10:48 Ögey qardaşı tərəfindən öldürüldüyü iddia olunan Gülarənin qətli ilə bağlı yeni detallar Bu gün, 10:48 Bakının bu ərazisində hərəkət rahatlaşdı - Yeni işıqforlar quraşdırıldı Bu gün, 10:48 Ceyhun Bayramov ilə Yohan Vadeful arasında təkbətək görüş başlayıb Bu gün, 10:48 Nəvai həbsdən sonra qiymətini qaldırdı - Konserti 6 milyona, donuz ətinə görə cərimə isə 1 MİLYONA Bu gün, 10:48 22 illik həyat yoldaşından danışan müğənni: "Evlilik təklifi etmədi" Bu gün, 10:48 Qobustanda top mərmisi tapılıb Bu gün, 10:48 Tanışı evindən küçəyə çağırdı, mübahisə qanlı sonluqla bitdi Bu gün, 09:48 Dünya bazarında neftin qiyməti ucuzlaşıb Bu gün, 09:48 Bəzi sürücülərə cərimələr yeni qayda ilə çatdırılacaq Bu gün, 09:48 Elçin Əmirbəyov Çində mühüm müzakirələr aparıb Bu gün, 09:48 "Nə? Harada? Nə zaman?"ın ulduzu Rövşən Əsgərovla bağlı cinayət işi Rusiya məhkəməsində araşdırılacaq Bu gün, 09:48 Yadplanetlilər həqiqətən Yerə gəlib? Bu gün, 09:48 Ramiz Mehdiyev hökmdən narazıdır - Daha yüngül cəza istəyir Bu gün, 09:48 Azərbaycanda bələdiyyə sədri qəfil VƏFAT ETDİ Bu gün, 08:48 Üç uşaq atası ilə birlikdə meyiti tapılan qadın kimdir? Bu gün, 08:48 Dünya bazarında qızıl ucuzlaşmaqda davam edir - Qiymət 3 800 dollara yaxınlaşıb Bu gün, 08:48 "Embawood"un anbarında ölüm hadisəsi olub Bu gün, 08:48 Evdə meyvə doğrayırdı, boğazından bıçaq xəsarəti aldı Bu gün, 00:48 Muxtar Babayev Efiopiyanın xarici işlər naziri ilə COP32-nin prioritetlərini müzakirə edib Bu gün, 00:48 Qardaşı tərəfindən qətlə yetirildiyi deyilən Gülarənin fotoları Bu gün, 00:48 Ailəsindən ayrılan kişinin başqa qadınla meyitinin tapılmasının yeni təfərrüatı Bu gün, 00:48 İsmayıllı-Lahıc yolunda uçqun olub: Hərəkət dayanıb Dünən, 23:49 Müzəffər İsayev vəfat etdi Dünən, 23:49 ABŞ Keşm adasına raket zərbəsi endirdi Dünən, 23:49 Kürdəmirdə ailənin evi əşyaları ilə birlikdə külə döndü: "30 ilin zəhməti 30 dəqiqəyə yox oldu" Dünən, 23:48 Rusiyada baş vermiş təyyarə qəzasının səbəbi məlum oldu Dünən, 23:48 Gürcüstandan maşın almaq istəyənlərin nəzərinə Dünən, 23:48 ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər Dünən, 23:48 Ağır qəza baş verdi - Ölən və xəsarət alanlar var Dünən, 22:48 Uşağa qulluğa görə müavinət bu şəxslərə verilməyə bilər - Yeni qayda Dünən, 22:48 "İstək" MMC-də saxta köçürmələr və milyonluq pul iddiası: Şirkət daxilində nə baş verib? Dünən, 22:48 Elektromobillərin təkərləri niyə tez sıradan çıxır - Səbəb məlum oldu Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR