5-04-2025, 11:48 300

MN-də bir milyon manatdan çox mənimsəmə faktı: Pulu Almaniyadan qardaşının göndərdiyini demişdi

Müdafiə Nazirliyinin (MN) tabeliyindəki hərbi hissədə mənimsəməyə görə tutulan sabiq maliyyə xidmət rəisi, kapitan Vahid Novruzlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. 

Belə ki, şahid qismində ifadə verənlərdən biri də təqsirləndirilən şəxsin bacanağı Soltan Soltanlı olub. 

O deyib ki, Vahid Novruzlu ondan bank rekzivitlərini istəyib:

"Vahid qardaşının Almaniyadan pul göndərəcəyini və hərbi qulluqçu olduğu üçün o qədər pulu kartına qəbul edə bilməyəcəyini dedi. Ona görə də bank rekzivitlərini ona göndərdim. Kartıma 3150 manat pul köçdü. Pulu nağdlaşdıraraq Vahidə verdim".

Prosesdə ifadə verən müttəhimin qaynı Nicat Vəlizadənin sözlərinə görə, Vahid Novruzlu onu hərbi hissənin hospitalında qazanxanaya mülki işçi kimi işə düzəldib:

"Qazanxanada mülki işçi kimi çalışırdım. Vahid bir gün mənə dedi ki, sənin kartına pul gələcək, onu nağdlaşdırıb mənə verərsən. Mən də hesabıma gələn 3917 manat pulu nağdlaşdırıb ona verdim".

Şahid Eşqin Həsənovun sözlərinə görə, Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissədə maliyyə xidmət rəisinin köməkçisi vəzifəsində işləyir. 

"Vahid Novruzlu mənim bölmə rəisim olub. Sözügedən məsələdən xəbərim olmayıb. O, mənə qardaşının Almaniyadan pul göndərəcəyini bildirərək Şaiq Bayramovun kart məlumatlarını almağımı istədi. Mən də həmin hesabdan 2 min 633 manat pul çıxarıb Vahid Novruzluya verdim".

Şahid Füzuli Ələkbərli deyib ki, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində mühasib vəzifəsində işləyir. Şahidin sözlərinə görə, tanışı Elşən Salamov zəng edərək onun kartına pul göndərildiyini deyib. 

"Kartıma 3 min manat pul gəlmişdi. Mən də həmin pulu Elşənin kartına göndərdim. Bu pulun Vahid Novruzluya çatacağını bilmirdim", - şahid deyib. 

Dövlət ittihamçısı şahidə bu pulların haradan gəlməsi ilə bağlı Elşən Salamovdan hər hansı bir məlumat alıb-almadığını soruşub. Şahid Füzuli Ələkbərli deyib ki, Elşən Salamov onun tanışı olduğu üçün bir neçə dəfə kartına pul gəlib və ondan bu pulların haradan gəldiyini soruşmayıb. 

Daha sonra bir neçə şahidin məhkəməyə ünvanladığı müraciət elan olunub. Onlar prosesə gələ bilməyəcəklərini və ibtidai istintaqa verdikləri ifadələrini təsdiqlədiklərini bildiriblər. 

Təqsirləndirilən şəxs sözügedən şahidlərin prosesə gəlməməsinə etiraz etməyib və onların ibtidai istintaqa verdiyi ifadələri ilə razı olduğunu deyib. 

Hakim Fikrət Əliyev deyib ki, şahidlər məhkəməyə çağırılıbsa, onların prosesdə iştirakı zəruridir. Belə ki, həmin şahidlərin prosesə məcburi gətirilməsi ilə bağlı qərar qəbul olunub. 

Məhkəmənin növbəti iclası aprelin 11-ə təyin olunub. 

Qeyd edək ki, sabiq maliyyə xidmət rəisi barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsinin vəsatəti əsasında həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 313-cü (vəzifə saxtakarlığı), 333.4 (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, Vahid Novruzlu müxtəlif yolarla işlədiyi bir hərbi hissədən 848 min 338 manat mənimsəyib. 

İttihamda qeyd olunub ki, Vahid Novruzlu işlədiyi digər hərbi hissədə hərbi xidmətdə olmayan şəxslərin plastik kartlarına vəsait köçürüb. O həmin hərbi hissədən də müxtəlif yollarla 381 min 755 manat mənimsəməkdə təqsirləndirilib.

Təqsirləndirilən şəxs Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı cinayət işindən ayrılmış epizod üzrə DTX-nin apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.

V. Novruzlu Müdafiə Nazirliyini mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunları maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işləri üzrə məhkəmə prosesində şahid qismində ifadə verib.

Paylaş

Xəbər lenti

Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb Bu gün, 12:48 Sabah 28 dərəcə isti olacaq - Hava proqnozu Bu gün, 12:48 Azərbaycanda hoteldə yanğın olub Bu gün, 12:48 Madriddə yaşayan azərbaycanlı gənc ölüb Bu gün, 12:48 Azərbaycanın bəzi ərazilərinə qar yağıb - FAKTİKİ HAVA Bu gün, 11:48 Azərbaycan nefti 4 %-dən çox bahalaşıb Bu gün, 11:48 Bu da oldu… - Gənc qız süni intellekt asılılığına görə müalicəyə başladı Bu gün, 11:48 "Xarı Bülbül" restoranında DAVA: Həmkarını döyən ofisinat CƏZALANDIRILDI Bu gün, 11:48 Azərbaycanda əcnəbilərlə nikahların sayı azalıb - İlk 4 ölkə Bu gün, 11:48 Bu gün Arif Məlikovun anım günüdür Bu gün, 10:48 Bu marşrutların hərəkət istiqaməti dəyişdirildi - SİYAHI Bu gün, 10:48 Yol polisindən istirahətə gedənlərə vacib MÜRACİƏT Bu gün, 10:48 BƏDBƏXT HADİSƏ: 25 yaşlı oğlan işlədiyi bağda ÖLDÜ Bu gün, 10:48 "Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur" - Rəsmi açıqlama Bu gün, 10:48 İş adamı restorandan çıxarkən GÜLLƏLƏNDİ Bu gün, 10:48 Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib Bu gün, 09:48 Misli Premyer Liqası: "Qəbələ" "Qarabağ"a, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı Bu gün, 09:48 Messi bu gənc futbolçunu özünə bənzədir Bu gün, 09:48 39 yaşlı kişi restoranın yaxınlığında güllələndi Bu gün, 09:48 XİN: Azərbaycan xalqı faşizm üzərində qələbəyə mühüm töhfə verib Bu gün, 09:48 Azərbaycandan Ermənistana bu gün neft məhsullarının növbəti partiyası ixrac olunacaq Bu gün, 09:48 Goranboyda TOYDA DAVA: 12 yaşlı qıza sataşdı, qardaşını döydü Bu gün, 00:48 Faşizm üzərində qələbədən 81 il ötür Bu gün, 00:48 FIFA-dan geri addım: "Neftçi"nin transfer qadağası ləğv edildi Dünən, 23:48 Gəncə şəhərində keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb Dünən, 23:48 Tokayev Moskvaya işgüzar səfər edib Dünən, 23:48 Ağsu dolaylarında qorxulu anlar: Yol çökdü, hərəkət məhdudlaşdırıldı Dünən, 23:48 AFFA 2026/2027 mövsümü üçün lisenziya verdiyi klubların siyahısını açıqladı Dünən, 23:48 "Sabah" öz meydanında "Kəpəz"ə məğlub oldu Dünən, 22:48 Bakı kəndlərində yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR Dünən, 22:48 "Haber Global" "SAHA 2026" hərbi sərgisindəki Azərbaycan stendindən reportaj hazırladı Dünən, 22:48 Brilliant Dadaşova: "Bugünkü vəziyyəti bilsəydim, müğənni olmazdım" Dünən, 22:48 Bakının mərkəzində iki küçə bağlanacaq - XƏBƏRDARLIQ Dünən, 21:48 Bu dəfə imtahanda ən çox bal yığan onlar oldu - FOTOLAR Dünən, 21:48 Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır - Bu tarixdən... Dünən, 21:48 DTX-də Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib Dünən, 21:48 Nadir Qafarzadə: "İnstaqramdansa TikTok təmizlənsin" Dünən, 21:48 Kinematoqrafçılar İttifaqına yeni sədrin seçiləcəyi TARİX MƏLUM OLDU Dünən, 20:48 Valverde və Çuameni barışdı: "Real Madrid"dən sərt qərar Dünən, 20:48 Masazırda narkotik satanlar ƏLƏ KEÇDİ Dünən, 20:48 Azərbaycan-Türkiyə birgə taktiki-xüsusi təlimi keçirilib Dünən, 19:48 Parisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? Dünən, 19:48 Hakan Fidan və Abbas Əraqçi regiondakı prosesləri müzakirə ediblər Dünən, 19:48 Şəhid xanımına leytenant rütbəsi təqdim olundu Dünən, 19:48 Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilib - DTX araşdıracaq Dünən, 19:48 Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib Dünən, 19:48 SOCAR "Italiana Petroli" şirkətinin səhmlərinin alınması prosesini başa çatdırıb Dünən, 19:48 Ermənistan XİN başçısının Luis Okampo ilə gizli əlaqələri ifşa olunub Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR