14-04-2025, 12:48 342

Orxan Məmmədov:

Dünya çempionatı azarkeşlərimiz üçün əsl bayram deməkdir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov Dünya Minifutbol Federasiyasının rəsmi saytına açıqlamasında deyib.

Qurum rəhbəri mayda Bakıda keçiriləcək dünya çempionatına hazırlıqlardan bəhs edib:

"İlk olaraq qeyd edim ki, Azərbaycan Minifutbol Federasiyası bu idman növünün ölkəmizdə inkişaf etməsi və populyarlaşması üçün ciddi işlər görür. Federasiyamız dünya və Avropa minifutbol federasiyaların fəal üzvü kimi bir çox tədbirlər və konfranslarda fəal iştirak edir və təcrübə mübadiləsi aparır. Yarandığı gündən etibarən federasiya milli komandamızın 3 Avropa çempionatı və dünya çempionatında iştirakını təmin edib. Bundan başqa, komandamızn Avropa çempionu olduqdan sonra 2022-ci il iyunun 14-də Prezident İlham Əliyev millimizin üzvlərini qəbul edib. Məhz ölkə rəhbərinin belə diqqətinin nəticəsidir ki, hazırda insanlar minifutbola ciddi maraq göstərirlər. Gündən-günə daha çox insan və hətta peşəkar futbolçu olmayanlar da minifutbola üz tuturlar. Azərbaycan olduqca böyük, beynəlxalq yarışlara, festivallara, qlobal forumlara, konfranslara - bir sözlə, nüfuzlu tədbirlərə ev sahibliyi edib. Belə böyükmiqyaslı tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi heç də təsadüfi deyil. Bu, əlbəttə, Azərbaycanın qazandığı uğurların, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında əldə etdiyi nüfuzunun ifadəsidir. Mundial ölkəmizdə böyük səbrsizliklə gözlənilir. Dünya çempionatı azarkeşlərimiz üçün əsl bayram deməkdir".

O, Bakıdakı mundialın özünəməxsus iz buraxacağını qeyd edib:

"Artıq Azərbaycan dünyada həm də beynəlxalq idman yarışlarının, dünya və Avropa çempionatlarının keçirildiyi unikal məkan statusuna da sahiblənib. Elə il yoxdur ki, ölkəmizdə hansısa beynəlxalq idman yarışı keçirilməsin. Hazırda isə idman ölkəsi daha bir nüfuzlu yarışı - minifutbol üzrə dünya çempionatını qəbul etməyə hazırlaşır. Əlbəttə, çətinliklərin olması təbiidir. Olduqca məsuliyyətli vəzifəni öhdəmizə götürmüşüksə, heç bir çətinlikdən çəkinməməliyik. Artıq hazırlıqların son mərhələsindəyik. Bu günə kimi hər şey plan üzrə davam edir. Azarkeşlər nəinki Milli Gimnastika Arenasında keçirilən möhtəşəm açılış mərasiminin və gözəl oyunların, həm də paralel olaraq Bakı bulvarında keçiriəcək maraqlı və əyləncəli tədbirlərin şahidi olacaqlar. Əminəm ki, həmin günlərdə hava şəraiti də yaxşı olacaq və azarkeşlərin Bakının gözəl yerləri ilə tanış olmasına şərait yaradacaq. İnanıram ki, Bakıdakı mundial dünya minifutbol tarixində özünəməxsus iz buraxacaq".

O.Məmmədov qısa müddətdə kütləviliyə nail olduqlarını nəzərə çatdırıb:

"Bizim ölkədə böyük futbol qədər minifutbol da çox sevilir. Bu idman növünə maraq komandamızın Avropa çempionluğundan sonra daha da artıb. İndi bizim federasiyaya məxsus meydançalarımızda uşaqdan-böyüyə hər kəs minifutbol oynayır. Qısa müddətdə inanılmaz kütləviliyə nail olmaq bizi sevindirir. Azarkeşlərimiz isə bizi hər zaman dəstəkləyirlər. Məsələn, 2023-cü ilin mayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirildi. Həmin yarışda müxtəlif ölkələrdən 10 komanda iştirak etdi. Bakı Tennis Akademiyasında keçirilən oyunlarda azarkeşlər millimizə möhtəşəm dəstək göstərdilər. Bu dəstək komandanın uğurlarına ciddi təsir göstərdi. Dünya çempionatında da onların güclü dəstəyini hiss edəcəyimizə əminəm".

AMF-nin prezidenti sonda bütün azarkeşləri paytaxtımıza dəvət etdiklərini vurğulayıb:

"Digər ölkələrdən olan azarkeşləri Bakıda görməkdən məmnun olacağıq. Bizim ölkəmiz olduqca qonaqpərvər yerdir. Ən əsası isə gözəl və tam təhlükəsiz ölkədir. Bütün azarkeşləri paytaxtımıza dəvət edirik. Onlar nəinki gözəl oyunların şahidi olacaqlar, həmçinin Azərbaycanın fərqli mədəniyyəti və insanları ilə tanış olmaq imkanı əldə edəcəklər. İnanıram ki, Bakıdakı dünya çempionatı onların yaddaşında ən unudulmaz mundiallardan biri kimi qalacaq. Komandaların hər birinə isə uğurlar arzulayıram".

Qeyd edək ki, Azərbaycan yığması dünya çempionatının A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq. 32 komandanın iştirak edəcəyi mundial mayın 21-dən iyunun 1-dək təşkil olunacaq.

Paylaş

Xəbər lenti

Xarici diplomatlar Xudavəng monastır kompleksini ziyarət ediblər Bu gün, 15:48 Bakıda metro üçün şaxta qazıntısı zamanı bina boşaldılıb? - Bakı Metropolitenindən AÇIQLAMA Bu gün, 15:48 Belarus 2027-ci ildə Qarabağda aqroşəhərciyin tikintisini planlaşdırır Bu gün, 15:48 Bakı metrosu 15 sentyabra necə hazırlaşır? - Tıxaclara qarşı atılmış addımlar Bu gün, 15:48 Valideynlərin NƏZƏRİNƏ - Birinci sinfə elektron qəbul yenidən aktivləşir Bu gün, 15:48 Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik Bu gün, 14:48 Səfir: Şuşaya vurulmuşam Bu gün, 14:48 "Sabah" və "Qarabağ" Çempionlar Liqasında tarixə düşdülər - SİYAHI Bu gün, 14:48 Evi yanan məşhur cütlük 3 milyon dollara villa axtarır Bu gün, 14:48 Bəzi mağazalar niyə QR-kodla ödənişdən imtina edir? "Biz "m10"la ödəniş götürmürük" Bu gün, 14:48 Pineviç: Əli Əsədovun Belarusa səfəri 2026-cı ilin sonu - 2027-ci ilin əvvəlinə planlaşdırılır Bu gün, 14:48 Avropanın bu ölkəsində dizel avtomobil sahiblərinə nağd pul ödəniləcək Bu gün, 14:48 "Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq Bu gün, 13:48 Şirvanda mağazadan 18 min manatdan çox pul oğurlanıb Bu gün, 13:48 Şirvanda oğurluq edən şəxs saxlanılıb Bu gün, 13:48 Azərbaycanda BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır Bu gün, 13:48 Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu Bu gün, 13:48 Xarici diplomatlar Gəncəsər monastır kompleksini ziyarət ediblər Bu gün, 12:48 İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? Bu gün, 12:48 Nar şirəsinin orqanizmə inanılmaz faydaları - Hər gün içdikdə… Bu gün, 12:48 Sabah 33° isti olacağı gözlənilir Bu gün, 12:48 Hikmət Hacıyev: Azərbaycan dövləti tarixi abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir Bu gün, 12:48 Vətəndaşların çoxdan narazılıq etdiyi yol TƏMİR OLUNUR Bu gün, 11:49 Xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 120 dolları keçib Bu gün, 11:48 Məcnun Məmmədov şöbə müdiri təyin etdi Bu gün, 11:48 Emi Karlon: ABŞ-ni Bakıda keçiriləcək müdafiə sənayesi sərgisində yeni şirkətlər təmsil edəcək Bu gün, 11:48 Gürcüstanda qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb, azərbaycanlı da var Bu gün, 11:48 Diplomatik korpusun nümayəndələri bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar Bu gün, 10:48 Krımda 45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu Bu gün, 10:48 FHN Zaqatalada yanğın-taktiki təlim keçirib Bu gün, 10:48 AZANS Daşkənddə regional aeronaviqasiya əməkdaşlığını gücləndirib Bu gün, 10:48 KXDR Yapon dənizinə ballistik raketlər buraxıb Bu gün, 09:48 Ledi Qaqa ilk dəfə ana olub Bu gün, 09:48 Joze Mourinyo "Real"dakı münaqişəyə aydınlıq gətirib: "Heç nə etmədim" Bu gün, 09:48 Nepaldakı faciədə həlak olanların sayı artıb Bu gün, 09:48 Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın inkişafı müzakirə olunub Bu gün, 00:48 Azərbaycan arxeologiyasının ən mühüm ünvanlarından biri - Azıx mağarasından reportaj Bu gün, 00:48 Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq Dünən, 23:48 Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb Dünən, 23:48 Paytaxtda su kollektorunun partlaması nəticəsində yaranan problem niyə həll olunmur? Dünən, 23:48 "Euronews": SOFAZ Azərbaycanın Asiya və Avropa arasında birləşdirici halqa rolunu möhkəmləndirir Dünən, 23:48 Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT Dünən, 23:48 Hikmət Hacıyev: Azərbaycan-Meksika münasibətləri dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır Dünən, 22:48 Prezidentin köməkçisi: Azərbaycan və Meksika arasında sıx tərəfdaşlıq üçün böyük imkanlar var Dünən, 22:48 Husilər Bab əl-Məndəbdəki son iki adanı da ələ keçiriblər Dünən, 22:48 Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı Dünən, 22:48 Sabunçuda bina sakinlərinin lift kartları bloklandı: Səbəb nədir? Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR