16-04-2025, 13:48 405

Dövlət Əmək Müfəttişliyi Xidməti küləkli hava şəraiti ilə bağlı işəgötürənlərə müraciət edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ölkə ərazisində aprelin 15-dən etibarən müşahidə olunan və hazırda davam edən küləkli hava şəraiti ilə əlaqədar işəgötürənlərə müraciət edib.

Bu barədə BAKU.WS-ə xidmətdən məlumat verilib.

Bildirilib ki, mövcud hava şəraiti davam etdiyi müddətdə açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması məqsədilə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq zəruri tədbirlərin görülməsi vacibdir.

Belə ki, "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən işçilərə qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır.

Məcəlləyə 2-ci əlavəyə görə, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılır. Həmçinin tikinti işləri görüldükdə küləyin gücü 2 baldan artıq olduqda kranlar qurulması üzrə quraşdırma, 3 baldan artıq olduqda qaldırıcıların quraşdırılması və sökülməsi, daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri, 6 baldan artıq olduqda taxta-şalban, işi, habelə taxta-şalbanın sökülməsi işləri dayandırılır.

Dənizdə işləyərkən küləyin gücü 3 baldan çox olduqda qaynaq tikişinin şaquli və tavan vəziyyətində qoyulduğu bütün növ qaynaq, 4 baldan çox olduqda ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə, daimi dəniz özülləri və estakadayanı meydançaları yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma işlərinin, qaynaq tikişi aşağı vəziyyətdə qoyulduğu bütün növ qaynaq işlərinin, estakada tikən kranla quraşdırma və dəniz neft-mədən qurğularının sökülməsi işlərinin dayandırılması təmin edilməlidir.

Dənizdə işləyərkən küləyin gücü 5 baldan artıq olduqda isə ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olmadan tikinti-quraşdırma və sökmə, kopyor vasitəsilə dayaqlar vurulması, daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi), traversin sürgü qollarının, mancanaq dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi, estakada meydançalarında quyuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işləri dayandırılmalıdır.

Küləyin gücü 6 baldan artıq olarsa, daimi dəniz özüllərində istismar edilən quyularda işləri, daimi dəniz özüllərində estakadayanı meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işlərini, 8 baldan çoxdursa, qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işləri, özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki və altındakı işləri dayandırmaq tələb olunur.

Əgər küləyin gücü 10 baldan artıq olarsa, quyunun yuyulması işlərindən başqa buruqda bütün işlərin dayandırılması təmin edilməlidir.

İşlərin dayandırılması zamanı işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı ilə fasilənin sayı, müddəti müəyyənləşdirilməli, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli və bu fasilələr zamanı da əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri səbənindən baş verməyən boşdayanma kimi və tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir.

Paylaş

Xəbər lenti

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır Bu gün, 12:48 Alians Development Bakıda dənizlə şəhəri birləşdirən "Bayıl Bulvarı"nın inşasına başlayıb Bu gün, 12:48 Dövlət qeydiyyat nişanını saxtalaşdıran sürücü həbs edilib Bu gün, 12:48 Xorvatiyada qızıl medal qazanan Kənan Nəsibov: "Ən böyük hədəfim dünya və olimpiya çempionu olmaqdır" Bu gün, 12:48 İçərişəhərdə maşınını park edən bloger qiymətdən şoka düşdü Bu gün, 12:48 Biləsuvarda məktəbin qarşısında avtoxuliqanlıq edən sürücü həbs olunub Bu gün, 12:48 Mikayıl Cabbarov: "Böyük layihələri borclanmadan həyata keçiririk" Bu gün, 12:48 Prezident hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq edib Bu gün, 12:48 Nazir: "Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığı azalır" Bu gün, 12:48 Mikayıl Cabbarov: "Azərbaycan şirkətlərinin gəlir bazası şaxələnir" Bu gün, 12:48 TÜRKPA Baş katibi COP31-də Parlament Konfransında iştirak edib Bu gün, 12:48 Küləkli hava şəraitində işləyənlərlə bağlı qanunda yenilik Bu gün, 12:48 Estoniya Rusiyaya bütün sərhəd-keçid məntəqələrini bağlayır Bu gün, 11:48 Ombudsman Ağstafada hərbi sursatın partlaması ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib Bu gün, 11:48 Milli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir Bu gün, 11:48 Dünyanı yeni qrip pandemiyası gözləyə bilər? - Tanınmış professor danışdı Bu gün, 11:48 ABŞ-nin Bakıdakı səfirliyi avtomobillərini satışa çıxarıb Bu gün, 11:48 Rəşad Mustafayev: Azərbaycanda son on ayda 164 mindən çox şəxs işlə təmin edilib Bu gün, 11:48 Nizami Gəncəvi parkında uşaqlar üçün təhlükəli vəziyyət - Şikayət Bu gün, 11:48 "Yeşilçam"ın ulduzunun sirli həyatı: Rəqabət, uğursuz evliliklər və faciəli son Bu gün, 10:49 Husilər Ədən şəhərinə yaxınlaşır: Hökumət əlavə qüvvələr cəlb edir Bu gün, 10:49 Azərbaycan millisi bu gün yoldaşlıq oyununda Andorra ilə üz-üzə gələcək Bu gün, 10:49 Dövlət sərhədini pozmağa cəhd edən "paratrike" uçuş aparatı zərərsizləşdirilib Bu gün, 10:49 Bakıda hasar uçdu: 48 yaşlı qadın öldü Bu gün, 10:49 UEFA Millətlər Liqası: Almaniya millisi evdə Niderlandla qarşılaşacaq Bu gün, 10:49 Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü Bu gün, 10:49 Hörmüz boğazında daha iki neft tankeri minaya düşərək partlayıb Bu gün, 10:49 AZAL-ın İstanbul uçuşlarında yeni qayda Bu gün, 10:49 İspaniyada 14 ildən sonra ilk ümumi tətil: Milyonlarla insan küçələrə çıxdı Bu gün, 10:48 Bakıda güclü külək 32 ağacı sındırıb Bu gün, 10:48 Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar Bu gün, 10:48 Məşhur aparıcı 15 il çalışdığı kanaldan getdi Bu gün, 10:48 Şahdağa 20 sm, Qrızda 14 sm qar yağıb - Faktiki hava Bu gün, 10:48 1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi Bu gün, 10:48 Heydər Əliyev Sarayında Azərbaycan Radiosu və Televiziyasının yubiley konserti təşkil olunub Bu gün, 08:48 637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat Bu gün, 08:48 Kənan Nəsibov qızıl medal qazandı Bu gün, 08:48 Bakıda güclü külək ağacı aşırdı: İki nəfər evdə köməksiz qaldı Bu gün, 08:48 Bakıda şok oğurluq: Mağazadakı qızılları işçi aparıbmış Bu gün, 08:48 Bu il işləmək üçün Rusiyaya gedən azərbaycanlıların sayı məlum oldu Bu gün, 08:48 Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur Bu gün, 07:48 İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb Bu gün, 00:48 İsraildə İran kəşfiyyatına məlumat ötürməkdə şübhəli bilinən şəxs tutuldu Dünən, 23:48 Süni intellekt bumunda gözlənilməz geriləmə: Şirkətlər 4,2 trilyon dollar itirdi Dünən, 23:48 İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək Dünən, 22:48 Yeni tibb fakültələri açılır: Həkim çatışmazlığı aradan qalxacaq? Dünən, 22:48 Gəncədə binada köməksiz qalan uşaq xilas edildi Dünən, 22:48 Kür çayında suyun səviyyəsi xeyli artıb Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR