23-04-2025, 19:48 330

Elvin Şahverdiyev: Kibertəhlükəsizlik sosial və iqtisadi sabitliyin vacib elementidir

Müasir dövrdə kibertəhlükəsizlik məsələsi təkcə texnoloji müstəvidə deyil, həm də iqtisadi və sosial rifahın qorunması baxımından strateji əhəmiyyət kəsb edir.

Gənclərin bu sahədə fəallığının artırılması və onların texnoloji liderlər kimi yetişməsi dövlət üçün önəmli hədəflərdən biridir.

Gənclərin hər biri gələcəyin texnoloji liderləri, innovasiya daşıyıcılarıdır. Rəqəmsallaşmanın dayanmadan inkişaf etdiyi bir dövrdə gənclərin rolu daim genişlənir. Gənclərin bu sahədə yetişməsi strateji hədəfimiz olmalıdır.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Elvin Şahverdiyev aprelin 23-də Bakıda keçirilən Gənclərin Kibertəhlükəsizlik Forumunda çıxışı zamanı söyləyib.

O, çıxışında əmək bazarında və ictimai sektorda kibertəhlükələrin təsirindən də bəhs edib: "Dünyada baş verən kibertəhlükə hadisələri və müvafiq statistika göstərir ki, bu sahəyə maraq artmaqdadır və gələcəkdə potensial təhlükələrə qarşı hazırlıqlı olmaq üçün bu istiqamətdə maarifləndirmə vacibdir. Statistik göstəricilərə əsasən, son dövrlərdə fidyə proqram təminatı (ransomware) ən geniş yayılmış kibertəhlükə vektorlarından biri olub. 2022–2024-cü illər ərzində bu hücumlar təkcə texnoloji deyil, həm də qlobal iqtisadiyyata ciddi zərbələr vurub. Müvafiq hesablamalara görə, yalnız 2023–2024-cü illərdə kibercinayətlərin dünya iqtisadiyyatına vurduğu zərərin həcmi 30 milyard dollardan artıq qiymətləndirilir". –

E.Şahverdiyev əlavə edib ki, süni intellektin inkişafı ilə bağlı yaranan yeni təhlükələr də diqqət mərkəzində saxlanmalıdır: "Süni intellekt vasitəsilə yaradılmış saxta videolar (deepfake) fərdi və institusional zərərlərə yol açır, bu səbəbdən də təhlükəsizlik məsələləri texniki yanaşmadan daha çox strateji müstəviyə keçir. Bu, təkcə bir təhlükəsizlik məsələsi deyil, həm də sosial sabitlik və iqtisadi davamlılıq məsələsidir. Gənclərin bu sahədə yetişməsi və bu istiqamətdə biliklərlə silahlanması dövlət üçün strateji üstünlük yaradır".

Onun sözlərinə görə, ölkəmizdə 2023–2027-ci illəri əhatə edən informasiya və kibertəhlükəsizlik üzrə Strategiyanın icrası uğurla davam etdirilir: "Bu Strategiyanın icrası çərçivəsində müxtəlif dövlət qurumları, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində genişmiqyaslı təhlükəsizlik tədbirləri həyata keçirilir".

E.Şahverdiyev forum çərçivəsində aparılan müzakirələrin, verilən sualların və səsləndirilən ideyaların gənclərin inkişafında mühüm rol oynadığını qeyd edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib: "Bu forum yalnız müzakirə məkanı deyil, həm də yeni ideyaların formalaşdığı, gələcəyə yönəlmiş addımların atıldığı bir platformadır. Biz birlikdə gələcəyin təhlükəsiz rəqəmsal mühitini qururuq". 

Paylaş

Xəbər lenti

"Deməli, istədiyi sürətlə sürə bilər" - Salyanda yol niyə sakinlərin kabusuna çevrilib? Bu gün, 00:48 "Qarabağ"ı məğlub edən "Tvente"nin baş məşqçisi: "Rəqibi bütün həftə analiz etdik" Bu gün, 00:48 "Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı Dünən, 23:48 Tramp: Rusiya NATO ölkələrinə hücum planlaşdırmır Dünən, 23:48 UEFA Konfrans Liqası: Mahir Emreli "Rakuv"da növbəti qolunu vurub Dünən, 23:48 Səmərqəndin simvolu mediaforum iştirakçılarına təqdim olunub Dünən, 23:48 Qurban Qurbanov məğlubiyyətdən danışdı: "Hücum xəttimizdə çatışmazlıqlar var idi" Dünən, 23:48 Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib Dünən, 22:48 UEFA Konfrans Liqası: "Tvente" əlavə vaxtda "Qarabağ"ı məyus etdi Dünən, 22:48 Mehdiabad sakinlərinin işıq problemi: Kabel niyə yanır? Dünən, 22:48 Serbiyada "Balkan Boxing 11"də Azərbaycanı Rəhim Əliyev təmsil edəcək Dünən, 22:48 Aleksey İsayev: "15 dəqiqə ərzində dünya iki dəfə dayandı" Dünən, 22:48 Azərbaycan millisinin üzvü Musab Məmmədtağıyev qitə yarışının ən yaxşı kişi idmançısı seçilib Dünən, 21:49 UEFA Çempionlar Liqası: "Sabah"ın əsas mərhələdəki bütün rəqibləri bəlli olub Dünən, 21:49 Azərbaycan pambıq parça istehsalını 5 %-dən çox artırıb Dünən, 21:49 Oyan Nəzəriani: "Qadınlardan ibarət Azərbaycan millisi tarixində ilk dəfə dünya çempionu oldu" Dünən, 21:48 UEFA Konfrans Liqası: "Qarabağ" "Tvente" ilə oyunda hesabı açdı Dünən, 21:48 Möhsün Rezai Qətərin Baş naziri ilə görüşdə ABŞ-ni hədələyib Dünən, 21:48 "Qarabağ"ın yeni transferləri ictimaiyyətə TƏQDİM OLUNDU Dünən, 21:48 Hövsanda açıq ərazidə yanğın baş verib Dünən, 20:48 Azərbaycan-Malayziya ikitərəfli münasibətləri müzakirə olunub Dünən, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu başladı Dünən, 20:48 İstanbulda qanunsuz mərc işi üzrə 25,5 kq qızıl ələ keçirilib Dünən, 20:48 Yeni təmayül tədris modelli məktəblərin məzunlarının ali təhsil müəssisələrinə qəbul nəticələri elan edilib Dünən, 20:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə üz-üzə gələcək Dünən, 20:48 İsveç HHM-in gücləndirilməsi üçün Ukraynaya növbəti yardım paketi ayıracaq Dünən, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" matçının start heyətləri AÇIQLANDI Dünən, 19:48 Azərbaycan investisiyalarının Tacikistana cəlb edilməsi müzakirə edilib Dünən, 19:48 Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub Dünən, 19:48 Pezeşkian: İran beynəlxalq arenada sülhsevər yanaşmaya malikdir Dünən, 19:48 Suriya və Səudiyyə Ərəbistanı birgə bank yaradacaq Dünən, 19:48 Marianxeles Belluşi Mehriban Əliyevanı təbrik edib Dünən, 19:48 Göygöldə örüş sahələri qanunsuz zəbt edilib? - İcra hakimiyyətindən REAKSİYA Dünən, 19:48 Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? Dünən, 18:48 44 yaşlı Dima Bilan baba oldu Dünən, 18:48 Britaniyalı şəhərsalma mütəxəssisi Şuşada Baş planın icrası haqqında danışıb Dünən, 18:48 Şahi-Zində və Uluqbəy rəsədxanası mediaforum nümayəndələrini heyran edib Dünən, 18:48 Paytaxtda 18 istiqamətdə sıxlıq müşahidə olunur Dünən, 18:48 Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq Dünən, 18:48 Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub Dünən, 18:48 Elxan Şirinov: "Səsin və bədən quruluşun bunu dəstəkləyirsə oxuya bilərsən" Dünən, 17:48 Sabah ilin son tutulması olacaq Dünən, 17:48 Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb Dünən, 17:48 Dünyada BİR İLK: Süni intellekt ƏMƏLİYYATDA Dünən, 17:48 Nepalda daşqınlarda ölənlərin sayı 359-a çatdı, 1300 nəfər itkindir Dünən, 17:48 Bu ölkədə "Qərbi Nil" virusuna 232 yoluxma, 19 ölüm halı qeydə alındı Dünən, 17:48 TƏBİB rəhbəri baş həkimi işdən azad etdi Dünən, 17:48 SOCAR Çin İxrac-İdxal Bankı ilə emal sənayesində əməkdaşlığı müzakirə edib Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR