
Vatikanın mali qalmaqalında adı hallanan Kardinal Covanni Ancelo Beççu Papa seçkilərində iştirak etmək niyyətindədir.
AVESTA.AZ trt haber-ə istinadən xəbər verir ki, 2023-cü ildə vəsait mənimsəməyə görə 5,5 il həbs cəzası alan Beççu məhkəmə qərarından apellyasiya verib və hazırda Vatikan ərazisində yaşayır.
Qeyd edək ki, 2020-ci ildə Papa Fransisk onun kardinal səlahiyyətlərini əlindən almışdı. Buna baxmayaraq Beççu bildirib ki, rəsmi olaraq istefa tələb olunmayıb və o, konklavda (Roma papasının ölümündən sonra yeni papanın seçilməsi məqsədilə toplanan kardinallar yığıncağı) iştirak etməyə hüququnun olduğunu düşünür.
Vatikan hələlik onun səsvermə hüququ olmadığını açıqlasa da, son qərar Kardinallar Kollecinin rəhbərliyinə aiddir. 76 yaşlı Beççu yaş məhdudiyyətinə görə seçkilərə qatılmaq hüququna malikdir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.