
Ağ Ciyər Xəstəliklər Mərkəzinin Salyan Regional Xəstəxanasına yeni baş həkim təyin edilib.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bu vəzifəyə 1967-ci il təvəllüdlü Nuriyev Əli Mirzəmməd oğlu təyin olunub.
Bundan əvvəl həmin vəzifədə Xanış Abbasov çalışıb.
Qeyd edək ki, ehtiyatda olan polkovnik Ə.Nuriyev uzun illər hərbi həkim işləyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.