13-05-2025, 08:48 305

Bakıda gizli eşq faciə ilə bitdi: 56 yaşlı kişi 22 yaşlı sevgilisini boğub öldürdü - DETALLAR

2016-cı il iyulun 2-si Bakının Nəsimi rayonunda qətl hadisəsi olur. Saat 20 radələrində 22-ci Polis Bölməsinə gələn şəxs işlədiyi mağazada tanış qadına 2 bıçaq zərbəsi vurduğunu, sonra isə onu boğduğunu bildirib. Məlum olub ki, cinayətkar 1961-ci ildə Zəngilan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmayan Vidadi Qarayevdir.

Dərhal polis və prokurorluq əməkdaşları qeyd olunan ünvana yola düşüblər. Məlum olub ki, hadisə Füzuli küçəsi, 53 ünvanında, "Qış Parkı"nın yeraltı keçidində yerləşən mağazada baş verib. Buradan qadın meyiti aşkar edilib. Həmin inzibati ərazi 21-ci Polis Bölməsinə aid olduğundan saxlanılan şəxs oranın əməkdaşlarına təhvil verilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, 1994-cü il təvəllüdlü Gülpəri Aslanlının ölümünə arteriyanın zədələnməsindən törənən massiv qanitirmə səbəb olub.

BAKU.WS Lent.az-a istinadən qətl hadisəsinin istintaq materiallarını təqdim edir:

İstintaqla müəyyən edilib ki, iyulun 2-si saat 18 radələrində Vidadi Qarayev işlədiyi nömrəsiz mağazada tanışı Gülpəri Aslanlı ilə cinsi əlaqədə olub. Bundan sonra, qadın bunun müqabilində ondan pul tələb edib. Lakin bu, Vidadinin xoşuna gəlməyib və aralarında mübahisə yaranıb. Qadın onu söydüyü üçün Vidadi Qarayev əsəbiləşib və açılıb-qatlanan ov bıçağı ilə onun qarnına zərbələr vurub. Sonra Gülpəri Aslanlını yerə yıxaraq, əli ilə boğub. Nəticədə, gənc qadın yerindəcə keçinib.

İş üzrə dindirilmiş Vidadi Qarayev bildirib ki, 2015-ci ilin dekabr ayında "Qış Parkı"nın yeraltı keçidində yerləşən mağazadan oyuncaq alarkən Gülpəri Aslanlı ilə tanış olub. Aralarında yaxın münasibət yarandığından, tez-tez onun iş yerinə gəlib-gedib:

"İşlədiyim mağazada qadınla bir neçə dəfə intim əlaqədə olmuşuq. Hər dəfə cinsi əlaqədə olduqdan sonra ona pul verirdim. 2016-cı ildə, iyun ayının ortalarında mobil telefonla danışanda Gülpəri məndən "pullu kişi" tapmağımı xahiş etdi. Təxminən 3-4 gün sonra qadının xarici markalı avtomobilə əyləşib, harasa getdiyini görəndə, onu qısqanclıq zəminində öldürmək istədim. Buna görə də, onu işlədiyim mağazaya çağırdım. İyulun 2-si saat 16 radələrində yanıma gələndə, ondan nəyə görə bir neçə gün əvvəl tanımadığı avtomobilə əyləşməsini soruşdum. Gülpəri isə bunu inkar edərək, belə bir halın olmadığını dedi. Yalan danışmasından əsəbiləşərək, mağazada saxladığım bıçağı götürüb, qadına zərbələr endirdim.

Gülpəri qışqırdığından bıçağı yerə atdım və sağ əlimlə boğazını sıxdım. Hərəkətsiz vəziyyətdə qalan qadının nəfəs almadığını və öldüyünü gördüm. Meyiti sürüyüb kassanın arxasına qoydum ki, içəri girən olsa, onu görməsin. Sonra bıçağı və mərhumun telefonunu cibimə qoyub mağazanın qapısını bağladım və taksi ilə Bakıxanov qəsəbəsinə, kirayədə yaşadığım evə getdim. Qana bulaşmış şalvarımı və köynəyimi dəyişdim. Həmin paltarları məhəllədə, zibil qutusuna atdım. Arvadım Nazilə Qarayeva zəng edib harada olduğumu soruşdu və ona Sabunçu keçidinə gəlməsini dedim. Keçidə gəlmiş arvadıma, işlədiyim mağazada bir qızı öldürdüyümü bildirdim. Oradan başqa taksi ilə 22-ci Polis Bölməsinə gəldim və növbətçi hissədə olan əməkdaşlara "Günel" adlı xanımı qətlə yetirməyim haqda məlumat verdim".

Zərərçəkmiş şəxsin hüquqi varisi Rasim Məhəmmədi ifadəsində göstərib ki, Tərtər şəhərində böyüyən qızı Gülpəri 2013-cü ildə İlqar Ələkbərovla ailə həyatı qurub, nikahdan bir övladları dünyaya gəlib:

"Bakıda, "Təzə bazar"ın yaxınlığında kirayədə yaşayırdılar. 2016-ci il iyulun 2-də zəng edən polis əməkdaşı Gülpərinin öldürüldüyünü dedi. Sonra bildim ki, qızımı mağazada Vidadi Qarayev öldürüb. Gülpərinin həmin şəxslə tanış olub-olmaması haqda heç bir məlumatım olmayıb".

Məhkəmə iclasında Vidadi Qarayev ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.

Məhkəmə hesab edib ki, istintaq orqanı tərəfindən Vidadi Qarayevin əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və gəzdirmə) maddələri ilə düzgün tövsif edilib. O, həmin maddələrin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Vidadi Qarayev 11 il müddətinə azadlıqdan məhrum olunub.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR