19-05-2025, 20:48 258

Davit İşxanyanın vaxtilə işğalda olmuş ərazilərdəki döyüş əməliyyatlarında iştirakı sübut edilib

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Davit İşxanyanın Azərbaycanın vaxtilə işğalda olmuş ərazilərindəki fəaliyyətini, döyüş əməliyyatlarında iştirak etməsini sübut edən videomaterial nümayiş olunub.

AVESTA.AZ xəbər verir ki, videomaterialda D.İşxanyanın döyüş yoldaşları və onu tanıyanlar təqsirləndirilən şəxs barədə danışırlar.

Alik Sarqsyan onun əlinə ilk silah götürənlərdən biri olaraq, ilk könüllülər dəstəsinin təsisçilərindən, həmçinin ilk bölük və tabor komandirlərindən biri olduğunu vurğulayıb: "O, tarixi bir tapşırığı yerinə yetirib, bunu belə demək olar. Əlinə silah götürməklə, xalqın içində özünümüdafiə ideologiyasını yaymaqla, hamı üçün şəxsən nümunə kimi görünməklə tarixi bir vəzifəni yerinə yetirib".

Videoda Movses Akopyan isə əminliklə deyib: "Erməni ordusunun yaradılmasının əsasını və ya bünövrəsini qoyanlardan biri bizim döyüş yoldaşımızdır – Davitdir".

Videomaterialda Araz Koçaryan bildirib: "Bir gün təsadüfən qarşılaşdıq və təəccübləndim, Davit İşxanyanın boynunda "sərkərdə Andranikin" medalyonu asılmışdı".

Hmayak Haroyan onların "Aşan" bölüyü və Monte Melkonyan ilə birlikdə Gülablını mühasirəyə aldığını, nəticədə isə azərbaycanlıların mühasirəyə düşdüyünü vurğulayıb.

Abrik Hayrapetyan da deyib ki, "Avo" qoşunda, tabor komandiri kimi, Daviti yüksək səviyyədə dəyərləndirib.

Ermənilər tərəfindən çəkilən kadrlarda Davit İşxanyan "azadlıq uğrunda mübarizə aparan tələbə hərəkatı" qabaqcıllarından biri, "Aşan" kəndinin "özünümüdafiə dəstəsi"nin komandiri, "özünümüdafiə ordusu"nun 28-ci taborunun komandiri, müharibədən sonra isə ictimai və siyasi xadim kimi təqdim edilir.

Kadrlarda Davit İşxanyan bildirib: "Artıq çoxları tərəfindən hiss olunurdu və nəzərə çarpırdı ki, bu hərəkat öz məntiqi sonluğuna yalnız silahlı toqquşmalar və müharibə yolu ilə çatacaq. Çalışırdıq ki, azərbaycanlılar üçün o dəhşəti atmosferi yaradaq. Bizim əsas tapşırığımız müdafiə xəttini təmin etmək idi. Biz o əməliyyatda iştirak etməyi çox arzulayırdıq, lakin bizim tapşırığımız başqa idi. Monte Melkonyan tərəfindən Abdal Gülablı əməliyyatı təşkil olundu, lakin çox təəssüf ki, o gün biz 6 döyüş yoldaşımızı itirdik. Onların sırasında, həmçinin Armen Avakyan da var idi. Bundan sonra çox ağır bir dövr oldu. 1992-ci il sentyabrın 4-5-də o kəndi azad edə bildik. Qarşımıza qoyulan tapşırıq Xocavənd bölgəsində qüsursuz yerinə yetirildi və Ağdam bizim ümumi nəzarətimizə keçdi. Azadlıq uğrunda gedən döyüşlər bitdikdən sonra taborun uşaqları Ağdərə rayonunda gedən döyüşlərdə də iştirak etdilər və demək olar ki, 1994-cü ilin may ayında atəşkəs təsdiq olunana qədər davam edən döyüş əməliyyatlarında iştirak etdilər".

Dövlət ittihamçısının suallarını cavablandıran D.İşxanyan Abdal Gülablı, Füzulinin Aşağı Veysəlli ilə Cardar arasındakı təpənin, Ağdərənin işğal olunması əməliyyatlarında iştirak etdiyini təsdiq edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 22-də davam etdiriləcək.

Paylaş

Xəbər lenti

Məhkumlarla görüşlər üçün onlayn qeydiyyat xidməti istifadəyə verilib Bu gün, 12:49 Xocavənd kəndinə daha 32 ailə yola salınıb Bu gün, 12:49 Rusiyada ən azsaylı xalqın sayı açıqlanıb Bu gün, 12:49 Okamponun ifşası: "Paşinyan aradan qaldırılmalıdır" Bu gün, 12:48 SOCAR-ın idarəsi 3 ayda qeyri-neft ixracından 35 milyon dollardan çox gəlir əldə edib Bu gün, 12:48 Metronun yeni açılacaq stansiyası HARADA YERLƏŞİR? - VİDEO Bu gün, 12:48 Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq Bu gün, 12:48 İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib Bu gün, 12:48 Prezident: İdmançılarımızda qələbə əzmi çox güclüdür Bu gün, 12:48 "Hafka" ilə Qurban Qurbanov bir arada Bu gün, 11:48 Mayın sonunda ardıcıl 5 gün iş olmayacaq Bu gün, 11:48 Baş Ələt stansiyasında dəmir yolu xətlərinin yenilənməsi davam edir Bu gün, 11:48 Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub Bu gün, 11:48 "Fənər"dən qovulan Tedeskoya yeni təklif gəldi Bu gün, 11:48 Oğuzda narkokuryerlər saxlanılıb Bu gün, 11:48 DİN qanunsuz silah saxlayanlara ÇAĞIRIŞ ETDİ Bu gün, 11:48 Gəncədə məktəbdə şagirdin bıçaqlandığı hadisənin TƏFƏRRÜATI Bu gün, 11:48 İranla müharibənin xərci 25 milyard dollara çatıb - Pentaqon Bu gün, 10:48 "Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR Bu gün, 10:48 Azərbaycanda saatlıq əməkhaqqı modelinə keçid sürətlənə bilər Bu gün, 10:48 Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı Bu gün, 10:48 Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar Bu gün, 10:48 Avropa ölkələri NATO-ya əlavə olaraq yeni hərbi dəniz ittifaqı yaradır Bu gün, 10:48 Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək Bu gün, 10:48 Həbib Nurməhəmmədov: "Putin mənim üçün heç bir idman bazası tikdirməyib" Bu gün, 10:48 Qəbul imtahanının II mərhələsi üzrə neçə abituriyent qeydiyyatdan keçib? Bu gün, 10:48 Ronaldo azarkeşlərin məsxərəsinə istehzalı cavab verdi Bu gün, 10:48 MTK-lar idarəetməni niyə təhvil vermirlər? - Sakinlərin bitməyən "komendant" dərdi Bu gün, 09:48 ABŞ-İran gərginliyi yenidən artır: Müharibə yenidən başlayacaq? Bu gün, 09:48 Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb Bu gün, 09:48 Neftimiz 6 dollardan çox bahalaşıb Bu gün, 09:48 Bakıda yanğın təhlükəsizliyi pozulan topdansatış mağazası bağlandı Bu gün, 09:48 "Prezident Kuboku 2026": Mingəçevirdə növbəti mükafatçılar bəlli olacaq Bu gün, 09:48 Fariz Murtuzov rəhbər vəzifəyə gətirildi - Agentlikdə TƏYİNAT Bu gün, 08:48 Ucar sakinləri həyəcan təbili çalırlar: "Canavarlar artıq gündüz də hücum edir" Bu gün, 08:48 Tələblərə cavab verməyən heyvanlar satış zonasına buraxılmayacaq Bu gün, 08:48 Ardıcıl 3 gün qeyri-iş günü olacaq Bu gün, 08:48 "Tasnim": ABŞ-nin ələ keçirdiyi gəmidəki iranlılardan altısı azad olunub Bu gün, 00:48 Orxan Fikrətoğlu: "Allahdan qorxmayan insan birmənalı olaraq təhlükəlidir" Bu gün, 00:48 ADNA-da törədilən terror aktından 17 il ötür Bu gün, 00:48 XTQ-nin yaradılmasından 27 il ötür Bu gün, 00:48 Çaykənd əməliyyatından 35 il ötür Bu gün, 00:48 Pentaqon iki vacib vəzifəsini açıqladı Dünən, 23:48 "50-yə yaxın evə ziyan dəydi" - Selin fəsadları ilə bağlı hansı işlər görülür? Dünən, 23:48 Ermənistanda seçicilərin satın alınması işi üzrə daha beş nəfər saxlanılıb Dünən, 23:48 ABŞ-də əyləncə parkındakı iğtişaşlar zamanı iki polis xəsarət alıb Dünən, 23:48 Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub Dünən, 22:48 "Axios": ABŞ İrana qarşı yeni hücum planı hazırlayıb Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR