20-05-2025, 20:48 393

Əminə Əliyevanın qələbəsi: Emin Ağalarov qızının çempionluq yolundan danışdı

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın nəvəsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Xalq artisti, sahibkar Emin Ağalarovun qızı Əminə Əliyeva kunq-fu üzrə dünya çempionu olub.

AVESTA.AZ bildirir ki, Media.Az-a verdiyi müsahibəsində Emin Ağalarov qızının qələbəsi ilə bağlı hisslərini bölüşüb, onun çempionluğa gedən yolundan danışıb və övladlarını necə dəstəklədiyini açıqlayıb.

- Əminənin kunq-fu üzrə dünya çempionluğu münasibətilə sizi təbrik edirik. Biz də onunla fəxr edirik. Bir qız üçün çox çətin idman növüdür. Nə qədər vaxtdır məşğul olur? Onun üçün kim nümunə olub?

- Uşaqlarımın seçdiyi hər hansı sahədə onları dəstəkləməyə çalışıram. Xatırlayırsınızsa, Əlişka (Əli Ağalarov - red.) bir müddət musiqi ilə məşğul olurdu. Biz də onun yaradıcılığına böyük maraq göstərirdik. Əminə isə il yarım-iki il əvvəl kikboksinq və taekvondo ilə maraqlanmağa başladı. Mənə elə gəldi ki, bu onun çox xoşuna gəlir, stresdən çıxmağa kömək edir. Ümumiyyətlə, idman intizamlı olmaqdır, çox faydalıdır.

Bir neçə ay əvvəl o dedi ki, yaxınlarda məşq toplanışı olacaq və o, beynəlxalq yarışlarda iştirak etmək istəyir. Mənim ilk reaksiyam "bəlkə lazım deyil" oldu. Axı o qızdır, mən özüm boksla məşğul olmuşam və bunun nə qədər travmatik ola biləcəyini bilirəm. Amma o dedi ki, bunu çox sevir və sınamaq istəyir. Mən cavab verdim ki, əgər qərar veribsə, lap yaxşı, amma başa düşməlidir ki, bu ciddi məşqlər deməkdir. Bu o demək deyil ki, sən sadəcə gedib medal qazanacaqsan.

- O, gücləndirilmiş rejimdə məşq etməyə başladı...

- Son bir neçə aydır o, peşəkar məşqçi ilə gündə iki dəfə, hər dəfə 2-3 saat məşq edirdi. Türkiyədə məşq düşərgəsində oldu, sonra buraya qayıtdı, hazırlığını davam etdirdi və nəticədə çempionata yollandı.

- ...və qızıl medal qazandı

- Bəli, əgər görüntüləri izləmisinizsə, onun ilk və ikinci döyüşlərində, o cümlədən finalda, rəqiblərinə nəfəs almağa belə fürsət vermədiyini görə bilərsiniz. Həmişə hücum edirdi. Mən çox xoşbəxtəm və fəxr edirəm. Əlbəttə, bu, Olimpiya oyunları deyil, amma bu onun ilk şəxsi qələbəsidir. Mən onunla çox fəxr edirəm. Dünən onu aeroportda qarşıladım. Onu digər çempionlar, medalçılar, musiqiçilər qarşıladılar... Bu onun üçün çox əhəmiyyətli idi, çünki Əminə kifayət qədər təvazökar, sakit və çox az danışan uşaqdır, müsahibə vermir. Amma dünən onun üçün əsl ulduz anı idi və məncə, bunun öhdəsindən gəldi. Onu evə apardıq, bir az oturub düşündük ki, o bu idman növü ilə məşğul olmağa davam edəcək. Biz anası ilə onu istədiyi qədər dəstəkləyəcəyik.

- O, müsahibə zamanı dedi ki, növbəti arzusu Olimpiya çempionu olmaqdır

- Olimpiya oyunlarına çıxmaq üçün bütün seçim mərhələlərini keçmək və çoxlu tələblərə cavab vermək lazımdır. Sizi əmin edirəm ki, istər mən, istərsə də anası onun bu yarışlara getməsində heç bir rol oynamamışıq. Əlbəttə, biz biletlərin alınması və səfərin təşkili ilə bağlı kömək etdik. Amma bu, tamamilə onun və məşqçisinin dəstəklədiyi təşəbbüs idi. Məşqçi ona yol göstərirdi və bu qərar tamamilə onun özünə məxsus idi. O, qələbəsini tamamilə ədalətli şəkildə qazandı ki, bu da məni xüsusilə sevindirir.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR