23-05-2025, 19:48 741

Ağdamda Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib

Prezident Administrasiyası və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası mayın 23-də Ağdam şəhərində keçirilib.

BAKU.WS xəbər verir ki, Samir Nuriyev iclasda çıxış edərək Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli inkişaf strategiyasını müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlərin davam etdirildiyini bildirib.

Dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində Ağdam rayonu da daxil olmaqla işğaldan azad olunmuş bütün ərazilərin sürətlə dirçəldiyini və inkişaf etdiyini diqqətə çatdıran Qərargah rəhbəri deyib ki, burada dağıdılmış infrastruktur bərpa olunur, kəndlər və şəhərlər yenidən qurulur, həyat getdikcə daha çox canlanır. Beş il ərzində dövlət başçısı işğaldan azad olunmuş ərazilər üzrə 500-dən çox tədbirdə iştirak edib, müxtəlif təyinatlı 159 layihənin təməlini qoyub, 133 infrastruktur obyektinin açılışını edib.

Bildirilib ki, Böyük Qayıdış proqramının uğurlu icrası və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində mühüm işlər görülür, işğaldan azad olunmuş ərazilərdəki 14 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı artıq təmin edilib. Bütövlükdə hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla işğaldan azad edilmiş ərazilərdə 43 mindən çox insan yaşayır və fəaliyyət göstərir.

İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, dayanıqlı məskunlaşmaya nail olmaq üçün geri qayıdan keçmiş məcburi köçkünlərin məşğulluq məsələlərinin həlli əsas hədəflərdən biridir. Bu məqsədlə kənd təsərrüfatı sahəsində fəaliyyətin genişləndirilməsi, biznes mühitinin stimullaşdırılması və iqtisadi fəallığın təşviqi istiqamətlərində zəruri tədbirlər görülür. Artıq Zəngilan rayonunun Ağalı kəndində sakinlərlə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədilə istifadəyə verilməsi üçün icarə müqavilələri bağlanır, işğaldan azad olunmuş ərazilərdə yaradılmış sənaye məhəllələrində sahibkarlıq fəaliyyəti genişləndirilir və investisiyalar cəlb edilir.

Qərargah rəhbəri işğaldan azad edilmiş ərazilərdə şəhər-kənd inteqrasiyasının gücləndirilməsi və regionların digər ərazilərlə dayanıqlı əlaqəsinin təmin olunması məqsədilə nəqliyyat infrastrukturunun qurulması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edib. Hazırda ümumi uzunluğu 2644 kilometrə çatan 40 avtomobil yolunun inşası davam etdirilir, uzunluğu 224,1 kilometr olan 7 yolda işlər artıq yekunlaşıb.

İşğaldan azad edilmiş ərazilərin inkişafı və yeni yaşayış məntəqələrinin salınması məsələlərinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu xatırladan Samir Nuriyev bu prosesin yalnız fiziki məkanların qurulması ilə məhdudlaşmadığını, eyni zamanda, sosial, iqtisadi, ekoloji və hüquqi aspektləri özündə birləşdirən çoxşaxəli və kompleks yanaşmanı tələb edən bir proses olduğunu vurğulayıb.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin fəaliyyəti, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası istiqamətində, habelə Proqram çərçivəsində əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi, nəqliyyat infrastrukturunun yaradılması, sərnişindaşıma və rabitə xidmətlərinin təşkili, ərazilərdə şəhərlərin və digər yaşayış məntəqələrinin yenidən qurulması və bərpası sahələrində görülən işlər barədə məruzələr dinlənilib. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin ərazilər üzrə xüsusi nümayəndəliklərinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə məlumatlar təqdim edilib.

İclasın sonunda Qərargahın rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə mühüm əhəmiyyət verdiyini bildirib, dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində müvafiq tapşırıqları iştirakçıların diqqətinə çatdırıb.

Səfər çərçivəsində Ağdam şəhəri ərazisində bir sıra obyektlərə, o cümlədən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə, Ağdam Muğam Mərkəzinə və Ağdam İmarət Kompleksinə baxış keçirilib.

İnşasına ötən ildən başlanılmış 2-ci yaşayış məhəlləsi ilə tanışlıq çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi tərəfindən qeyd olunub ki, hazırda 11 kvartalda 66 binanın tikinti işləri davam etdirilir. Məhəllədə ümumilikdə 60 yaşayış, 6 qeyri-yaşayış binası olmaqla, 1268 mənzilin, həmçinin qazanxananın, uşaqlar üçün əyləncə mərkəzinin, idman meydançalarının inşası nəzərdə tutulur.

Daha sonra Ağdam Cümə məscidi ziyarət edilib. İşğal dövründə - 2000-ci il mayın 9-da Ümummilli Lider Heydər Əliyevə təqdim olunmuş daş parçasının aid olduğu məscid Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilib. Məscidin qırıq minarəsi və içindəki daşları, giriş qapısı bərpa olunub, fasadı tarixi görkəminə uyğun restavrasiya edilib.

Sonda dövlətimizin başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılmış Ağdam Sənaye Parkına yola düşən Əlaqələndirmə Qərargahının üzvləri burada sahibkarlıq subyektləri üçün təmin edilmiş şəraitlə tanış olublar. Sənaye Parkı barədə məlumat verən iqtisadiyyat naziri vurğulayıb ki, 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkı rezidentlərin sayına görə ölkədə ikinci sənaye parkıdır. Burada ümumilikdə 31 olmaqla, 27 müəssisə rezident, 4 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Sənaye Parkında divar kağızının istehsalçısı olan "Mister Decor", rabitə və işarəvermə, mikroprosessor mərkəzləşmə sistemi avadanlığı istehsalçısı olan "Rail Trans Service", orta və aşağıgərginlikli qurğu, monoblok beton yarımstansiya və elektrik avtomobilləri üçün şarjdoldurma avadanlığı istehsalçısı olan "Eel Electric" və təhlükəsizlik ayaqqabıları, poliuretan çəkmələr istehsalçısı olan "BAFCO İnvest" məhdud məsuliyyətli cəmiyyətlərinin fəaliyyəti barədə məlumatlar təqdim olunub.

Paylaş

Xəbər lenti

Sumqayıtda avtomobilin vurduğu piyada ölüb Bu gün, 08:48 Ada Süleymanla "Uzundərə" rəqsini ifa etmişdilər: Vidadi Həsənov danışmaqda çətinlik çəkdi Bu gün, 08:48 Əsginasın həqiqi olub-olmadığını necə yoxlamaq olar? Bu gün, 08:48 Hörmüz boğazında partlayışlar: üç tanker yanıb Bu gün, 08:48 "Barselona" futbolçuları Bakıda Bu gün, 00:48 Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub Bu gün, 00:48 Ada Süleymanın həlak olduğu qəzadakı avtomobilin son halı Bu gün, 00:48 Sulutəpədə güclü yanğın Dünən, 23:48 ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib Dünən, 23:48 Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib Dünən, 23:48 Melaniya Tramp: Vaşinqton Ukrayna nizamlanmasına dair yeni təkliflər üzərində işləyir Dünən, 23:48 Qarabağ Universiteti: Heç bir tələbə ali təhsil müəssisəsindən qovulmayıb Dünən, 22:48 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib Dünən, 22:48 Tramp "Nvidia" rəhbərinin üç yeni çip hazırlamaq istədiyini açıqlayıb Dünən, 22:48 Ramiz Mehdiyevin kürəkəninin işi niyə yalnız Kəmalə Abıyevaya həvalə edilir? - Təsadüf, yoxsa üst-üstə düşən maraqlar? Dünən, 22:48 Evdə virusların yayılma riskini azaltmağın sadə yolu - Həkim açıqladı Dünən, 22:48 Azərbaycan COP31-in mükəmməl təşkilatçılığına görə Türkiyəni təbrik edib Dünən, 22:48 Səfir: Albaniya Orta Dəhlizin 8-ci Dəhliz və Dürres limanı ilə birləşdirilməsində maraqlıdır Dünən, 21:48 FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb Dünən, 21:48 Çempionlar Liqasında "Sabah"la qarşılaşacaq "Barselona" Bakıya gəlib Dünən, 21:48 Bakıda mənzillər 2027-ci ildə də bahalaşacaq? - VACİB AÇIQLAMA Dünən, 21:48 Əməkdar müəllimi piyada keçidində maşın vurub öldürdü Dünən, 21:48 Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı Dünən, 20:48 Dünyaca məşhur "Bvlgari" brendinin rəhbəri VƏFAT ETDİ Dünən, 20:48 29 binanın damı, fasadı və blokları yenilənəcək - Bu ərazilərdə... Dünən, 20:48 Merts Avropanın Rusiya ilə danışıqlara hazır olduğunu bildirib Dünən, 20:48 Keçmiş məcburi köçkünləri SEVİNDİRƏCƏK XƏBƏR - Bu rayonlarda... Dünən, 19:48 74 yaşlı qadının məhkəmə istintaqı yenidən başlayır Dünən, 19:48 Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb Dünən, 19:48 Azərbaycanda bu oyuncaqların satışı QADAĞAN EDİLİR Dünən, 19:48 Paşinyan avropalı səfirlərlə görüşdü – TRIPP və sülh prosesi müzakirə olundu Dünən, 19:48 Apteklərdə müayinə aparan bəzi oftalmoloqlar cəzalandırılacaqlar Dünən, 18:48 Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI Dünən, 18:48 Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı: erməni cəmiyyəti tarixi sınaq qarşısında Dünən, 18:48 İcarəyə maşın götürdü, ehtiyat hissələrini sökərək satdı Dünən, 18:48 Tramp: Huanqın "Nvidia"ya qayıdışı düzgün qərardır Dünən, 18:48 Azərbaycanda Dünya Çempionatı keçirilir - 900-dən çox idmançı mübarizə aparacaq Dünən, 18:48 İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 17:48 İsa Həbibbəyli: Sərdar Berdiməhəmmədovun kitabı Türkmənistanın "pasportu"dur Dünən, 17:48 Ada Süleymanova ilə qəzada faciəli şəkildə ölən Anar Kərimovun görüntüləri Dünən, 17:48 Binə qəsəbəsində mağazalardan oğurluq edən iki nəfər saxlanılıb Dünən, 17:48 "By Fateh Gənclik"də nöqsanlar aşkarlandı - GÖRÜNTÜLƏR Dünən, 17:48 Jiva Tünzalə Ağayevanın repertuarına müraciət etdi - VİDEO Dünən, 17:48 Azərbaycanda kişi kanalizasiya quyusuna düşərək öldü Dünən, 17:48 Bakıda və rayonlarda sabah külək güclənəcək Dünən, 17:48 Çingiz Kişiyev: "İlk dəfə çempionatda UWW təşkilatının xüsusi patentləşdirilmiş kəməri təqdim ediləcək" Dünən, 16:48 Nərimanovda açıq lyukun qapağı oğurlanıbmış - Açıqlama Dünən, 16:48 Nar Oyun Mərkəzində oyna, smartfon qazan! Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR