
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, H qrupunda Serbiya - Qana matçı baş tutub.
Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada rəqibini məğlub edən (2:1) Serbiya xallarının sayını 9-ya çatdıraraq 1/8 finala qrup lideri kimi yollanıb.
Hesabında 0 xal olan Qana mübarizəni dayandırıb.
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.