
Bakının Xətai rayonunda yayılan görüntülərlə bağlı cinayət işi başlanılıb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, hadisə mayın 20-də qeydə alınıb. İnsident zamanı Rauf Şamxalov idarə etdiyi "Hyundai" markalı avtomobillə aralarında yaranan şəxsi mübahisə zamanı Firudin Bağırovu vuraraq xuliqanlıq hərəkətləri edib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, iki nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.