11-06-2025, 17:48 1272

Prezidentin xüsusi nümayəndəliyi partiya sədrinin qərəzli açıqlamasını TƏKZİB ETDİ

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi açıqlama yayıb.

BAKU.WS AZƏRTAC-a istinadən açıqlamanı təqdim edir:

"Azərbaycan Respublikasının ərazi bütövlüyünün və tam suverenliyinin təmin edilməsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq və yenidənqurma işləri, doğma yurdlarına dönən vətəndaşlarımızın məskunlaşmaları, onların sosial qayğılarının qarşılanması istiqamətində ardıcıl tədbirlər uğurla davam etdirilir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi müvafiq ərazinin müəyyən edilmiş hədəflərə uyğun olaraq inkişafını təmin etmək, orada fəaliyyət göstərən dövlət orqanlarının yerli bölmələrinin fəaliyyətini əlaqələndirmək, mülkiyyətin mühafizəsini, dövlət əmlakından səmərəli istifadəni, habelə sahibkarlıq, şəhərsalma, tikinti və digər sahələrdə fəaliyyətin həyata keçirilməsinin təşkili istiqamətində üzərinə düşən vəzifələri icra edir.

Azərbaycan mediası bu ərazilərdə görülən işləri, dövlət orqanlarının fəaliyyətini hərtərəfli və geniş işıqlandırır, bununla da ölkə ictimaiyyətinin obyektiv məlumatlandırılması ilə bağlı üzərinə düşən vəzifəni peşəkar şəkildə icra edir. Təəssüf ki, "Reaksiya TV" yutub kanalı kimi informasiya vasitələri yanlış məlumat əsasında, heç bir araşdırma aparmadan, qərəzli materiallar yayaraq ictimaiyyətdə dövlətimiz tərəfindən aparılan bərpa-quruculuq, eləcə də sosial-iqtisadi inkişaf layihələri barədə yanlış təsəvvür formalaşdırmağa çalışırlar. Xankəndi şəhərinə yerləşən "Xan Araz" restoranını icarə hüququ ilə istifadəyə götürmüş vətəndaş Salmanov Səfər Vəliyəddin oğlunun yalan iddialarının səsləndirilməsi və həm aparıcı, həm də Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu tərəfindən qərəzli şəkildə şərh edilməsi də bu qəbildəndir.

Vətəndaşın müraciətində səsləndirilmiş iddialara cavab olaraq bildiririk ki, "Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində azad edilmiş ərazilərdə dövlət əmlaklarının istifadəsi ilə bağlı yaradılmış Təşkilat Komissiyası"na daxil olan çoxsaylı müraciətlərin araşdırılması, qaliblərin meyarlar üzrə seçilməsi və müsabiqənin keçirilməsi prosesi müəyyən zaman tələb edir. Vətəndaş Səfər Salmanov isə həmin prosedurları keçmədən qısa zamanda qalib edilməsi tələbində olub.

Müsabiqənin qalibi olduqdan sonra 2024-cü il aprelin 25-də Əmlak Məsələləri Dövlət Xidməti yanında "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsi ilə Səfər Salmanov arasında icarə müqaviləsi bağlanan zaman Xankəndi şəhərində yerləşən qeyri-yaşayış obyektləri üzrə icarə haqlarının qiymətləri və formalaşma meyarları mövcud olmayıb. İcarə haqları qiymətləri 2024-cü ilin aprelində yaradılmış "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının 2024-cü il 20 avqust tarixli qərarı ilə təsdiq edilib. Hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında qeyri-yaşayış obyektləri üzrə icarə haqları bu qiymətlər əsasında və heç bir ayrı-seçkilik edilmədən tətbiq olunur. "Xan Araz" restoranı ilə bağlı da eyni qaydalar tətbiq edilib və vətəndaşa obyekt üçün icarə haqqının yeni qaydalar üzrə hesablanması təklif olunub. Yeni icarə haqqı məbləği vətəndaşın iddia etdiyi kimi 68 dəfə deyil, 64% artım nəzərdə tutur. Lakin sahibkar tərəfindən müqavilənin imzalanmasından əsassız olaraq imtina edilir və obyekt faktiki olaraq qeyri-qanuni fəaliyyət göstərir.

Bundan başqa vətəndaş tərəfindən şəhərsalma və memarlıq normaları gözlənilmədən, müvafiq qurumlarla rəsmi razılıq əldə edilmədən qeyri qanuni tikinti - manqalxana inşasına cəhd edilib, ona qanunvericiliyin tələbləri izah edilməklə müvafiq qurumların iştirakı ilə tikinti işləri dayandırılıb. Həmçinin, vətəndaş tərəfindən guya obyektə 200 min manat dəyərində investisiya qoyulması faktı da öz təsdiqini tapmayıb. İlk növbədə o, müvafiq sənədləri təqdim edə bilməyib, digər tərəfdən isə obyekt ona təhvil verilərkən aparılmış foto və video çəkilişlərlə faktiki vəziyyət müqayisə edilib, iddia edilən investisiya məbləğinin dəfələrlə şişirdilməsi məlum olub.

Təəssüf doğuran digər hal isə tez-tez "Reaksiya TV"nin efirində qonaq olan ADP sədri Sərdar Cəlaloğlunun reallıqla heç bir araya sığmayan, hətta savadsız və bəsit mülahizələrlə çıxış etməsidir. Görünür, o, vaxtilə torpaqlarımızın itirilməsinə səbəb olan AXC-Müsavat hakimiyyətinin xəyanətkar siyasətini, o dövrdəki özbaşınalığı, anarxiyanı, silahlı dəstələrin hökmranlığını, işğalçılarla yanacaq alverini, rüşvət və korrupsiyanın dövlət siyasəti səviyyəsinə yüksəldiyini, insanların çörəklə sınağa çəkildiyini və bu kimi digər çoxsaylı halları unudub və ya kimsənin xatırlamadığını düşünür. Yəqin ki, S.Cəlaloğlu işğaldan azad olunmuş ərazilərin bərpasının Dövlət Proqramı əsasında həyata keçirildiyini bilmir və buna görə də orada özbaşınalığı təşviq edir. Onun dövlətin işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün yaratdığı əlverişli şəraitdən və güzəştlərdən xəbəri belə yoxdur.

Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergidən azad ediliblər. Fərdi sahibkarlar, ailə-kəndli təsərrüfatları, torpaq pay mülkiyyətçiləri və s. tərəfindən ödənilən sosial sığorta haqlarının 2023-cü il yanvarın 1-dən 10 il müddətində 100% həcmində dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması nəzərdə tutulur. Həmin tarixdən işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı göstərilir.

Dövlətin təşviq mexanizmləri və aparılan işlər nəticəsində ərazi üzrə ümumilikdə 474 obyektin icarəyə verilməsi təmin edilib, bunlardan 299-u fəaliyyətə başlayıb. Hazırkı dövrədək ərazidə investorlar tərəfindən 45,5 milyon manata yaxın investisiya qoyuluşu həyata keçirilib. Fəaliyyətə başlamış obyektlər üzrə 1900-ə yaxın şəxs işlə təmin olunub. Digər obyektlər fəaliyyətə başladığında iş yerlərinin sayı 5 mindən çox olacaq. Ərazidə dövlət və özəl qurumlarda çalışan, eləcə də öz yurdlarına köç etmiş 13 mindən artıq şəxsin məskunlaşması təmin edilib.

Göründüyü kimi dövlət tərəfindən işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün yuxarıda qeyd edilən, eləcə də digər effektiv təşviq mexanizmi tətbiq olunur. Bütün bunların müqabilində sahibkarlardan ölkə qanunvericiliyinə ciddi əməl etməklə fəaliyyət göstərmələri tələb olunur. Rəqabət mühitini pozan tələblərin, özləri üçün əlahiddə imtiyaz və digər sahibkarlara ayrı-seçkilik yaradacaq şərtlərin irəli sürülməsi qəbuledilməzdir. Təəssüf ki, bütün yaradılan əlverişli şəraitin müqabilində bəzi sahibkarlar tərəfindən bu cür əsassız tələblər irəli sürülür, tələblərə nail olunmadıqda isə şər və böhtan xarakterli məlumatların tirajlanmasına cəhdlər göstərilir.

Qarşı tərəfin rəyini öyrənmədən, birtərəfli qaydada, qanunvericiliyin və "Jurnalistlərinin Etik Davranış Qaydaları"nın tələblərinə zidd olaraq "Reaksiya TV"nin efirində səsləndirilən fikirləri savadsız və qərəzli iddialar, bütünlükdə verilişi isə ictimaiyyətin çaşdırılması məqsədi güdən məzhəkə adlandırmamaq mümkün deyil".

Paylaş

Xəbər lenti

Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Dünən, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR