
"Qərb ölkələri 2014-cü ildə Ukraynada dövlət çevrilişini maliyyələşdirdiyini etiraf edib".
"AVESTA.AZ" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında bildirib.
Onun fikrincə, Qərb ölkələri 2014-cü ildə Ukraynada dövlət çevrilişi hazırlayıblar:
“Onlar bunu dəstəklədilər. Bu çevriliş üçün nə qədər pul xərclədiklərini dedilər. Ümumiyyətlə, onlar (Qərb ölkələri) heç nədən utanmırlar”, - deyə o bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.