
Azərbaycanda akkreditə olunmuş xarici diplomatlardan, hərbi attaşelərdən və ölkədəki beynəlxalq təşkilatların nümayəndələrindən ibarət heyət Laçındakı "Yurd" sərgi mərkəzini ziyarət edib.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, iştirakçılar Azərbaycan mədəniyyətinin elementlərini əks etdirən ekspozisiyalarla tanış olublar.
Diplomatlara milli xalçaçılıq, rəssamlıq nümunələri, həmçinin Laçın şəhərinin erməni hərbi birləşmələri tərəfindən işğalından əvvəlki fotoşəkilləri təqdim edilib.
*** 09:18
Azərbaycanda akkreditə olunmuş diplomatların, o cümlədən hərbi attaşelərin və beynəlxalq təşkilatların rəhbərlərinin nümayəndə heyəti Laçın Beynəlxalq Hava Limanına gəlib.
AVESTA.AZ xəbər verir ki, diplomatik korpus nümayəndələrini daşıyan təyyarə səhər saatlarında hava limanına eniş edib.
Səfər çərçivəsində diplomatlar və hərbi attaşelər Laçında aparılan bərpa işləri ilə əyani tanış olmaq imkanı əldə ediblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.