
İsrail Müdafiə Ordusu (SAXAL) İranın qərb, şərq və mərkəz hissələrində altı aerodroma zərbə endirib.
BAKU.WS xəbər verir ki, bu barədə iyunun 23-də SAXAL-ın mətbuat xidməti Telegram kanalında məlumat yayıb.
"Uçuş-enmə zolaqları və yeraltı tikililər zədələnib", - məlumatda deyilir.
Qeyd olunur ki, İsrailin uzaqdan idarə olunan təyyarələri İran rejiminin 15 təyyarəsini və döyüş helikopterini məhv edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.