24-06-2025, 15:48 685

Xaçmazda kişi atasının 68 yaşlı dostunu yatdığı yerdə vurdu:

Xaçmaz rayonunda 1971-ci il təvəllüdlü Xəqani bacısına təcavüz edən Məmmədi (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

BAKU.WS teleqraf-a istinadən xəbər verir ki, rayon sakini Xəqani 1956-cı il təvəllüdlü Məmmədin guya 2002-ci ildə onun ögey bacısı Sonanı zorladığını bəhanə edib və onu cəzalandırmaq qərarına gəlib.

O, ovçular mağazasından aldığı iki patronun içərisindəki qırmaları çıxarıb və patronları duzla doldurub. Sonra odlu ov silahını patronlarla birlikdə özü ilə götürüb, 29 avqust 2023-cü ildə gecə saat 4 radələrində Məmmədin evinin yaxınlığına gedib. Duzla dolu patronları silaha daxil edib, atəşə hazır vəziyyətə gətirib, havanın işıqlanmasını gözləyib.

Xəqani saat 8 radələrində evin giriş qapısının qarşısında Məmmədin arvadı Reyhanı görüb. Onu itələyərək yerə yıxıb, zorla mənzilə daxil olub və qonaq otağında döşəmədə yatmış Məmmədin baş nahiyəsi istiqamətində atəş açıb.

Məmməd başından xəsarət alıb.

İstintaq orqanı tərəfindən Xəqaninin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhs), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə cəhd) və 157.2-ci (mənzil toxunulmazlığını pozma - eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham elan edilib.

"Bacımı zorladı"

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Xəqani ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Məmmədi uşaqlıq vaxtlarından tanıyır: "2002-ci ildə Məmmədlə maşında yol gedərkən ortaq tanışlarımız olan bir şəxs barəsində nalayiq ifadələr işlətdiyindən aramızda mübahisə yarandı. Həmin gün Məmməd ögey bacım Sonanı zorladı. Buna görə Məmmədlə aramızda ədavət yarandı. Bir müddət Rusiya yaşadığım və səhhətimdə problemlər yarandığı üçün onun cəzasını verə bilmədim".

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ildə Məmməd başqa şəxslərə qarşı da qeyri-əxlaqi hərəkətlərə yol verdiyi üçün onun qarşısını almaq və cəzalandırmaq məqsədilə Xaçmaz rayonunda yaşayan tanımadığı şəxsdən qoşalüləli ov tüfəngini alıb:

"Hadisədən bir neçə gün əvvəl Xaçmaz şəhərində mağazadan 2 patron aldım. Evdə patronların qırmasını boşaldıb içərisinə duz doldurdum. Duz patronun içindən tökülməsin deyə şamı əridərək patronların arxa hissəsinə tökdüm".

"Hirsim soyudu, evi tərk etdim"

Xəqaninin ifadəsinə görə, 2023-cü il avqustun 29-da gecə saat 4 radələrində silahı və patronları idman çantasına yığıb, tanımadığı taksi ilə Xaçmaz rayonunun kəndinə yola düşüb:

"Kəndə çatıb Məmmədgilin evinin həyətinə keçdim, silahı hazır vəziyyətə gətirdim, səhərin açılmasını gözlədim. Saat 8 radələrində Məmmədin arvadı Reyhan qapını açaraq çölə çıxanda məni qapının qarşısında əlimdə silah gördü, qışqırmağa başladı. Reyhanı çiynindən itələyərək evə girdim.

Evin qapısından daxil olanda qarşıma dəhliz çıxdı. Dəhlizdən sol tərəfdəki otaqda Məmmədin oturduğunu gördüm. Silahı Məmmədə tərəf tuşladım və bir dəfə atəş açdım. Onun üzünə atəş açmadım. Əgər elə olsaydı, daha ağır xəsarət alardı.

Məmməd sifət nahiyəsini tutdu, qışqıraraq yan üstə yerə uzandı. Məmmədə xəsarət yetirdiyimi anladım, hirsim soyudu və evi tərk edərək həyətə çıxdım".

"Məqsədim cəzalandırmaq olub"

Xəqani qeyd edib ki, silahı söküb və idman çantasına qoyaraq tanımadığı taksi ilə yaşadığı kəndə gəlib:

"Mən cinayət əməli törətdiyimi etiraf edirəm. Lakin mənə verilən ittiham çox ağırdır. Əməlimdən peşman olmuşam".

Təqsirləndirilən şəxs bildirib ki, ögey bacısını Məmmədin zorladığını gəzən söz-söhbətlərdən eşidib: "Bildiyimə görə, bu hadisə 2002-ci ildə baş verib və heç kim hüquq-mühafizə orqanlarına müraciət etməyib. Məqsədim Məmmədin qeyri-əxlaqi hərəkətlərinin qarşısını almaq, onu qorxudaraq cəzalandırmaq olub. Hadisə baş verən vaxtı mən və Məmməd ayrı kəndlərdə yaşamışıq".

"Ailəvi dostluq münasibətimiz olub"

İş üzrə zərərçəkmiş Məmmədin sözlərinə görə, Xəqani ilə arasında dostluq və ya düşmənçilik münasibəti olmayıb: "Xəqaninin atası Əfsərlə isə aramızda uzun müddət ailəvi dostluq münasibəti olub və ara-sıra onların evlərinə ailəvi olaraq qonaq getmişəm.

2023-cü ilin avqustun 29-da saat 8 radələrində Xəqani yaşadığım evə gəlib. Arvadım Reyhanla rastlaşanda onu itələyərək içəriyə daxil olub. Mən isə olanlardan xəbərsiz yataq otağında döşəmədə yatılı vəziyyətdəydim.

Xəqani yataq otağının qapısını açanda səsə oyandım və qarşımda onu gördüm. Xəqani özü ilə gətirdiyi ov tüfəngi ilə üz nahiyəmə bir dəfə atəş açdı. Sol göz nahiyəmdən xəsarət aldım, Huşumu itirdim".

"Gözüm kor olub"

Zərərçəkmiş şəxs bildirib ki, gözündən aldığı xəsarətə görə ona 3-cü qrup əlillik təyin edilib: "Lakin yaşa görə pensiya aldığım üçün əlilliyə görə pensiya almaqdan imtina etdim. Gözümdəki xəsarətə görə indi də müalicə alıram. O gözüm kor olub. Xəqaninin bacısı Sonanın da tanıyıram. Lakin bizim aramızda hər hansı münasibət olmayıb. Xəqaninin haqqımızda dedikləri onun uydurmasıdır".

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xəqani Cinayət Məcəlləsinin 126.2.3 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma), 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 157.2-ci (mənzil toxunulmazlığını pozma - eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə təqsirli bilinib.

Ona 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, hökmün ləğv edilməsini, həbslə olmayan cəza təyin edilməsini istəyib.

Bu şikayət Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. Hakim Rəşadət Ağayevin rəhbərlik etdiyi kollegiya şikayəti təmin etməyib.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR