
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Qərargahının rəisi, general Əli Şadmaninin İsrailin zərbələri nəticəsində aldığı yaralardan öldüyünü təsdiqləyib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında deyilir.
Qeyd olunur ki, Şadmani ötən həftə İsrailin endirdiyi zərbə nəticəsində ağır yaralar aldıqdan sonra dünyasını dəyişib.
İyunun 17-də İsrail ordusunun mətbuat xidməti xəbər verib ki, Şadmani gecə İrana endirilən zərbələr zamanı məhv edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.