28-06-2025, 22:48 324

Rusiya qalib gələ bilmədiyi üçün öz xalqlarına divan tutur - AÇIQLAMA

Bu kimi faktlar Rusiyanın əndazədən çıxdığını göstərir

"Rusiya-Ukrayna müharibəsi başladı və bitmək də bilmir. Məgər beləmi çətindir bu vəhşiliyə son qoymaq? Dünyanın gözü önündə bir dövlət və xalq yer üzündən silinir hələ də Rusiyanın imperialist və "əbədi qalib" təkəbbürü divarları silkələyir. Əslində isə silkələyən heç nə görmürük, silkələnən, zəifləyən, yerindən laxlayan ideologiyadan savayı. O ideologiya ki öz-özünü yeyib-bitirməyinə az qalıb".

Bu sözləri AVESTA.AZ-ə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib. 

Ekspert əlavə edib ki, Rusiya sanki qalib gələ bilmədiyindən hiddətlənərək, qəzəblənərək indi də ərazisində yaşayan xalqlara zülmə keçib:

"Özü də zülmün ən qəddar və amansız formasına. O formaya ki, heç Stalinin dövründə belə rast gəlinmirdi. Bunun üçün düşərgələr varıydı, indi isə əllərini-qollarını sallayıb hər yerə girirlər. 1990-cı illərdə OMON maskalanırdısa, indi ona belə "əziyyət çəkmir".

Mərkəzi Asiya xalqları, azərbaycanlıar özlərinə lazım olanda istifadə olunur, lazım olmayanda döyülür, söyülür, işgəncələrə məruz qalır. Azərbaycanlılara, qırğızlara, türkmənlərə, özbəklərə və başqa millətlərin nümayəndələrinə qarşı həyata keçirilən son dərəcə qeyri-insani, islamofob, diskriminativ siyasətin başında ölkə rəhbərliyi dayanır. Yürüdülən bu siyasət isə yeni deyil, öyrəşilmiş, alışılmış siyasətin sürət həddini daha aşmış formasıdır.

Təəccüb edirikmi? Bu, sadəlövlük olar. Dili, dini, kökü, qanı eyni Ukrayna xalqına qarşı bu cür amansız siyasət yürüdülürsə, Ukraynanın xəritədən silinməsi hədəf taxtasına yerləşdirilibsə, Buçadakı kimi soyqırımları realizə edilirsə, mülki infrastrukturlar göz belə qırpılmadan məhv edilirsə, başqa xalqlara qarşı nə gözləmək olar sualı son dərəcə ritorik səslənər. SSRİ dağıldıqdan sonra şovinist və islamofob siyasətin ən pik həddindəyik. Vaxtilə çeçenləri də "sındıran" dəst-xəttə əl atıldığını görürük". 

Şəbnəm Həsənova əlavə edib ki, vaxtilə rəhbərliyində birbaşa Rusiya xüsusi xidmət orqanları dayanan skinhed kabusu yenidən dövriyyəyə buraxılıb:

"Bir qədər diqqətlə nəzər yetirdikdə isə görürük ki, indi heç o skinhedlərə də gərək yoxdur. Bir yerdə ki, Rusiyanın hüquq mühafizə orqanları qəddarlıqda onları belə kölgədə qoyur. Bütün bunlar isə əslində bir dövlətin və xalqın öz ana sütunlarına vurulan zərbədir. Mərkəzdə dayanan Rus Pravoslav kilsəsi katalizatorluq edir, ideoloji təxribatları öz aləmində arqumentləşdirir, sözügedən orqanların qəddarlığına bəraət qazandırır.

20 Yanvar faciəsi, Xocalı soyqırımı, torpaqlarımızın işğal altında saxlanılmasına Rusiyanın arxa-dayaq durması, təyyarəmizin vurulması nəticəsində insanlıq dramının yaşanması, deputatımızın Rusiyaya buraxılmaması, media məkanında Azərbaycanın hədəf taxtasına gətirilməsi, azərbaycanlıların təhqir olunması kimi faktlar Rusiyanın əndazədən çıxdığını göstərir".

Paylaş

Xəbər lenti

"Forbes"un siyahısı açıqlandı: "Haber Global" "Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026" sırasında Bu gün, 20:48 ABŞ tələbə və jurnalistlər üçün viza rejiminə dəyişikliklər edəcək Bu gün, 20:48 Şəfəq Mehrəliyeva: "Süni zəkanın inkişafı bizə onu göstərəcək ki, bu sosial məsələdən daha çox mənəviyyat məsələsidir" Bu gün, 20:48 SEPAH-dan şok bəyanat: Trampın Yaxın Şərqdəki obyektləri hədəfə alındı Bu gün, 20:48 Azərbaycanda məscidlərdə kitabxanalar yaradılacaq Bu gün, 20:48 UEFA Konfrans Liqası: "Zirə" rəqib meydanında ikinci qolu vurdu Bu gün, 20:48 Bakıda itkin düşmüş şəxslərin axtarışı ilə bağlı tədbirlərin gücləndirilməsi tapşırığı verilib Bu gün, 19:48 Dağbəyi İsmayılov: "Harada boşluq yaranırsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur" Bu gün, 19:48 Gündüz İsmayılov: "Hər bir jurnalist paylaşdığı məlumat və səsləndirdiyi fikrə görə məsuliyyət daşıyır" Bu gün, 19:48 Jurnalistlər üçün "Təhsildə rəqəmsallaşma" mövzusunda ilk təlim keçirilib Bu gün, 19:48 Haber Global "Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026" siyahısında yer alıb Bu gün, 19:48 Qubada stadion satılıb? - Sakinləri hiddətləndirən iddia Bu gün, 19:48 Anar Qafarov: "Qlobal problemləri evinizə gətirən o balaca ekranların arxasında böyük müharibələr gedir" Bu gün, 18:48 Bakı Şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib Bu gün, 18:48 Süni intellektlə düzəltdikləri fotolarla qadınları şantaj edən şəxslər saxlanılıb Bu gün, 18:48 Bakıda cinayət işləri üzrə vurulmuş ziyanın 73,2 %-i ödənilib Bu gün, 18:48 Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib Bu gün, 18:48 Tərtərdə ağır qəza: Sıxılı vəziyyətdə qalan iki nəfərin meyiti çıxarıldı Bu gün, 18:48 Dünyanın ən güclü ordularının reytinqi açıqlandı – Türkiyə ilk onluqdadır Bu gün, 17:48 Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb Bu gün, 17:48 Rusiyada Azərbaycana qarşı qarayaxma: Bakının xoş niyyətini anlamayan şovinistlər - ŞƏRH Bu gün, 17:48 Ramin Cəfərov: "Baku TV" son üç ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tədbirlərində fəal iştirak edir" Bu gün, 17:48 Qusarda dini mövzuların mediada təqdimatına həsr olunmuş konfrans keçirilir Bu gün, 16:48 Şəmkirdə 13 yaşlı yeniyetmə ÖLDÜ Bu gün, 16:48 Gündüz İsmayılov: "Əsas məqsədimiz dini məsələlərin rəqəmsal mediada, mətbuatda müzakirəsinin aparılmasıdır" Bu gün, 16:48 SEVİNDİRİCİ XƏBƏR - Bu kəndlərdə yeni su şəbəkələrinin qurulması planlaşdırılır Bu gün, 16:48 Gündüz İsmayılov: "Dini sabitliyin qorunmasında birgə məsuliyyət çox vacibdir" Bu gün, 16:48 5G istifadəçilərinin sayı 3 milyardı keçdi – 6G üçün geri sayım başladı Bu gün, 16:48 Sahir Məmmədxanov: "1875-ci ildə mətbuatın əsasının qoyulması Azərbaycanın ictimai-siyasi və mədəni tarixində dönüş nöqtəsi olub" Bu gün, 16:48 Kəlbəcərdə itkin düşən 11 yaşlı Yaqubun meyiti tapılıb Bu gün, 16:48 Ramin Məmmədov: "Azərbaycanda həyata keçirdiyimiz layihələrin bir neçə əsas məqsədi var" Bu gün, 16:48 DÇ-2026: Ən çox qolu kim vurub? Bu gün, 15:50 Azərbaycanda üç ölkənin qatılacağı hərbi təlimin planlaşdırma konfransı keçirilib Bu gün, 15:50 Azərbaycanda parklanma yerlərinin minimum kvotası təsdiqləndi Bu gün, 15:50 Neft anbarlarının layihələndirilməsi ilə bağlı yeni normalar təsdiqləndi Bu gün, 15:49 Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq Bu gün, 15:49 Xırdalandakı Heydər Parkında ağaclar quruyur - SƏBƏB AÇIQLANDI Bu gün, 15:49 Şabranda kişini elektrik cərəyanı vuraraq öldürüb Bu gün, 15:48 Messi: "Bu komandanın etdikləri inanılmazdır - artıq beşinci finalımızdır" Bu gün, 15:48 Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib Bu gün, 14:48 Zərdabda 1,4 ton narkotik bitki məhv edilib Bu gün, 14:48 İçməli su küçəyə axır - Sakinlərdən şikayət Bu gün, 14:48 Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovu çəki sala bilmədiyi üçün cəzalandırıb Bu gün, 14:48 DDLA gəmiçilik şirkətlərini dənizçilərin təhlükəsizliyini prioritet hesab etməyə çağırıb Bu gün, 14:48 Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlanılıb Bu gün, 14:48 Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi Bu gün, 14:48 Sergey Koretski Ukraynanın Baş naziri təyin edildi Bu gün, 14:48 Messi: "Futbol baxımından İngiltərədən üstün olduğumuzu bilirdik" Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR