
Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əmlak, tikili və avadanlıqlarının dəyəri 55,466 milyard manat təşkil edib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın maliyyə hesabatında bildirilib. Bu, ötən il yanvarın 1-nə nisbətən 96,6 % çoxdur.
SOCAR ölkə Prezidentinin 13 sentyabr 1992-ci il tarixli fərmanı ilə yaradılıb. 100 % dövlətə məxsus şirkətin əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı və nəql edilməsi, eləcə də neftin, qazın və neft məhsullarının satışından ibarətdir. Onun nizamnamə kapitalı 5 milyard 14 milyon manatdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.