
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraanın Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 12-də başa çatıb.
AVESTA.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Suriya Prezidenti Əhməd əş-Şaraanı Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.