13-07-2025, 09:48 365

Qərbi Azərbaycan Xronikası:

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.

AVESTA.AZ xəbər verir ki, "İrəvan sarayı əsasən Süsən gülünün təsviri ilə bəzədilmişdi" adlı buraxılışda Azərbaycan Rəssamlar İttifaqının üzvü, araşdırmaçı, tətbiqi sənət ustası İsgəndər Sərdarlı İrəvan sarayında təsvir olunan simvolların mistik mənasından söz açıb.

O bildirib ki, İrəvan sarayı əsasən Süsən gülünün təsviri ilə bəzədilmişdi. Mirzə Qəsim İrəvani kosmik aləmin izahını həndəsi həllə sarayda əks etdirmişdi. Süsən gülü yaradana səcdə elementi kimi təsvir edilirdi.

Onun sözlərinə görə, Qərbi Azərbaycan incəsənətində Həyat ağacının fərqli obrazları var: "Qərbi Azərbaycanda yaşayan türklərin oturuşmuş mədəni mühiti var idi. İrəvandakı hamamlar həm də mədəniyyət mərkəzləri idilər. Azərbaycan teatrının əsası 1673-cü ildə İrəvanda qoyulub. Həmin dövrdə İrəvanda peşəkar Azərbaycan teatrı mövcud olub. İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb. Azərbaycanlılar İrəvanı dövrün dəhliz kəsişməsinə çevirmişdilər".

İ.Sərdarlı deyib ki, İrəvan xanı tərəfindən xanlıq böyük iqtisadi və mədəni mərkəzə çevrilmişdi. Rus işğalı dəhlizlərin mərkəzi olan İrəvanı dalan əyalətə çevirdi. İrəvan xanlığı dövrün böyük iqtisadi zonası idi.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Paylaş

Xəbər lenti

WUF13-də "ADY-nin şəhərlərin inkişafı və urbanizasiyada rolu" mövzusunda infosessiya keçiriləcək Bu gün, 17:49 Türküstan Bəyannaməsi: Regional əməkdaşlığın yeni mərhələsi Bu gün, 17:49 Antonio Konte növbəti mövsümdə də "Napoli"ni çalışdırmağa yaxındır Bu gün, 17:48 Nəqliyyatdan istifadə edəndə buna görə 200 manat cərimə oluna bilərsiniz - Baku TV Bu gün, 17:48 Misirin mənzil tikintisi naziri WUF13-də iştirak edəcək Bu gün, 17:48 Üz-çənə travmaları və infeksiyaları necə yaranır? Bu gün, 17:48 Bakıda TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçirilib Bu gün, 17:48 Yağıntılı hava şəraiti bu tarixədək davam edəcək Bu gün, 16:48 Meteohəssas insanların NƏZƏRİNƏ Bu gün, 16:48 Pakistanın Pəncab əyalətinin Baş naziri WUF13-də iştirak üçün Azərbaycana gəlib Bu gün, 16:48 Böyük Britaniya kralı III Çarlz Qarabağ atlarının şousunu izləyib Bu gün, 16:48 Qafqazın ən böyük tunelindən GÖRÜNTÜLƏR Bu gün, 16:48 Sabiq millət vəkili VƏFAT ETDİ Bu gün, 16:48 Keçmiş prokurordan sensasion xatirələr: İllərlə açılmayan qətlin sirri necə üzə çıxdı? Bu gün, 16:48 Ağdərənin Aşağı Oratağ kəndinə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub Bu gün, 16:48 Anaklaudia Rossbax: Azərbaycan WUF13-ün keçirilməsi üçün müstəsna işlər görüb Bu gün, 16:48 Kenan Doğulu otel videoları ilə şantaj edilir - 14 milyon tələb ediblər Bu gün, 16:48 Xocalı sakini: 10 yaşında tərk etdiyim kəndimizə 10 övladımla qayıtdım Bu gün, 15:49 Türküstan görüşü: Ortaq maraqlar barədə praqmatik mövqe Bu gün, 15:49 WUF13 çərçivəsində 9 HUB, 2 son məntəqə, 67-dən çox aralıq məntəqə təşkil edilib Bu gün, 15:49 Bakı dünyaya qucaq açır: Paytaxt WUF13-ə necə hazırlaşıb? - FOTOREPORTAJ Bu gün, 15:48 İşğaldan azad edilmiş ərazilər Azərbaycanın bərpaolunan enerji mərkəzinə çevrilir Bu gün, 15:48 WUF13 ilə bağlı daşımalara "Bakı Taksi" xidmətinin 150 nəqliyyat vasitəsi cəlb edilib Bu gün, 15:48 Xarici diplomatlar üçün WUF13-lə bağlı brifinq keçirilib Bu gün, 15:48 WUF13 ilə bağlı 41,5 kilometrlik xüsusi hərəkət zolağı təşkil edilib Bu gün, 15:48 Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək Bu gün, 15:48 72 yaşlı Con Travolta illər sonra Kanna 26 yaşlı qızı ilə qatıldı Bu gün, 15:48 Səudiyyə Ərəbistanı nümayəndə heyəti WUF13-də iştirak üçün Azərbaycana gəlib Bu gün, 14:48 FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb Bu gün, 14:48 Şükürbəyliyə yeni köçürülən ailələrə açarlar təqdim edilib Bu gün, 14:48 Xocalı rayonuna qayıdan daha 41 ailəyə açarlar təqdim edilib Bu gün, 14:48 Sumqayıtda 41 yaşlı kişinin meyiti tapılıb Bu gün, 14:48 Sürücülərin NƏZƏRİNƏ: Nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq "mygov"dan müraciət etmək mümkündür Bu gün, 14:48 TDT bütün qərarların birlikdə alındığı mexanizmə çevrilməyə doğru irəliləyir Bu gün, 14:48 Reanimasiyaya yerləşdirilən 77 yaşlı Kadir İnanırın SON VƏZİYYƏTİ AÇIQLANDI Bu gün, 14:48 WUF13-də 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib Bu gün, 13:48 İctimai nəqliyyatda tələbələrə hansı güzəştlər edilə bilər? Bu gün, 13:48 Azərbaycan və UN-Habitat WUF13 standartlarının gələcəkdə tətbiqi ilə bağlı Niyyət Məktubu imzalayıb Bu gün, 13:48 Sabah bəzi ərazilərə dolu düşəcək, dağlara qar yağacaq - PROQNOZ Bu gün, 13:48 Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb Bu gün, 13:48 İlham Əliyev: Azərbaycan Ümumdünya Şəhərsalma Forumu ilə bağlı təcrübəsini bölüşməyə hazırdır Bu gün, 13:48 Şamil Ayrım: Türk dövlətləri arasında həmrəylik gündən-günə daha da güclənir Bu gün, 12:48 Sürüşmə baş verən Altıağac-Xızı yolunda SON VƏZİYYƏT Bu gün, 12:48 Banu Nurqaziyeva: WUF13 dünyadakı problemlərin həlli platforması kimi Azərbaycanın mövqeyini gücləndirir Bu gün, 12:48 Azərbaycan Ordusunda silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirilib Bu gün, 12:48 Ölkənin bəzi ərazilərinə yağış yağır, DOLU DÜŞÜR Bu gün, 12:48 19 yaşlı gənc velosipedçi ölüb Bu gün, 12:48 Üztanıma sistemi ilə ödənişdə yaranan problem aradan qaldırıldı - Rəsmi Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR