13-07-2025, 11:48 203

Manatın sabit məzənnəsi vətəndaşlara və ölkə iqtisadiyyatına nə verir?

Azərbaycan manatının məzənnəsinin növbəti beş ildə də sabit qalacağı proqnozlaşdırılır. "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin proqnozuna görə, Azərbaycan manatının ABŞ dollarına de-fakto bağlılığı ən azı 2030-cu ilin sonuna qədər 1.7 manat səviyyəsində saxlanılacaq.

Azərbaycan Mərkəzi Bankı inflyasiyanın qarşısını almaq və makroiqtisadi vəziyyəti sabitləşdirmək məqsədilə 2017-ci ildə milli valyutanın 1 ABŞ dollarına nisbətən məzənnəsini 1.7 manat səviyyəsində müəyyən edib. Bəs manatın məzənnəsinin uzun müddət sabit qalması vətəndaşlara və iqtisadiyyatımıza nə verəcək?

BAKU.WS "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"İxrac üçün ciddi çətinliklər yarada bilər"

İqtisadçı-ekspert Famil Niftiyev düşünür ki, sabit məzənnə siyasətinin müəyyən müsbət əlamətləri mövcuddur: "Manatın sabitliyi dedikdə, onun məzənnəsinin bazar amillərinə baxmayaraq, qorunması, yəni süni şəkildə sabit saxlanılması başa düşülür. Bu sabitlik, ilk baxışdan, müsbət iqtisadi görüntü yaradır. Əhali və biznes subyektləri üçün daha proqnozlaşdırıla bilən maliyyə mühiti formalaşır. İstehlak mallarının, xüsusilə idxal məhsullarının qiymətində qeyri-sabitlik yaranmır. Dollarla borcu olan şəxslər və müəssisələr üçün valyuta riski azalır. İnflyasiyanın da idarəolunan səviyyədə saxlanılması məhz sabit məzənnənin nəticələrindən biridir. Bundan əlavə, maliyyə sektoru üçün də müəyyən rahatlıq yaranır - banklar üçün risklərin idarə olunması asanlaşır, kredit bazarında qeyri-müəyyənlik azalır".

F.Niftiyevin sözlərinə görə, uzunmüddətli dövr üçün isə sabit məzənnə siyasətinin mənfi tərəfləri mövcuddur: "Əgər manatın məzənnəsi süni şəkildə saxlanılırsa, bu, ixrac üçün ciddi çətinlik yarada bilər. Məsələn, yerli məhsullar xarici bazarda rəqabət qabiliyyətini itirə, istehsalçılar isə qiymət baxımından qeyri-rentabelli mövqeyə düşə bilərlər. Belə olan halda ölkənin ixrac potensialı zəifləyir və bu durum qeyri-neft sektorunun inkişafına mənfi təsir göstərir. Bundan əlavə, yerli istehsal əvəzinə ucuz və keyfiyyətsiz idxal məhsullarına üstünlük verilməsi daxili sənayenin zəifləməsinə səbəb olur. Digər bir risk ondan ibarətdir ki, sabit məzənnəni saxlamaq üçün Mərkəzi Bank daim valyuta bazarına müdaxilə etməlidir. Bu isə Dövlət Neft Fondundan və Mərkəzi Bankın ehtiyatlarından ardıcıl istifadəni tələb edir. Əgər dünya bazarlarında neftin qiymətində ciddi azalma baş verərsə və valyuta axınları zəifləyərsə, ehtiyatların tükənməsi riski yaranır. Bu ssenaridə qəfil devalvasiya qaçılmaz olur".

Məzənnə sabit olanda spekulyativ gəlir əldə etmək imkanları azalır

İqtisadçının fikrincə, sabit məzənnə rejimi maliyyə sektoruna müəyyən imkanlar təqdim etsə də, bu sahənin inkişaf dinamikasını müəyyən mənada məhdudlaşdırır: "Məsələn, sabit məzənnə dövründə valyuta bazarında spekulyativ gəlir imkanları azalır. Banklar valyuta riski daşımadan kredit vermə üstünlüyü əldə etsə də, bu vəziyyət onları innovativ maliyyə alətləri və məhsullar yaratmağa təşviq etmir. Bu isə bank sektorunda yenilənməni zəiflədir və struktur islahatlarını ləngidir. Mərkəzi Bank bu sabitliyi qorumaq üçün əsasən üç əsas istiqamətdə fəaliyyət göstərir: valyuta bazarına intervensiyalar həyata keçirir, faiz dərəcələri vasitəsilə pul siyasətinə təsir edir və kapital axınlarını nəzarətdə saxlayır. Neft Fondu vasitəsilə hər ay keçirilən valyuta hərraclarında dolların bazara çıxarılması nəticəsində təklif tələbdən yüksək olur və bu da məzənnənin süni şəkildə sabit qalmasını təmin edir".

Makroiqtisadi sabitliyin mühüm komponentlərindən biri

F.Niftiyev qeyd edib ki, manatın sabitliyi makroiqtisadi sabitliyin mühüm komponentlərindən biridir. Lakin bu sabitlik yalnız neft gəlirləri və valyuta ehtiyatları ilə qorunduğu müddətdə dayanıqlı deyil: "Məzənnə sabitliyi ilə yanaşı, islahatların aparılması, qeyri-neft sektorunun inkişafı və ixrac bazarlarının genişləndirilməsi də vacibdir. Əks halda, iqtisadiyyat süni sabitlik illüziyası ilə öz zəifliklərini gizlədə bilər. İqtisadi təhlükəsizlik üçün sabitlik qədər çeviklik və dayanıqlılıq da vacibdir".

"Sabit məzənnə daha etibarlıdır"

"İqtisadi Resursların Öyrənilməsi Mərkəzi" İctimai Birliyinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ruslan Atakişiyevin sözlərinə görə, mövcud iqtisadi şəraitin tələbindən dolayı son illər Azərbaycanda sabit məzənnə siyasəti yürüdülür. Əslində Azərbaycan manatının təsbit olunmuş məzənnəsi sırf dollara qarşı məzənnəni müəyyənləşdirib. Digər valyutalara qarşı isə "üzən məzənnə"nin tətbiqini hiss edirik".

R.Atakişiyevin fikrincə, Azərbaycan iqtisadiyyatına inamı formalaşdırmaq, daxili və xarici investisiyaları cəlb etmək üçün sabit məzənnə daha etibarlıdır: "Ölkə daxilində də psixoloji olaraq sabit məzənnə sərfəlidir. Amma qonşu ölkələrdə "üzən məzənnə" tətbiq edilir. Lakin bizdə əhali də tam "üzən məzənnə"yə hazır deyil. "Üzən məzənnə"nin gətirdiyi dalğalanmalara kəskin reaksiya verilir. Bu zaman inflyasiya dərinləşir. Sabit məzənnə isə əhalinin yığımına da təsir edir və inamı artırır".

İqtisadçı bildirib ki, uzunmüddətli praktikada sabit məzənnə heç də yaxşı nəticələr vermir: "Çünki dövlət bu məzənnəni saxlamaq üçün daim tədbirlər görməli olur. Bu tədbirlər Mərkəzi Bank tərəfindən makroiqtisadi siyasət çərçivəsində aparılır".

Paylaş

Xəbər lenti

"Tasnim": ABŞ-nin ələ keçirdiyi gəmidəki iranlılardan altısı azad olunub Bu gün, 00:48 Orxan Fikrətoğlu: "Allahdan qorxmayan insan birmənalı olaraq təhlükəlidir" Bu gün, 00:48 ADNA-da törədilən terror aktından 17 il ötür Bu gün, 00:48 XTQ-nin yaradılmasından 27 il ötür Bu gün, 00:48 Çaykənd əməliyyatından 35 il ötür Bu gün, 00:48 Pentaqon iki vacib vəzifəsini açıqladı Dünən, 23:48 "50-yə yaxın evə ziyan dəydi" - Selin fəsadları ilə bağlı hansı işlər görülür? Dünən, 23:48 Ermənistanda seçicilərin satın alınması işi üzrə daha beş nəfər saxlanılıb Dünən, 23:48 ABŞ-də əyləncə parkındakı iğtişaşlar zamanı iki polis xəsarət alıb Dünən, 23:48 Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub Dünən, 22:48 "Axios": ABŞ İrana qarşı yeni hücum planı hazırlayıb Dünən, 22:48 Putin və Tramp arasında telefon danışığı olub Dünən, 22:48 PSJ-nin gürcü futbolçusu "Qızıl top"a namizədlər sırasında Dünən, 22:48 Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır Dünən, 22:48 ABŞ-dən İranla bağlı şok plan: "Qısa və güclü" zərbələr hazırlanıb Dünən, 22:48 Zelenski: Ukrayna Rusiya ilə yeni əsir mübadiləsinə hazırlaşır Dünən, 21:48 Bakı və Abşeronda torpaq sahələrinin QİYMƏTLƏRİ - SİYAHI Dünən, 21:48 Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat edib Dünən, 21:48 "Əlil uşağım var, məni də aldatdılar" - Sosial şəbəkədə dələduzluq Dünən, 21:48 GTA VI oyununun qiyməti 100 dollar olacaq? Dünən, 20:48 Sülh və Yerablur arasında qalan Ermənistan: Koçaryana cavab Dünən, 20:48 Bakının premium ərazilərində torpaq: 1 sot 2 milyon manata satılır Dünən, 20:48 Pentaqon: İranla müharibə ABŞ-yə 25 milyard dollara başa gəlib Dünən, 20:48 Bakıda məktəbdə nə baş verib? - 5 şagird xəstəxanaya aparıldı Dünən, 20:48 Bakıda mənzillərin qiymətləri yüksəldi Dünən, 20:48 Eldar Səlimov İraq DİN-in generalı ilə görüşüb Dünən, 19:48 Danimarka şirkəti Azərbaycanda külək turbinlərinin istehsalını lokallaşdıra bilər Dünən, 19:48 Leyla Əliyeva Şəkiyə səfərindən paylaşım edib Dünən, 19:48 "Çelsi"nin ukraynalı oyunçusu 4 il futboldan kənarlaşdırıldı Dünən, 19:48 Azərbaycanlı xanım çinli bəylə evləndi Dünən, 19:48 Allahşükür Paşazadə: "Ümumdünya Kilsələr Şurası sülh prosesinin pozulmasında alət kimi istifadə olunur" Dünən, 19:48 Dünya azərbaycanlıları Nyu-York merinin paylaşımına qarşı petisiya başladıb Dünən, 19:48 14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evin hamamında zəhərləndi, biri ÖLDÜ - Araşdırma aparılır Dünən, 18:48 Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat etdi Dünən, 18:48 Bakı metrosu WUF13 iştirakçılarına müraciət edib Dünən, 18:48 Azərbaycanda xarici bank kartı ilə ictimai nəqliyyatda ödəniş mümkün olub Dünən, 18:48 Azərbaycan və Ermənistan delimitasiya üzrə layihələri razılaşdırıb və mübadilə ediblər Dünən, 18:48 Səid Xətibzadə: ABŞ ilə müharibə hələ bitməyib, İran müdafiə mövqeyini qoruyur Dünən, 18:48 Bakda yeni xəstəxana tikiləcək - Psixiatriya və narkoloji mərkəzləri olacaq Dünən, 18:48 DGK sədri: "Temu" ilə məlumatların əvvəlcədən təqdim olunması barədə razılıq əldə edilib Dünən, 17:48 Gömrükdə 300 dollarlıq limit dəyişdirilir? - DGK sədri açıqladı Dünən, 17:48 Bakıda KIA-lara qənim kəsilən şəxslər saxlanıldılar Dünən, 17:48 Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub Dünən, 17:48 Uşaq musiqi məktəblərində müəllimlərin bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək Dünən, 17:48 Yerin təkindən qanunsuz istifadə edənlər cəzalandırıldı Dünən, 17:48 "Neftçi" - "Qarabağ" matçına hakim təyinatları açıqlanıb Dünən, 17:48 Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi Dünən, 17:48 Kəmaləddin Heydərov rəis müavini təyin etdi Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR