
Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, hadisə şəhərin Qaçaq Nəbi küçəsi, 134 ünvanında qeydə alınıb.
Belə ki, həmin ünvanda yaşayan 1988-ci il təvəllüdlü Musayev Mirzə Mehman oğlu sol qolunun bazu hissəsinin kəsilmiş-deşilmiş yaraları ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralının dediyinə görə, o, həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.