
Xırdalan şəhərində Heydər Əliyev adına parkda ağacların kəsilməsi ilə bağlı yayılan iddialara aydınlıq gətirilib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli AVESTA.AZ-ə bildirib ki, müvafiq icra hakimiyyəti orqanının rəsmi rəyi və razılığı əsasında, ərazidəki yaşıllıqların qorunması, ekoloji balansın saxlanılması və insanların təhlükəsizliyinin təmin olunması məqsədilə parkda qurumuş ağacların təmizlənməsi işi həyata keçirilir.
"Bu proses mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə, müvafiq nəzarət orqanlarının iştirakı ilə və yaşıllıq fonduna zərər vurulmaması prinsipinə əsaslanaraq aparılır. Parkda yalnız tam qurumuş, qırılma və aşma təhlükəsi olan ağaclara müdaxilələr olunur", - deyə Nazirlik rəsmisi vurğulayıb.
***16:37
Xırdalan şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında kütləvi şəkildə ağaclar kəsilib.
Bu barədə AVESTA.AZ-in "qaynar xətti"nə məlumat daxil olub.
Məlumata görə, naməlum şəxslər parkın ərazisində olan ağacları kütləvi şəkildə məhv ediblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.