13-08-2025, 12:48 281

Əlinin (ad şərtidir) pula ehtiyacı olduğu üçün bazar dəyəri 100 min manat olan mənzilini təcili olaraq 95 min manata satışa çıxarır. Alıcılar isə evin təcili satışa çıxarıldığını bildikləri üçün evə 85 min manat, hətta bundan da aşağı qiymət təklif edirlər. Çarəsiz qalan Əli məcbur olub mənzilini 85 min manat təklif edən şəxsə satmalı olur. 

BAKU.WS qafqazinfo.az-a istinadən xəbər verir ki, belə hadisələrlə tez-tez qarşılaşmaq olur.

Təcrübə onu göstərir ki, istər ticarətdə, istərsə də digər sahələrdə ehtiyacların təcili qarşılanması zərurəti tərəflərdən birini əlverişsiz şərtlərlə qarşı-qarşıya qoyur. Söhbət ondan gedir ki, tələbatın təcili olması qarşı tərəf üçün fürsətə, bir çox hallarda sui-istifadəyə çevrilir. Nəticədə tərəflərdən birinin xeyli itkisi digərinə böyük qazanc yaradır. 

Maraqlıdır, bəs qanunvericilik bu barədə nə deyir? Sözügedən məsələdə haqlı olan kimdir?    

Əvvəlcə ondan başlayaq ki, Mülki Məcəllənin 4-ü bölməsi əqdlər barədədir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilə əqdin bir növüdür. 

Mülki Məcəllənin 339.1-ci maddəsinə görə, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 

Həmçinin Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. (Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.  

Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında bildirilib ki, qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanı verir. Bu halda əqd məhz zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 

Əqd etibarsız olduqda (müəyyən istisnalar xaric) tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir.

Beləliklə, Əli də mənzili ilə bağlı özü üçün əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu müqaviləni qarşı tərəfi məlumatlandırmaqla mübahisələndirə bilər. Qarşı tərəf bununla razılaşmadığı halda isə Əlinin məhkəmədə iddia qaldırması mübahisəni həll etmək imkanı verir. Müqavilə etibarsız olduqdan sonra Əli pulu qaytarıb mənzilini geri ala biləcək. 

Paylaş

Xəbər lenti

Qarabağ Universiteti: Heç bir tələbə ali təhsil müəssisəsindən qovulmayıb Bu gün, 22:48 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib Bu gün, 22:48 Tramp "Nvidia" rəhbərinin üç yeni çip hazırlamaq istədiyini açıqlayıb Bu gün, 22:48 Ramiz Mehdiyevin kürəkəninin işi niyə yalnız Kəmalə Abıyevaya həvalə edilir? - Təsadüf, yoxsa üst-üstə düşən maraqlar? Bu gün, 22:48 Evdə virusların yayılma riskini azaltmağın sadə yolu - Həkim açıqladı Bu gün, 22:48 Azərbaycan COP31-in mükəmməl təşkilatçılığına görə Türkiyəni təbrik edib Bu gün, 22:48 Səfir: Albaniya Orta Dəhlizin 8-ci Dəhliz və Dürres limanı ilə birləşdirilməsində maraqlıdır Bu gün, 21:48 FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb Bu gün, 21:48 Çempionlar Liqasında "Sabah"la qarşılaşacaq "Barselona" Bakıya gəlib Bu gün, 21:48 Bakıda mənzillər 2027-ci ildə də bahalaşacaq? - VACİB AÇIQLAMA Bu gün, 21:48 Əməkdar müəllimi piyada keçidində maşın vurub öldürdü Bu gün, 21:48 Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı Bu gün, 20:48 Dünyaca məşhur "Bvlgari" brendinin rəhbəri VƏFAT ETDİ Bu gün, 20:48 29 binanın damı, fasadı və blokları yenilənəcək - Bu ərazilərdə... Bu gün, 20:48 Merts Avropanın Rusiya ilə danışıqlara hazır olduğunu bildirib Bu gün, 20:48 Keçmiş məcburi köçkünləri SEVİNDİRƏCƏK XƏBƏR - Bu rayonlarda... Bu gün, 19:48 74 yaşlı qadının məhkəmə istintaqı yenidən başlayır Bu gün, 19:48 Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb Bu gün, 19:48 Azərbaycanda bu oyuncaqların satışı QADAĞAN EDİLİR Bu gün, 19:48 Paşinyan avropalı səfirlərlə görüşdü – TRIPP və sülh prosesi müzakirə olundu Bu gün, 19:48 Apteklərdə müayinə aparan bəzi oftalmoloqlar cəzalandırılacaqlar Bu gün, 18:48 Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI Bu gün, 18:48 Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı: erməni cəmiyyəti tarixi sınaq qarşısında Bu gün, 18:48 İcarəyə maşın götürdü, ehtiyat hissələrini sökərək satdı Bu gün, 18:48 Tramp: Huanqın "Nvidia"ya qayıdışı düzgün qərardır Bu gün, 18:48 Azərbaycanda Dünya Çempionatı keçirilir - 900-dən çox idmançı mübarizə aparacaq Bu gün, 18:48 İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 17:48 İsa Həbibbəyli: Sərdar Berdiməhəmmədovun kitabı Türkmənistanın "pasportu"dur Bu gün, 17:48 Ada Süleymanova ilə qəzada faciəli şəkildə ölən Anar Kərimovun görüntüləri Bu gün, 17:48 Binə qəsəbəsində mağazalardan oğurluq edən iki nəfər saxlanılıb Bu gün, 17:48 "By Fateh Gənclik"də nöqsanlar aşkarlandı - GÖRÜNTÜLƏR Bu gün, 17:48 Jiva Tünzalə Ağayevanın repertuarına müraciət etdi - VİDEO Bu gün, 17:48 Azərbaycanda kişi kanalizasiya quyusuna düşərək öldü Bu gün, 17:48 Bakıda və rayonlarda sabah külək güclənəcək Bu gün, 17:48 Çingiz Kişiyev: "İlk dəfə çempionatda UWW təşkilatının xüsusi patentləşdirilmiş kəməri təqdim ediləcək" Bu gün, 16:48 Nərimanovda açıq lyukun qapağı oğurlanıbmış - Açıqlama Bu gün, 16:48 Nar Oyun Mərkəzində oyna, smartfon qazan! Bu gün, 16:48 Azərbaycanda oyuncaqların satışı ilə bağlı YENİ TƏLƏB - Bundan sonra... Bu gün, 16:48 Pərviz Şahbazova yeni vəzifə verildi Bu gün, 16:48 Polis Abşeronda reyd keçirdi, 16 sürücü saxlanıldı Bu gün, 16:48 Bu yolda cərimələnə bilərsiniz: Yol nişanları dəyişdirilib Bu gün, 16:48 Polis Akademiyasında təcrübəyönümlü tədris metodikası davam etdirilir Bu gün, 16:48 Prezident İlham Əliyev TRIPP layihəsinin işə salınması münasibətilə Trampa təşəkkür edib Bu gün, 16:48 Ceyhun Bayramov: Bu ilin ilk 9 ayında Azərbaycan-İtaliya ticarət dövriyyəsi 9 milyard dollara çatıb Bu gün, 16:48 Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - Son vəziyyət Bu gün, 16:48 "O, hər gün daha da inkişaf edir" - Okan Buruk Bu gün, 16:48 Xaçmazda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib Bu gün, 16:48 İstanbulda tramvayla avtobus toqquşub Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR