14-08-2025, 14:48 609

Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib

2025-ci ilin ilk altı ayı ərzində "Azercell Telekom"un müştəri xidmətləri kanalları üzərindən 2,5 milyondan çox müraciət qeydə alınıb.

Bu dövrdə Telefon Mərkəzinə 1.5 milyona yaxın zəng daxil olub. Onlayn Müştəri Xidmətləri isə ümumilikdə 400 min sorğunu cavablandırıb. Bu sorğuların 224 mini şirkətin "Facebook", "Instagram", "LinkedIn", "X" və "TikTok" sosial media hesabları vasitəsilə qeydə alınıb. Eyni zamanda, Azercell-in mobil tətbiqinə inteqrasiya edilmiş süni intellekt əsaslı "AI Chat Bot" 800 minə yaxın müraciəti emal edib.

Telefon Mərkəzinə daxil olan zənglərin ortalama cavablandırılma müddəti 2 dəqiqə 45 saniyə təşkil edib ki, bu da  6-7 dəqiqəlik beynəlxalq standart ilə müqayisədə təqribən iki dəfə qısadır. Sorğular əsasən internet paketləri, nömrə ilə bağlı əməliyyatlar, balans və ödəniş məsələləri, tarif planları  və digər xidmətləri əhatə edib.

Azercell-in Azərbaycan dilində tam spektr xidmət göstərən süni intellekt əsaslı ilk virtual assistenti olan "Aicell" də artıq müştəri məmnuniyyətinə öz töhfəsini verir. Belə ki, Telefon Mərkəzinə müraciət etmiş müştərilərin 84%-in sorğusu "Aicell" tərəfindən emal edilib. Məlumatlandırma, xidmətlərin aktivləşdirilməsi və deaktivləşdirilməsi daxil olmaqla, 10 istiqamət üzrə xidmət göstərən virtual assistent Mərkəzə daxil olmuş zənglərin 17%-ni müstəqil şəkildə cavablandırıb, digər sorğuları isə aidiyyəti üzrə yönləndirib.

Ötən ilin dekabr ayında "Azercell" mobil tətbiqində istifadəyə verilən "AI Chat Bot" isə istifadəçilərin istəklərini 90% dəqiqliklə anlayaraq onların 68%-ni birbaşa cavablandırıb. 24/7 rejimdə fəaliyyət göstərən bu rəqəmsal həll digər sorğuları Onlayn Müştəri Xidmətlərinə yönləndirib.

Bu nəticələr Azercell-in yüksək xidmət keyfiyyətini və innovasiyalara əsaslanan müştəri yönümlü yanaşmasını əks etdirir. Belə ki, Azercell-in  Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 93, 2% ilə qəbul edilmiş beynəlxalq standartdan (85%) üstün olub.

Azercell-in təqdim etdiyi xidmətin yüksək keyfiyyətinin daha bir göstəricisi mobil operatorun əldə etdiyi beynəlxalq uyğunluq sertifikatıdır. Cari ilin aprel ayında "TÜV Austria Azərbaycan" MMC tərəfindən həyata keçirilən keyfiyyət auditinin nəticəsi olaraq, Azercell ISO 10002:2018 (Keyfiyyətin idarə olunması - Müştəri məmnuniyyəti – Müəssisələrdə şikayətlərin emalına dair təlimatlar) beynəlxalq standartına uyğunluq sertifikatına layiq görülüb. Bu sertifikat müştərilər tərəfindən irəli sürülən təklif və şərhlərin diqqətlə araşdırılmasını, eləcə də şikayətlərə baxılması prosesinin davamlı təhlilini təmin edən şirkətlərə verilir.

Azercell-in Telefon Mərkəzinə *1111 qısa nömrəsi, eləcə də (012) 4904949 (Fakturasız Xətt abunəçiləri üçün) və (012) 4905252 (Fakturalı Xətt abunəçiləri üçün) şəhər nömrələri vasitəsilə 7/24 rejimdə müraciət etmək mümkündür.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR