
Naxçıvan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarəti İdarəsinə yeni rəis təyin edilib.
AVESTA.AZ "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Qulu Tofiq oğlu Cəfərov sözügedən qurumun rəisi təyin olunub.
Qeyd edək ki, Qulu Cəfərov uzun illər FHN Şimal Regional Tikinti Müfəttişliyinin rəisi vəzifəsində də çalışıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.